Son xəbərlər

Mərkəzi Bank Perspektiv-A MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Axar.az xəbər verir ki, tərtib edilən protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərillib.

İş hakim Rövşən Xəlilovun icraatına verilib. Baxış iclası mart ayının 30-da saat 17:05-də keçiriləcək

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsini pozmaqda təqsirli bilinir.

Qeyd edək ki, bu inzibati xətanın törədilməsinə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əsassız olaraq kimsənin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.

O bildirib ki, əgər şəxsin pensiyanı əsassız şəkildə alması müəyyən olunubsa, bu halda pensiya dayandırılır:

“Bu halda vətəndaş Fondun yerli bölmələrinə, yaxud məhkəməyə müraciət edə bilər. Onu da qeyd edə bilərəm ki, bu günə qədər dayandırılmış pensiya işlərindən heç biri ilə bağlı şikayət daxil olmayıb. Son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb. Təbii ki, bu da şəffaflanmanın göstəricisidir”.

Bitkoinin qiyməti 3.52 faiz artaraq 56.3 min dollara çatıb.

Axar.az xəbər verir ki, bu barədə “CoinDesk” portalı məlumat yayıb.

Sonuncu dəfə bu kriptovalyutanın qiyməti 56.186 dollar idi.

Respublika üzrə pensiyaların 16 marta qədər tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Bakı şəhəri üzrə muzdla çalışanların orta aylıq nominal əmək haqqı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Belə ki, 2020-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 927,2 manat təşkil edib.

09:34

Dünya birjalarında neft qiymətləri ötən günlə müqayisədə ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 65,02 dollara, yüngül neftin bir barreli isə 61,12 dollara təklif olunur.

“Azəri Layt" markalı neftin bir barelinin qiyməti isə bahalaşıb və 65,12 dollar təşkil edib.

Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.

Axar.az Trend-ə istinadən xəbər verir ki,bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və o, hər il 6 ay artırılır. Bu proses də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyun ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırılacaq”.

Ticarət sessiyası zamanı bitkoinin qiyməti 1,97 faiz bahalaşaraq 58,1 min dollara çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Coindesk” portalı məlumat yayıb.

Kriptovalyutanın qiyməti tarixi maksimumu yeniləyib.

Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub.

Maliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ilin birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.

Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.

Azərbaycanda minimum pensiya məbləği aylıq 220 manat olduğu halda ən yüksək məbləğ ondan 90 dəfə çoxdur.

Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov danışıb.

O bildirib ki, vaxtında alınan yüksək maaş və düzgün rəsmiləşdirmə pensiya yaşında vətəndaşın sosial təminatına da müsbət təsir edir.