“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Avrozonada deflyasiya riskləri artıb və birjalarda peyvəndə dair müsbət xəbərlərə reaksiya da aşırı qiymətləndirilir. Bu, Avropa Mərkəzi Bankının monetar siyasətini daha da yumşaldacağı ehtimallarını da artırmaqla, EURUSD məzənnəsinin bahalaşması dinamikasının zəifləməsinə səbəb olub. Təhlillərə əsasən, avro ucuzlaşaraq, 1.21$-ın altında qalarsa, 1.19$-a kimi ucuzlaşa bilər.

 

GBP.

GBPUSD məzənnəsi isə 1.35$-da güclü müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Hazırda 1.34$-a ticarət edilən funt, sözügedən səviyyənin altında da qalarsa, ucuzlaşma 1.33$-a kimi sürətlənə bilər.

Eyni zamanda, İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqları ilə bağlı ciddi irəliləyişin də olmaması və ticarət sazişi üçün son günün dekabrın 31-ə yaxınlaşdıqca, funtda volatillik yüksəlir.

TRY.

USDTRY məzənnəsi isə 7.80TL-yə ticarət edilməkdədir. Məzənnə üzrə növbəti trend isə Türkiyə Mərkəzi Bankın (TCMB) növbəti qərarından asılı olacaqdır.

Bununla yanaşı, Türkiyədə işsizliklə bağlı cümə axşamı Bakı vaxtı ilə saat 11:00-da dərc ediləcək göstəricilər də investorların diqqət mərkəzindədir. Belə ki, İşsizlik 13%-ın üzərinə qalxarsa, lirə yenidən 8TL-yə kimi ucuzlaşa bilər.

OIL.

Amerikada yardım paketi fonunda narahatlıqlar və peyvəndə dair gözləntilərin azalması, Brent neftindən bahalaşma dinamikasının zəifləməsinə səbəb olub. Texniki təhlillərə əsasən, bir barel üzrə qiymət 48$-ın üzərində qaldıqca, 54$-a kimi dəyər qazanmaqda davam edə bilər.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Gələn il üzrə qlobal iqtisadi proqnozların yenidən aşağı salınacağı ehtimalları, əlvan metallar bazarlarında bir unsiya üzrə qızılın, 1840$-a (59.2 $/qram) kimi dəyər qazanmasına səbəb olub və 1850$-ın (59.5 $/qram) qırılması ilə bahalaşmanın 1900$-a (61.1 $/qram) kimi davam edəcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

Azərbaycan canlarını ərazi bütövlüyümüz yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bu gün bir dəqiqəlik sükutla yad etdi. Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq. Artıq Azərbaycan üçün yeni mərhələ başlayır.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

“Bu mərhələdə şəhid ailələrinin və eləcə də qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödənişlər və güzəştlər həyata keçirilir.

Yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimizin işlə təmin olunması da sosial siyasətin əsas hədəflərindəndir. Özünüməşğulluq və digər sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək və kvotalar artırılacaq. Məşğulluğa yönəlik sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakının daha da genişləndirilməsi üçün həmin vətəndaşlarımıza xüsusi güzəştli kateqoriyanın ayrıca qeyd edilməsi məqsədəuyğundur.

Bütövlükdə, ölkəmiz üçün başlanan yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu hər birimizdən xüsusi diqqət və qayğı tələb edir”, - deputat qeyd edib.

Dünya birjalarında neft ötən günlə müqayisədə bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 49,65 dollara, yüngül neftin bir barreli 46,41 dollara təklif olunur.

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Axar.az-a bildirilib ki, bankın dekabrın 3-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında dəyişiklik edilib.

Axar.az xəbər verir ki, dəyişikliyə əsasən, kreditlər 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək.

“Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi”n predmeti də dəyişib. İndiyə qədər bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edib. Dəyiikliyə əsasən, artıq bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 2020-ci il üzrə 150 (yüz əlli) milyon manatadək, 2021-ci il üzrə 350 (üç yüz əlli) milyon manatadək olmaqla, ümumilikdə 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir.

Bu Saziş üzrə dövlət zəmanətinin yuxarı həddi 300 (üç yüz) milyon manat müəyyən edilmişdisə, artıq yuxarı həddi “2020-ci il üzrə 90 (doxsan) milyon manat, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat müəyyən edilib.

Eyni zamanda Zamin Fondun rəsmi müraciəti əsasında müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək hissəsinin yerinə yetirilməsinə həmin məbləğdə dövlət zəmanəti verəcək.

Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

Dekabrın 1-dək fermerlər sahələrdən 327586 ton pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər. “Qafqazinfo” xəbər verir ki, bu, ötən ilin yekun göstəricisindən 32586 ton çoxdur. Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilmişdi.

Bu günə olan operativ məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 32,79 sentner təşkil edir. Bu, ötən ilin yekun göstəricisindən 3,29 sentner çoxdur. Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan (40,35 sent/ha), Neftçala (38,46 sent/ha), Tərtər (36,58 sent/ha), Beyləqan (34,92 sent/ha), Yevlax (34,62 sent/ha), Ağcabədi (34,27 sent/ha), Goranboy (33,84 sent/ha), Saatlı (33 sent/ha), Bərdə (32,81 sent/ha), Sabirabad (32,19 sent/ha), Ağdam (32,15 sent/ha) və Zərdab (30 sent/ha) rayonlarında qeydə alınıb.
2020-ci ildə ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.

 

 

 

Hər zaman olduğu kimi, bu ildə də BirKart sahibləri üçün Yeni il ərəfəsində qazandıran kampaniya keçirilir. “Yeni ilin yüzdə yüz taksit kampaniyası” şüarı ilə keçirilən kampaniyada bütün BirKart taksit kartı sahibləri iştirak edib, əlavə pul qazana bilərlər.

Axar.az xəbər verir ki şərtlərə görə, BirKart-la partnyor mağazalar şəbəkəsində minimum 50 manatlıq taksit əməliyyatı edən hər yüzüncü müştəri 100 manat qazanacaq. Kampaniya 6 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.

Rubl dollar və avroya nisbətən ucuzlaşıb.

Axar.az xəbər verir ki, dolların məzənnəsi 50 qəpik artaraq 76,35 rubl, avronun məzənnəsi isə 54 qəpik artaraq 91,27 rubl təşkil edib.

Yeri gəlmişkən, “Brent” xam neftinin qiyməti də artıb. Qara qızılın bir barrelinin qiyməti 47 dolları keçərək cari ilin mart ayının əvvəlindən etibarən maksimum dəyərinə çatıb.

Neftin bahalaşması fonunda rublun ucuzlaşması isə iqtisadi baxımdan o qədər də məntiqli sayılmır.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımların ödənişi həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb. Vətəndaşlar hesablarına köçürülmüş sosial yardım vəsaitlərini onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl isə noyabrın 13-dək bu ay üzrə pensiyalar, ötən həftə isə noyabrın müavinət, təqaüd və kompensasiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün sosial təminat növləri üzrə ödənişlər başa çatıb.

Azərbaycanda yeni növ sitrus bitkilərinin yetişdirilməsinə başlanılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik şöbəsinin müdiri Surxay Novruzov deyib.

O bildirib ki, hazırda ölkədə fermerlər iki yeni sitrus meyvəsi yetişdirir: "Bunlar hollobonq və kinkan meyvə növləridir. Bu növlər Azərbaycana yeni gətirilib və yetişdirilməsinə başlanılıb. Həmin sitrus meyvələri sahibkarlar tərəfindən yetişdirilir. Artıq kinkan bitkisinin yetişdirilməsi Lənkəran şəhəri və Astara rayonlarında kütləviləşmək üzrədir. kinkan Koreyadan gətirilərək əkilib".

Şöbə müdiri bildirib ki, yeni sitrus bitkilərinin kütləviləşdirilməsi üçün tədbirlər görülür:

 

"Bunun üçün hazırda dövlət fermerlərə müxtəlif subsidiya mexanizmi ilə yeni bağların salınmasında dəstək verir. Bunlara suvarma, gübrə və yeni salınmış bağın hər ilinə görə nəzərdə tutulan subsidiyları misal göstərmək olar. Həmçinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu cənub bölgəsində bununla bağlı elmi araşdırmalar həyata keçirməkdədir ki, bu da fermerlərin işini asanlaşdırır".