ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin icrasının yekunlaşması ilə bağlı təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə səfirliyin Tvitter hesabında bildirilib.
Qeyd edilib ki, Cənub Qaz Dəhlizi Azərbaycan qazının birbaşa olaraq Avropaya çatdırılmasını təmin edir və eyni zamanda, Azərbaycanın iqtisadi inkişafına şərait yaradır.
"ABŞ hər zaman davamlı olaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliynə töhfəsini dəstəkləyir"- deyə, məlumatda vurğulanır.