Qarabağın böyük turizm potensialı var.
Axar.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov Birinci Beynəlxalq Qarabağ İqtisadiyyat Forumu zamanı deyib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilər Azərbaycanın turizminin inkişafında müstəsna rol oynayacaq.
“Qarabağ iqtisadiyyatının inkişaf etdirilməsi həm Azərbaycan, həm də region üzərində böyük müsbət dəyişikliklərə səbəb olacaq”, – deyə millət vəkili bildirib.