2020-ci ildə Moskvadan Azərbaycana aqrosənaye məhsullarının ixracı təxminən 82 milyon dollar təşkil edib, bu isə 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 6 faiz daha çoxdur. Eyni zamanda, 2020-ci ilin yekunları üzrə Moskvanın Azərbaycana qeyri-xammal və qeyri-enerji ixracatının ümumi həcmi 360 milyon dollar təşkil edib.

Axar.az xəbər verir ki, bunu Moskva şəhərinn merinin iqtisadi siyasət və mülk-torpaq münasibətləri üzrə müavini Vladimir Yefimov deyib.

V.Yefimov bildirib:

"Rusiya Azərbaycana şokolad və şəkərdən hazırlanan qənnadı məhsullarının əsas ixracatçısıdır. 2019-cu ildə bu kateqoriyalar üzrə ixracın həcmi müvafiq olaraq 46 və 12,5 milyon dollardan çox olub. Eyni zamanda, biz kolbasa və hazır ət məhsulları ixracatında liderik - keçən il bu məhsullar üzrə ümumi ixrac həcmi 14,5 milyon dollar təşkil edib".

İnkişaf etməkdə olan istiqaməti dəstəkləmək üçün "Mosprom" İxracata Dəstək Mərkəzi Moskva şirkətlərinin 10-12 iyun tarixlərində Bakıda təşkil olunan qida sərgisində iştirakını təşkil etmişdi.

Qarabağın böyük turizm potensialı var.

Axar.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov Birinci Beynəlxalq Qarabağ İqtisadiyyat Forumu zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilər Azərbaycanın turizminin inkişafında müstəsna rol oynayacaq.

“Qarabağ iqtisadiyyatının inkişaf etdirilməsi həm Azərbaycan, həm də region üzərində böyük müsbət dəyişikliklərə səbəb olacaq”, – deyə millət vəkili bildirib.

İyun ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, respublika üzrə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişi tam başa çatdırılıb.