Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
İqtisadiyyat üzrə Nobel mükafatının sahibləri bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə Stokholmdakı Nobel Komitəsi məlumat yayıb.
Mükafata Devid Kard, Coşua Anqrist və Qvido İmbens layiq görülüblər.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Bakı-Tiflis-Qars dəmir yol xətti ilə artıq bu günə qədər 1,3 milyon ton həcmində yük daşınıb.
Axar.az xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında İstanbulda keçirilən XII Nəqliyyat və Kommunikasiya Şurasında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.
Nazir qeyd edib ki, yenilənən dünyanın tələbləri dəyişir:
“Araşdırmalarımız göstərir ki, bu gün müştəriləri maraqlandıran başlıca məqamlardan biri istər Xəzər dənizi üzərindən, istərsə də, Azərbaycandan qatarlar üzərində daşımalarda müntəzəmliliyin təmin edilməsi, tariflərin rəqabətə davamlılığı, hər kəs üçün əlçatan olması, yəni şəffaflığın təmin edilməsidir".
Rəşad Nəbiyev vurğulayıb ki, digər əhəmiyyətli məqam zaman məsələsidir:
"Burada həmkarlarımla administrativ əngəllərin aradan qaldırılması ilə bağlı müzakirələr apardıq və bunların hər biri müvafiq protokollarda əksini tapdı".
Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,59 dollar artaraq 85,15 dollar təşkil edib.
İrandan "Afshin Ghoje Biglo Agha Mohammad Biglo" və "Saleh Ehsas Gojeh Bagloo" adlı təsərrüfat subyektləri tərəfindən ölkəmizə ixrac edilən kartof məhsulunda karantin tətbiq edilən kartof güvəsi (Phthorimaea operculella) aşkar edilib.
Sağlam həyat tərzi sürmək üçün sağlam qidalarla qidalanmaq lazım olduğunu hamımız bilirik.
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur.
Milli.Az xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyin və bədən sağlamlığı bir-birilə əlaqəli iki sistemdir.
4 gün ərzində yüksək miqdarda yağlı və şəkərli səhər yeməyi yeyən insanların məlumatları araşdırılıb. Bu qidaların 4 gün ərzində yaddaşa zərər verdiyi məlum olub.
Oksford Universitetində edilən başqa təcrübədə isə yağlı qidalarla saxlanılan pəhrizin 5 gün ərzində əhval dəyişikliyinə, diqqət və yaddaş funksiyasına səbəb olduğu göstərilib. Artıq çəki yalnız bir çox insan üçün uyğun paltar tapmaq uğrunda mübarizə deyil. Artıq çəki bütün bədənə təsir edən bir reallıqdır. Bu insanlarda infarkt və diabet riski çox yüksəkdir. Ancaq mütəxəssislərə görə, bu, arıq insanların rahat bir nəfəs ala biləcəyi mənasına gəlmir. Müəxəssislərin fikrincə, sağlam bir görünüş sağlam bədənə sahib olmaq demək deyil. Arıq olsanız da, sağlamlığınıza ziyanlı pəhriz saxlayırsınızsa, idman etməmisinizsə, hələ də xərçəng, infarkt və diabet riski altındasınız. /medicina.az
Unibank KB ASC kapitalını növbəti dəfə artıracaq.