Dünyanın aparıcı kriptovalyutası - bitkoin Salvadorun ardınca Zimbabvedə də qanuni ödəniş vasitəsi kimi qəbul edə bilər.
Milli.Az bu barədə Report-a istinadən xəbər verir.
Məlumata görə, Zimbabvenin hakim dairələri maraqlı tərəflərlə bitkoindən istifadə imkanlarına dair məsləhətləşmələr aparıb.
Mərkəzləşdirilməmiş ekosistemin nəzarətsiz transsərhəd köçürmələri, çirkli pulların yuyulması və qanunsuz fəaliyyətin maliyyələşməsi kimi çatışmazlıqları var. Buna görə, istehlakçıları qorumaq üçün normativ-hüquqi aktların işlənib hazırlanması nəzərdə tutulur. Salvadordan fərqli olaraq Zimbabve maliyyə sisteminə yeni alətləri daxil etmədən əvvəl sığortalanmağa üstünlük verir.
Xatırladaq ki, Salvador bitkoinin qanuni ödəniş vasitəsi kimi qəbul edən ilk və hələ ki yeganə ölkədir. Ölkə başçısı Nayib Bukele bu yaxınlarda bitkoindən gələn mənfəətin 20 yeni məktəbin tikintisinə sərf ediləcəyini deyib. O, qısa zamanda bitkoinin bir çox üstünlüklərinin, o cümlədən istənilən vaxt hər hansı komissiya ödəmədən xaricdən pul köçürmələrini almaq imkanın olmasını qeyd edib.