Azərbaycanda pensiya yaşının azaldılması vacibdir. Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi isə dayandırılmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib.
“Azərbaycanda orta ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı onlarla eyni səviyyədədir”, - millət vəkili bildirib.
Hər ay qənaət etdiyiniz pulları yığıb daha çox gəlir əldə etmək istəyirsiniz?
Respublika üzrə bütün pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Axar.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
2022-ci ildə Azərbaycanda əsas kapitala investisiyalar 18,475 milyard manatdan çox olacaq.
Animasiyadan söhbət açarkən, Latviya bütün dünyada vizual povest üslubu və animasiya müəllifləri ilə tanınan super gücə malik kiçik bir ölkədir.
Dünyanın aparıcı kriptovalyutası - bitkoin Salvadorun ardınca Zimbabvedə də qanuni ödəniş vasitəsi kimi qəbul edə bilər.
2035-ci ildə ABŞ-da yanacaq mühərrikli avtomobillərin satışına qadağa qüvvəyə minəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri deyib.
Onun sözlərinə görə, 2030-cu ilə kimi ABŞ bazarında satılan avtomobillərin 50 faizi, 2035-ci ilə kimi isə 100 faizi elektromobil olacaq.
Kerri bildirib ki, artıq bir neçə iri avtomobil şirkətləri buna razılıq verib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı fiziki şəxs Məcidov Əhliman Əli oğlu tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 67000 kq toxumluq kartof məhsuluna baxış keçirilib.
Mastercard nağdsız ödənişlərin beynəlxalq və Azərbaycandakı təkamülünü davam etdirir