Azərbaycanın yeni 50 manatlıq pul nişanı çağdaş dövrün saxtakarlığa qarşı ən güclü qorunan əskinası sayılıb və buna görə Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası tərəfindən mükafatlandırılıb.

Ardını oxu...

Sabah saat 11:00-da Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, bütün media mənsublarının üzünə açıq olacaq aksiya Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir. Ünvanlanan sualları "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev cavablandıracaq.

Noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Axar.az-a Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Satınalmalarla bağlı qaldırılan bəzi məsələlər hökuməti də qane etmir.

Axar.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Satınalmalarla bağlı qaldırılan bəzi məsələlərin hökuməti də qane etmədiyini qeyd edən nazir bu sahənin təkmilləşdirlməsi istiqamətində işlər aparıldığını deyib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan nazir subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib.

Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transferin azalması çox müsbət haldır. Hesab edirəm ki, növbəti illərdə bu transfer ümumiyyətlə olmayacaq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

O, eyni zamanda bildirib ki, artıq vəsaitin qalması anlayışı ilə razı deyil:

“Əgər büdcədən vəsait ayrılıbsa, xərclənməlidir. Artıq vəsaiti saxlamaq yox, xərcləmək lazımdır”.

Deputat qeyd edib ki, əlilliklə bağlı problemlər kifayət qədərdir.