Son xəbərlər

 

Regionun aparıcı banklarından olan ABB bu gün 30 yaşını qeyd edir.

1992-ci ilin 10 yanvarında fəaliyyətə başlamış Bank bu illərdə geniş inkişaf yolu keçərək Cənubi Qafqazın ən böyük maliyyə qurumlarından birinə çevrilib.

ABB ölkənin müxtəlif regionlarını əhatə edən 59 filialı, 19 şöbəsi ilə hazırda 13 minə yaxın korporativ, 2.3 milyondan çox fərdi müştəriyə universal bank xidmətləri göstərir. Bugünkü gündə ABB-də çalışan əməkdaşların sayı 2800 nəfər təşkil edir.

30 illik fəaliyyəti ərzində Bank tətbiq etdiyi yeniliklərlə, Azərbaycana gətirdiyi bankçılıq texnologiyaları ilə sektorda bir sıra mühüm ənənələr formalaşdırıb. Bu gün fəaliyyətini yeni brend kimliyi ilə davam etdirən Bank ABB adında 30 illik tarixi təcrübəsini və gələcək strateji hədəflərini bir araya gətirir.

ABB genişmiqyaslı transformasiya layihələri ilə yenilənir, rəqəmsallaşma, müştəri xidmətinin təkmilləşdirilməsi, texnologiyaların inkişafı, istedadların cəlbi və yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə edir.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov 30 il ərzində ABB-nin inkişafına dəstək verən bütün müştərilərə və tərəfdaşlara təşəkkürünü bildirib: "Bu 30 il çətin sınaqların, addım-addım qazanılmış nailiyyətlərin, zəngin bankçılıq təcrübəsinin tarixidir. 30 yaşımızın hər anı bizim üçün müştərilərimizin ABB-yə olan inamı ilə dəyərlidir. Bu inamla da strateji hədəflərimizə doğru irəliləyirik. Ənənələrimiz bizə müasir çağırışlara çevik şəkildə cavab vermək imkanı yaradır. Texnoloji baxımdan sürətlə dəyişən bazar trendlərinə uyğunlaşaraq müştərilərimiz üçün yeni təcrübələr formalaşdırmaqdan, universal bankçılıq həllərimizlə ölkəmizin iqtisadi inkişafına töhfə verməkdən, cəmiyyətimizə faydalı olmaqdan qürurluyuq".

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi