Birinci Qarabağ müharibəsinin iştirakçısına qarşı dələduzluq edilib.
Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Əhliman Sultan oğlu Qurbanovun vətəndaşa qarşı qanunsuz hərəkətlər etməsi barədə daxil olan müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılan istintaqla Əhliman Qurbanovun 2018-ci ildə ona müraciət edən Birinci Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına köməklik göstərəcəyini yalandan vəd edərək sonuncunun 16 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan edilməklə, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Şirvanda dünəndən etibarən 27 manata satılan 50 kiloqramlıq un 36 manat 80 qəpiyə, hətta bəzi yerlərdə 38 manata satılır.
Unun qiyməti 9-10 manat qalxıb. Bu, ciddi artımdır. Hökumət həmişə çörəyin, un məmulatlarının qiyməti qalxmasın deyə, dövlət büdcəsindən dotasiya verib. Çörəyin, unun qiyməti aşağı səviyyədə saxlanılıb.
Axar.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, unun qiymətini birdən-birə bu qədər artırmaq olmaz:
"Belə artım gözlənilən deyildi. Belə artımlar varsa, hökumət unun qiymətini stabil saxlamaq üçün dövlət büdcəsindən dotasiya ayırmalıdır. Ehtiyat kifayət qədərdir. Biz insanların əmək haqqını, pensiyasını və müavinətini 20-40 manat artırmışıqsa, birdən-birdən belə qiymət artımı problemlər yarada bilər. Bunun qarşısını almaq lazımdır".
Deputat bildirib ki, həm bayramdan əvvəl, həm də bayramdan sonra obyektiv qiymət artımı ilə yanaşı, bəzi sahibkarlar subyektiv qiymət artımı edirlər:
"Bunun da qarşısı alınmalıdır. 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı qiymət artımı ilə bağlı Baş nazirə müraciət etdik. Bildirdik ki, qiymət məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Qeyd olundu ki, bununla bağlı müəyyən tədbirlər həyata keçirilir. İndi unun qiymətinin bu qədər artması qəbuledilən deyil. Ola bilər ki, əhalinin sosial vəziyyətində problemlər yaratsın. Təklif edirəm ki, unun qiymətinə dotasiya verilsin və əvvəlki qiymətində saxlanılsın".
V.Əhmədov vurğulayıb ki, bayramqabağı bütün məhsullarda süni qiymət artımı var idi:
"Qiymət artımı ciddi problemdir. Xaricdən taxıl və digər məhsullar idxal edirik. Başa düşürəm ki, xaricdə də böyük ərzaq qıtlığı var. Taxılın və digər məhsulların qiyməti artıb. Çalışmaq lazımdır ki, öz ölkəndə istehsal edəsən və ya ehtiyatın olsun ki, bazarı müəyyən qədər tənzimləyə biləsən. Subyektiv qiymət artımlarına gəlincə isə hökumət bunun qarşısını almalı, tədbirlər görməlidir".
Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb.
Axar.az müraciətin mətnini təqdim edir:
"Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib.
Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.
Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçulərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib.
Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranmışdır.
Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.
Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq".
Azərbaycanda 2022-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb.
Axar.az xəbər verir ki, Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 78,64, yüngül neft isə 75,92 dollara qalxıb.
"Muğanbank" ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən transformasiya layihəsi uğurla tamamlanmışdır.
Azərbaycanda mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
İstifadə müddəti bitmiş bank kartını sadəcə atmaq olmaz, ondan əvvəl onu kəsmək lazımdır.