Moskva birjasında rubl dollara nisbətdə yenidən ucuzlaşmağa başlayıb.
Axar.az xəbər verir ki, Rusiya mediası birjalar açılan kimi dolların 95 rubla qədər gerilədiyini, ancaq qısa müddət sonra 104 rublu keçdiyini yazır.
Avro isə 116 rubla qalxıb.
Qeyd edək ki, Moskva birjasının onlayn fəaliyyəti məhdudlaşdırılıb və birjada baş verən prosesləri izləmək mümkün deyil. Bu məhdudiyyət 28 fevraldan – Qərbin ağır sanksiyaları nəticəsində rublun kəskin ucuzlaşmasından sonra tətbiq edilib.
Qara bazarda dolların daha yüksək – hətta 150 rubldan baha satıldığı da bildirilir.