Moskva birjasında rubl dollara nisbətdə yenidən ucuzlaşmağa başlayıb.
Axar.az xəbər verir ki, Rusiya mediası birjalar açılan kimi dolların 95 rubla qədər gerilədiyini, ancaq qısa müddət sonra 104 rublu keçdiyini yazır.
Avro isə 116 rubla qalxıb.
Qeyd edək ki, Moskva birjasının onlayn fəaliyyəti məhdudlaşdırılıb və birjada baş verən prosesləri izləmək mümkün deyil. Bu məhdudiyyət 28 fevraldan – Qərbin ağır sanksiyaları nəticəsində rublun kəskin ucuzlaşmasından sonra tətbiq edilib.
Qara bazarda dolların daha yüksək – hətta 150 rubldan baha satıldığı da bildirilir.
Ukraynadakı mövcud vəziyyətdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisə olan "SOCAR Energy Ukraine" bütün yanacaqdoldurma məntəqələrinə operativ yanacaq tədarük edə bilmir.
Fevralın 28-nə olan rəsmi məzənnələrinə görə, 1 Rusiya rublu 0.0157 manata bərabərdir (1000 rubl = 15.7 manat).
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilir ki, ötən həftənin son iş günü – fevralın 25-də rubl 0.0200 manata bərabər idi (1000 rubl = 20 manat).
Belələliklə, ötən həftənin sonu ilə müqayisədə rubl manat qarşısında 21,5% dəyərdən düşüb (1000 rubl 4,3 manat ucuzlaşıb).
2022-ci ilin yanvar ayının 12-də 1 rubl 0.0229 manata bərabər idi (1000 rubl = 22.9 manat). Bu səviyyə ilə müqayisədə rubl manat qarşısında 31,4% dəyərdən düşüb (1000 rubl 7,2 manat ucuzlaşıb).
İcbari tibbi sığortanın tətbiqində narazılığı aradan qaldırmaq üçün həkimlərin maaşı artırılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, burada iki artım var:
“Biri sabit əlavədir - hansı ki, həkimin fəaliyyətindən asılı olmayaraq olan artımdır. İkincisi isə xidmətə görə artımdır. Bir çox həkimlər var ki, göstərdiyi xidmətə görə kifayət qədər böyük vəsaitlər alırlar. Sadəcə bu təzə sistem olduğu üçün yeni vaxt lazımdır ki, həkimlər bunu öyrənsin, xəstəxanalar bu sistemə uyğunlaşsın. Mən düşünürəm ki, xəstəxalar və həkimlər bu ilin sonuna qədər daha da peşəkarlaşacaqlar. Müəyyən dərəcədə həkimlərin narazılıqlarını başa düşürəm. Ölkədə səhiyyə sahəsində bütün sistemi yenidən dəyişməyə zaman lazımdır".
Görmüşük ki, adətən ərzaq məhsullarını kilo ilə satarlar.
11:05
Səhər saatlarında birjaların açılması ilə rublun sürətlə ucuzlaşması başlayıb.
Axar.az xəbər verir ki, cəmir iki saat ərzində rus rublu dollara nisbətdə 6,2 rubl ucuzlaşıb.
Hazırda dollar 87,5 rubla qalxıb, avro isə 98 rubl olub.
Bakının 28 May 110A küçəsində, Səməd Vurğun bağının yaxınlığında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatında 1 həftədir pul yoxdur.
Bu barədə Axar.az-a daxil olan vətəndaş müraciətində bildirilib.
Qeyd olunub ki, sözügedən əraziyə yaxın bankomatlarda da problem olduğu üçün ərazidə yaşayan sakinlər çətinlik çəkir. Vətəndaşların sözlərinə görə, Beynəlxalq Bankın Nizami küçəsi 114 ünvanında yerləşən bankomatı da işləmir.
ABB-nin mətbuat katibi Yadigar Cəfərli saytımızın sorğusuna cavab olaraq bildirib ki, problem araşdırılacaq.
ABB korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daha bir kitabın nəşrinə dəstək verib.
Axar.az xəbər verir ki, bu, biznes təlimçisi Elşən Bədirxanovun “Maraqlı MBA - Rəhbərin masaüstü kitabı”dır. Fevralın 14-də “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə kitabın təqdimatı olub. ABB təqdimatdan dərhal sonra kitabın nüsxələrini ayrı-ayrı qurumlara, ölkəmizdəki bütün universitetlərə və mərkəzi kitabxanalara hədiyyə edəcək.
Uzun illər ölkəmizin müxtəlif biznes qurumlarında rəhbər vəzifələrdə çalışmış müəllif bu kitabı menecment təcrübəsi əsasında qələmə alıb. Kitab idarəetmə sahəsində əsas bilikləri özündə birləşdirir. Praktik nümunələrə əsaslanır. Burada dünyanın tanınmış biznes qurumlarının təcrübəsindən, nüfuzlu alimlərin fikirlərindən geniş istifadə edilir.
ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, kitabın mövzusu bu gün ABB-də baş verən inkişaf ruhuna uyğundur: “Müasir həyatımızda biznes inzibatçılığına dair biliklər çox önəmlidir. Bu cür kitablar inkişaf proseslərinin özünü doğrultmuş təcrübəyə uyğun aparılmasına, dəyişikliklərin düzgün idarə olunmasına şərait yaradır. Ana dilimizdə belə bilik resurslarının yaranması çox faydalıdır”.
Müəllif Elşən Bədirxanov isə qeyd edib ki, “Maraqlı MBA – rəhbərin masaüstü kitabı” rəhbərə lazım olan əsas bilikləri əhatə edir: “Bu, dərs vəsaiti deyil. İdarəçilik aləminə maraqlı bir səyahətdir. Əminəm ki, burada yazılanlar menecerlərə və karyera inkişafını planlaşdıran hər kəsə faydalı olacaq. Belə bir kitabın nəşrinə göstərdiyi köməyə görə ABB-yə minnətdarlığımı bildirirəm”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
Bu gündən Azərbaycan Mərkəzi Bankı yenilənmiş 20 manatlıq əskinasları tədavülə buraxıb.
Bu barədə Axar.az-a qurumdan bildirilib.
Yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
“Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıqların mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Pul nişanlarında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Artıq ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemləri və avadanlıqları yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılıb (adaptasiya edilib).
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevral ayı üzrə pensiyaların ödənişinə başlayıb.
Axar.az xəbər verir ki, bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.
2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.
Bundan başqa, 2022-ci il üzrə pensiyaçılara verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bərabər bölünərək onlara verilməsi nəzərdə tutulub.
Həmin maddi yardımın birinci rübə düşən ilk hissəsi (50 manat) də fevral ayının pensiyasına əlavə olunaraq verilib.
Güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin və ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları da bu ay müvafiq qrafik üzrə ödəniləcək.