Azərbaycanda idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməyib.

 

Bunu Axar.az-a Dövlət Gömrük Komitəsindən (DGK) Nazirlər Kabinetinin 2022-ci ilin 7 aprel tarixli 147 nömrəli Qərarı şərh edilərkən bildirilib.

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2022-ci ilin aprelin 7 tarixli 147 nömrəli Qərarı yanlış şərh edilərək hansısa məhsulların gömrük rüsumlarının dərəcələrinin artırılıb və ya azaldılması ilə bağlı məlumatlar verilir.

Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya əsasən Harmonikləşdirilmiş Sistemdə mövcud uyğunsuzluqların, çatışmazlıqların aradan qaldırılması, həmçinin yeni mal mövqelərin sinifləşdirilməsi məqsədilə Ümumdünya Gömrük Təşkilatının Harmonikləşdirilmiş Sistem Alt Komitəsinin iclaslarında üzv ölkələrin, beynəlxalq təşkilatların və müstəqil ekspertlərin iştirakı ilə dəyişikliklər və düzəlişlər edilməklə yeni versiya nəşr edilir", - DGK-dan bildirilib.

Məlumata görə, 2022-ci ildən Ümumdünya Gömrük Təşkilatının üzv dövlətlərində tətbiq edilməsi nəzərdə tutulan Harmonikləşdirilmiş Sistemin (HS) 2022-ci il variantı (7-ci nəşr) Gömrük Əməkdaşlıq Şurasının 2019-cu ilin 28 sentyabr tarixli Tövsiyəsinə uyğun olaraq təsdiq edilib: “HS 2022 – dünya ticarətinin strukturundakı, həmçinin sosial və ekologiya məsələləri üzrə qlobal dəyişikliklər nəzərə alınmaqla növbəti 5 illik dövrü əhatə edərək 351 yarımmövqe üzrə düzəlişi özündə əks etdirir. “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin 2022-ci il variantına uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Baş nazir tərəfindən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Qərar imzalanıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir”.

Həmçinin bildirilir ki, qərarda Azərbaycanın Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 2-ci (yeyilə bilən, canlı olmayan həşəratlar), 3-cü (balıqlar), 4-cü (yoqurtlar), 7-ci (göbələklər), 12-ci (toxumlar),15-ci (yağlar və piylər), 16-cı (həşəratlardan hazır məhsullar), 20-ci (şirələr), 22-ci (alkoqolsuz içkilər), 24-cü (tütün məmulatları), 28-ci ( radiaktiv izotoplar), 29-cu (karbohidrogenlərin törəmələri), 30-cu (dərmanlar), 32-ci (boyayıcı preparatlar), 34-cü (səthi-aktiv maddələr), 38-ci (kimyəvi məhsullar), 44-cü (oduncaq məmulatları), 57-ci (döşəmə örtükləri), 62-ci (pambıq ipliyindən məmulatlar), 68-ci (karbon liflərdən parça), 70-ci (şüşə lifindən hazırlanmış məmulatlar), 71-ci (almazlar), 74-80-ci (əlvan metallar), 84-cü (avadanlıqlar, qurğular və robotlar), 85-ci (elektrik avadanlıqlar və led panellər), 87-ci (nəqliyyat vasitələri), 88-ci (pilotsuz uçan avadanlıqlar), 89-cu (qayıqlar və katerlər), 90-cı (lazer diodları və cihazlar), 94-cü (döşək, çarpayı və mebellər), 95-ci (əyləncə və su parkı attraksionları), 97-ci ( incəsənət əsərləri və əntiq əşyalar) mal qruplarında müvafiq dəyişikliklər və düzəlişlər edilmiş, müxtəlif mal mövqeləri üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasına uyğunlaşdırılıb:

“Eyni zamanda bildiririk ki, sözügedən sənəddə gömrük rüsum dərəcələrində dəyişikliklər həyata keçirilməyib. Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasının Azərbaycanda tətbiqi xarici ticarət əməliyyatları üzrə statistik məlumatların şəffaflığının artırılmasına, yeni texnologiyaların və nou-hauların tətbiqi nəticəsində yaradılmış malların beynəlxalq ticarətin strukturunda etdiyi qlobal dəyişikliklər nəzərə alınmaqla ticarətin asanlaşdırılmasına və bütövlükdə gömrük-biznes əlaqələrinin optimallaşdırılması prosesinə təkan verəcək”.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır