Ölkənin lider mobil operatoru “Azercell Telekom”un müqəddəs Ramazan ayı münasibətilə öz abunəçilərinə xüsusi hədiyyəsi var. Bu bayram ayında hər kəsə xoş ovqat bəxş etmək məqsədilə "Azercell" özəl Ramazan kampaniyası iştirakçılarına 2GB həcmində internet paketlərini hədiyyə edir.

Ardını oxu...

Rusiya Mərkəzi Bankının rublun son günlər dollar qarşısında dəyər qazandığı haqda məlumatları həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O, rublun illərdir dəyər itirməsinin ardıcıllığını sıralayıb:

“2013-cü ildə, Rusiyanın Krımı işğalından öncə 1 dollar (il ərzində) ortalama 30 rubl 37 qəpik idi;

- 2015-ci ildə, Rusiyanın Krımı işğal etdikdən sonra 1 dollar (il ərzində) ortalama 56 rubl 23 qəpik oldu;

- 2021-ci ildə, Rusiya-Qərb gərginliyinin kəskin artması başlayanda 1 dollar 69 rubl oldu;

- 2022-ci ilin yanvar ayında ortalama qiymət 1 dollar 75 rubl 88 qəpik olub;

- 2022-ci ilin fevral ayında (müharibə 24 fevralda başladı) ortalama məzənnə 1 dollar - 77 rubl 40 qəpik oldu;

- 2022-ci ilin mart ayında ortalama məzənnə 1 dollar 104 rubl 08 qəpik olub”.

Ekspert qeyd edib ki, 2014-cü ildən, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 1 dollar 30 rubldan 104 rubla qədər – 3,4 dəfə bahalaşıb:

“Bu gün Rusiya MB-nin rəsmi məzənnəsi inzibati məzənnədir, bazarı əks etdirmir, müxtəlif məhdudiyyətlərə və biznesin üzərinə qoyulmuş məcburi öhdəliklərə görədir. Real məzənnə “qara bazardadır”, amma bir məsələ də var ki, tarix boyu “qara valyuta bazarı” olan ölkələrin sonu heç vaxt yaxşı olmur...”

Rusiyanın təbii qaz ixracı bu ilin ilk üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq, 38,5 milyard kubmetrə düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.

Məlumatda bildirilir ki, şirkətin ilin ilk üç ayında təbii qaz hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyib, təbii qaz ixracatı isə azalıb.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barel artırılmasına Azərbaycan da razılıq verib.

Bu barədə Axar.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.

Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barrel həcmində olması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEK+” ölkələri nazirlərinin 28-ci iclasının mayın 5-də keçirilməsi razılaşdırılıb.

Almaniyada “Berlin Enerji Keçidi Dialoqu” tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil Daniel Popesku və Almaniya Enerji Agentliyinin baş icraçı direktoru Andreas Kulmanın rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Ardını oxu...