Bakının 28 May 110A küçəsində, Səməd Vurğun bağının yaxınlığında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatında 1 həftədir pul yoxdur.
Bu barədə Axar.az-a daxil olan vətəndaş müraciətində bildirilib.
Qeyd olunub ki, sözügedən əraziyə yaxın bankomatlarda da problem olduğu üçün ərazidə yaşayan sakinlər çətinlik çəkir. Vətəndaşların sözlərinə görə, Beynəlxalq Bankın Nizami küçəsi 114 ünvanında yerləşən bankomatı da işləmir.
ABB-nin mətbuat katibi Yadigar Cəfərli saytımızın sorğusuna cavab olaraq bildirib ki, problem araşdırılacaq.