Ölkə ərazisində və ya xaricdə alış-veriş etməklə smartfon udmaq istəyirsiniz? İ
Məhkəmə icraatında olan işlərin təxminən 70%-i yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətlərdir. Hansı ki, həmin işlər məhkəməyə daşınır.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov “Sosial saat”da deyib.
O qeyd edib ki, bu yaşda olan şəxslərin əksəriyyəti sovet dövründə işləyib:
“Həmin iş yerləri hazırda mövcud deyil. Vətəndaş müraciət edib əmək kitabçasını təqdim edəndə gedib onu yerində yoxlamaq mümkün olmur. Bəzən vətəndaşlar tərəfindən əmək kitabçalarına müdaxilə edir. Buna qarşı da ciddi mübarizə aparılır.
Digər problem isə əmək pensiyaçısı vəfat edən şəxs barədə müvafiq qurumlara vaxtında məlumat verilməməsidir. Qohumların da ölüm haqqında şəhadətnamənin çıxarılmaması ölən şəxsin pensiyasının dayandırılmaması deməkdir. Elə faktlarla qarşılaşırıq ki, təxminən 6 ay, yaxud 1 il müddətində rəhmətə gedən şəxsin pensiya kartından pul çıxarılır”.
iPhone və Apple Watch ilə ödənişin daha təhlükəsiz, əmin və məxfi yolu
Azərbaycan, Bakı - 02.11.2021 il - Bu gündən etibarən ABB kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əmin və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən ödəniş etmək imkanı qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-nun innovativ texnologiyaları ilə təmin olunur.
Axar.az xəbər verir ki, ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır.
Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir və bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodundan istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.
Bundan əlavə, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brouzerlərində açılmış saytlarda rahat və sürətli alış-veriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və mürəkkəb formaları doldurmağa lüzum qalmır. Apple Pay ilə yemək və ərzaq çatdırılması, onlayn alış-veriş, biletlər əldə etmək və digər ödənişlər aparmaq çox rahatdır. Apple Pay-dən həmçinin Apple Watch tətbiqlərində ödəmələr etmək üçün istifadə oluna bilər.
Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debit kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.
Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən ABB kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Müştəri ABB-nin öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edir.
Apple Pay barədə daha ətraflı http://www.apple.com/apple-pay/ saytından tanış ola bilərsiniz. ABB haqqında daha ətraflı məlumat burada: https://abb-bank.az/
Mərkəzi Bank milli valyutanın məzənnəsinə heç bir təhdid olmadığını bəyan edib. Bəs, manat dəyər itirə və ya möhkəmlənə bilərmi?
Axar.az xəbər verir ki, iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bu barədə fikirlərini bölüşüb.
O bildirib ki, Mərkəzi Bank neftin dünya bazar qiymətinin yüksək olmasının manatın məzənnəsinin potensial möhkəmlənməsi istiqamətində təsir yaratdığını deyir:
“Neftin qiymətində artımlar davam etsə belə, manatın məzənnəsinin xarici valyutalara, xüsusən də dollara nisbətən möhkəmlənməsi inandırıcı deyil. Mərkəzi Bank da manatın möhkəmlənməsində maraqlı görsənmir. Əslində bu hal ixrac olunan qeyri-neft məhsullarını xarici bazarlarda daha da bahalaşdıra bilər. Buna görə də milli valyutanın məzənnəsinin möhkəmlənməsi indiki halda gündəmdə deyil”.
Ekspert bildirib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan və Dövlət Neft Fondunun hərraca çıxardığı valyutanın həcmidir:
“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də iqtisadi faktorlardan biridir”.
V.Bayramovun sözlərin görə, Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə, xüsusən də Türkiyədə milli valyutaların məzənnəsində kəskin azalmalar müşahidə olunur:
“Region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Son proseslər də təsdiq edir ki, bu gün qlobal investorlar üçün yığım vasitəsi kimi dollar ən az riskli valyutadır.
Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
2022-ci ildə Azərbaycan dövlət büdcəsinin elm sahəsinə xərcləri 202,79 milyon manat səviyyəsində gözlənilir.
Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.
Özəl sektorun fəal iştirakı ilə iqtisadi inkişafın yeni modeli Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft sektoruna üstünlük verməklə yeni iş yerlərinin yaradılmasını stimullaşdırmağa kömək edə bilər.
Ölkə ərazisində və ya xaricdə alış-veriş etməklə smartfon udmaq istəyirsiniz? İ
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 86,19 dollar, yüngül neftin bir barreli isə 84,53 dollardır.