Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olub.
Axar.az xəbər verir ki, bu barədə açıqlanan rəsmi məlumatlarda bildirilib.
Əmək haqqı neft-qaz sektorunda 3157,3 manat, qeyri neft-qaz sektorunda 674 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olub.