Kapital Bank həm fiziki şəxslər, həm də sahibkarlar üçün mütəmadi olaraq müxtəlif xidmətlər, funksiyalar və kampaniyalar təqdim edir.
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2021-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
İş adamlarının yaxın tərəfdaşı olan ABB yeni mövsümdə onların fəaliyyətinə dəstək məqsədilə xüsusi kampaniya elan edib.
021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvarsentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib.
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı onların sosial rifahının xeyli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.
Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, artımlar 20 faiz civarında, bəlkə də daha çox olacaq.
Komitə sədri vurğulayıb ki, bu sərəncam əhalinin bütün kateqoriyalarına müsbət təsir edəcək.
"Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunu şahidi olacaqlar", - deyə Musa Quliyev qeyd edib.