“Rosselxoznadzor” dekabrın 6-dan Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma tədarükünə icazə verib.
Axar.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
“Rosselxoznadzor" dekabrın 6-dan 7-si pomidor, 5-i isə alma istehsal edən 12 müəssisədən pomidor və alma idxal edəcək.
Qeyd edək ki, "Rosselxoznadzor" ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub. Departament xatırladır ki, onlarda Cənubi Amerika pomidor və Şərq güvəsi aşkarlanıb.