Son xəbərlər

 

Muğanbank yeni Mugan Junior adlı kartı istifadəyə verdi.

Hər bir şeyin sürətlə rəqəmsallaşdığı və dəyişdiyi bir dövrdə smartlaşan insanlar, ən əsası da gənclər və yeniyetmələr yeni tələb formalaşdırır. Muğanbankın əsas məqsədlərindən biri korporativ sosial siyasəti çərçivəsində cəmiyyətə faydalı olmaq və eyni zamanda nağdsız əməliyyatların artmasıdır. Bu səbəbdən Mugan Junior kartları PULSUZ olaraq təqdim olunur. Bundan əlavə, Mugan Junior kartı yeniyetmələrə müstəqillik nümayiş etdirməyə, maliyyə savadlılığının əsaslarını və pulla səmərəli davranmağı öyrənməyə kömək edəcəkdir.

Mugan Junior yetkinlik yaşına çatmış şəxsin (sifarişçinin) bank hesabına əlavə kart kimi buraxılır və kart ilə aparılan bütün əməliyyatlar sifarişçinin bank hesabı üzrə həyata keçirilir. Kartı valideynin və uşağın şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni təqdim etməklə bankımızın istənilən filiallarına yaxınlaşaraq əldə etmək mümkündür. Kartlar müasir üslübda iki fərqli dizaynda hazırlanıb və üzərində uşaqların adı qeyd olunacaqdır.

Mugan Junior  kartından online/offline alış-veriş məkanlarında istifadə etmək  mümkündür. Lakin, təhlükəsizlik məqsədilə bank tərəfindən müəyyən ödənişlərə və limitlərə məhdudiyyətlər edilmişdir.

Uşaqlarda yığım, qənaət, xərc və gəlirləri düzgün idarə etmək istiqamətində təbliğat aparmaq, onları bu istiqamətdə həvəsləndirmək məqsədilə qalıq məbləğin üzərinə illik 5%-dək gəlir hesablanır.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi