Sabah saat 11:00-da Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, bütün media mənsublarının üzünə açıq olacaq aksiya Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir. Ünvanlanan sualları "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev cavablandıracaq.