Azərbaycanda mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb.

 

Bu istiqamətdə görülən işlər Azərbaycan Respublikası Prezidentinin "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir

Pay torpaqları ilə bağlı mülkiyyət sənədləri əvvəlki Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının verdiyi dövlət aktlarından ibarət idi. Bu sənədlərin təkmilləşdirilməsi üçün qərar qəbul olunub ki, həmin torpaqların güzəştli yollarla sənədləşməsi həyata keçirilsin.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib.

"Zaman-zaman pay torpaqlarının sənədləşməsi ilə bağlı ciddi problemlər olub. Bir neçə il qabaq Dövlət Aqrar İslahat Komissiyası torpaq islahatı keçirərkən texniki imkanlar indiki səviyyədə deyildi. Əvvəllər elektron cihazlar olmadığına görə torpaqlar metrəylə, addımla ölçülürdü. Buna görə də ərazilərin kəsişmələri, üst-üstə düşmələri, müəyyən uyğunsuzluqlar var idi. Bu səbəblərdən kifayət qədər məhkəmə mübahisələri olurdu. Bunların aradan qaldırılması üçün vacib şərtlərdən biri həmin torpaqlara çıxarışların alınması və ərazi ilə bağlı texniki pasportlar verilərkən dəqiq kordinatların müəyyən olunması idi. Hazırki cihazlar imkan verir ki, hər vətəndaşın pay torpaqlarının bölgüsünü dəqiqliklə müəyyən etsinlər"

"Bu proses daha da aktivləşməlidir. Belə olduqda vətəndaşlar öz torpaqlarından təyinatı üzrə rahatlıqla istifadə edəcəklər. Pay torpaqlarının reyestrdə olması subsidiyaların alınmasını bir qədər də sadələşdirəcək. - deyə, ekspert bildirib."- deyə, ekspert bildirib.

Qeyd edək ki, artıq ölkənin bir çox rayonlarında (Beyləqan, İmişli, Bərdə, Saatlı, Ağsu, Kürdəmir, Şamaxı, Qax, Yardımlı, Ağstafa, Sabirabad və Neftçala) vətəndaşlara səyyar qeydiyyat xidmətləri göstərilib. Mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə Xidmətin mobil ofislərinə yaxınlaşaraq pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanıblar.

Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsidir. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi həmçinin, vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır