2035-ci ildə ABŞ-da yanacaq mühərrikli avtomobillərin satışına qadağa qüvvəyə minəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri deyib.
Onun sözlərinə görə, 2030-cu ilə kimi ABŞ bazarında satılan avtomobillərin 50 faizi, 2035-ci ilə kimi isə 100 faizi elektromobil olacaq.
Kerri bildirib ki, artıq bir neçə iri avtomobil şirkətləri buna razılıq verib.