İyunun 23-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Yanvar-may aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin dəyəri 2,1 milyon dollar olub.
Axar.az Moldovanın Milli Statistika Bürosuna istinadla xəbər verir ki, beş ayda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1 milyon 550 min dollar təşkil edib. Azərbaycandan Moldovaya isə 545 min dollar dəyərində məhsul ixrac olunub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dolları ötüb.
Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlar üçün yaratdığı Sahibkarlar Klubunun sıraları getdikcə genişlənir. Kluba qəbul edilən sahibkarların sayı artıq 500-ə çatıb. Sahibkarlar Klubunun məqsədi kiçik və orta sahibkarlığın inkişafına dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsi, ixracyönümlü müştərilərin biznesinin genişləndirilməsidir. Azərbaycan Beynəlxalq Bankının müştərisi olan və müvafiq meyarlara cavab verən hər bir sahibkar bu klubda təmsil oluna bilər.
Sahibkarlar Klubunun üzvlərinə bankın məhsul və xidmətlərindən istifadə zamanı müxtəlif güzəştlər edilir. Onlar üçün bankın tərəfdaşı olan yerli və xarici təşkilatların da dəstəyi ilə birgə tədbirlər təşkil olunur. Klub üzvləri bankın onların işçi heyəti üçün hazırladığı imtiyazlar paketindən faydalana bilirlər. Mütəmadi işgüzar tədbir və görüşlərdə öz kommunikasiya imkanlarını genişləndirir, faydalı tərəfdaşlar tapırlar.
Klub öz üzvlərinə hüquq, mühasibatlıq, rəqəmsal təcrübənin tətbiqi, reklam, gömrük, françayzinq, sığorta xidmətləri sahəsində də kömək göstərir. Eyni zamanda, onlar üçün məsləhət və təlim xidmətləri təşkil edir. Belə ki, kiçik və orta sahibkarlar istehsal, satış, keyfiyyətin idarə edilməsi, ixrac, idxal əməliyyatları, mühasibat işinin təşkili, vergi qanunvericiliyi və s. mövzularda keçirilən təlimlərdən faydalana, klubun cəlb etdiyi peşəkar ekspertlərdən məsləhət yardımı ala bilirlər.
Sahibkarlar Klubu haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür. Kluba üzv olmaq istəyən sahibkarlar 937 nömrəli Məlumat Mərkəzinə (5 nömrəsini seçməklə) zəng edə, yaxud Bankın yaxınlıqdakı filial və şöbələrinə müraciət edə bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.
2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) Axar.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3209,2 manat, qeyri neft-qaz sektorunda 670,6 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat təşkil edib.
Rəsmi məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Azərbaycanda "Murovdağ" kartof sortunun yetişdirilməsinə başlanılıb.
Bitkoin Salvadorda qanuni pul vahidi kimi təyin ediləcək.
Axar.az xəbər verir ki, bu haqda Salvador Prezidenti Nayib Bukele açıqlama verib.
O, bitkoinin qanuni pul vahidi kimi təyin ediləcəyilə bağlı qanun layihəsini gələn həftə Konqresə göndərəcəyini bildirib.
Qeyd edək ki, Konqresin qəbul etdiyi qanunla Salvador bitkoini rəsmi pul vahidi kimi tanıyan ilk ölkə olacaq. Hazırda ölkə ABŞ dollarından pul vahidi kimi istifadə edir.