Neftin hazırkı qiymətləri Azərbaycanı qane edir, amma prioritet qiymət stabilliyidir.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada jurnalistlərə açıqlamasında deyib.
“İstehsalçı ölkə kimi bu qiymət bizi qane edir. Lakin əsas hədəf neft qiymətlərinin stabil olmasıdır. Hesab edirik ki, qiymətlər hətta bir az aşağı da ola bilər. Onlar elə olmalıdırlar ki, təkcə istehsalçılar üçün deyil, həm də istehlakçılar üçün rahat olsun”, - nazir bildirib.