OPEK+ ölkələri nazirlərinin növbəti iclası baş tutub.
Axar.az xəbər verir ki, nazirlər 2022-ci ilin aprelində sona çatacaq neft hasilatının azalmasına dair müqavilənin gələn ilin sonuna qədər uzadılmasını müzakirə ediblər.
"Meksika müqavilənin uzadılmasına dəstək vermədi. BƏƏ-nin mövqeyi eynidir. İstehsalda artım - bəli, amma müqavilənin uzadılması barədə danışmaq hələ tezdir", - BƏƏ-ni təmsil edən nazir qeyd edib.