ABŞ-da inflyasiya növbəti üç ildə indiki səviyyədə qalacaq, ç
ünki pandemiya tədarük zəncirinə təsir göstərib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə "Lehman Brazers"in keçmiş baş direktoru Lourens Makdonald çıxış edib.
"İqtisadi bərpa yanacaq və işçi qüvvəsinin olmaması səbəbindən çətinləşib və kriptovalyutaya deyil, möhkəm aktivlərə investisiya qoymaq lazımdır, məsələn gümüşə.
Yəqin ki, inflyasiyanın davamlı olmasını şərtləndirən on amil var. Bu dəfə maliyyə böhranı deyil, hərbi tipli vəziyyətdir. Təchizat zəncirlərindəki pozulmalar, neftin nəqli xərcləri - bu, çox sabit inflyasiyaya səbəb olur", - Makdonald qeyd edib.