ABB ödənişləri asanlaşdıran daha bir texnoloji imkanı müştərilərin istifadəsinə verib. Belə ki, indi alış-veriş zamanı ödənişləri saatla da aparmaq olar. Garmin saatları təmassız ödəniş imkanı yaradır. Müştərilər öz Garmin saatlarını ABB-ə məxsus Visa kartı ilə əlaqələndirdikdən sonra kassada saatı POS terminala sadəcə yaxınlaşdırmaqla ödənişlərini ani və təmassız şəkildə apara bilərlər. Eyni zamanda müştərilər Garmin saatları ilə ABB-nin yeni təmassız bankomatlarında da əməliyyatlarını icra edə bilərlər.
Axar.az xəbər verir ki, Garmin Pay-i aktivləşdirmək üçün müştəri mobil telefonunda Garmin saatına aid tətbiqə daxil olur. Saat tənzimləmələri hissəsində Garmin Pay-i seçir. ABB-dən olan Visa kartını bura daxil edib qeydiyyatı tamamlayır. Sonra saatdakı cüzdana keçid edərək şifrəni daxil etməklə kartı seçir. Cəmi bir neçə dəqiqə çəkən bu prosedurlardan sonra Garmin saatı təmassız ödənişlər üçün hazırdır.
ABB müştərilərə ödəniş kartlarının ən müxtəlif çeşidlərini təklif edir. Kartlar haqqında ətraflı məlumatı buradan əldə etmək və istənilən kartı onlayn sifariş vermək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.