İter Vitis Qafqaz marşrutunun həyata keçirilməsi istiqamətində işlər aparılır.

 

Bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin sektor müdiri Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova deyib.

O bildirib ki, şərabçılıqla bağlı olan bu marşrut Rusiyanın Krasnadar vilayətindən başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır:

"Hazırda ölkədə 15-də çox şərab zavodu fəaliyyət göstərir və ən müasir texnologiyalarla şərab hazırlanır. Azərbaycanda bu marşrut Bakıda start götürür, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Tovuzu əhatə edir. Biz bunu bir qədər də uzadaraq, Balakəni də marşruta daxil edəcəyik. İter Vitis Qafqaz marşrutu üzrə Gürcüstanla danışıqlar aparılır. Biz öz təkliflərimizi hazırlamışıq, Gürcüstan da təkliflərini hazırladıqdan sonra birləşmiş versiyanı təqdim edəcəyik. Bu, Qafqaz üçün yenilikdir, çünki birləşmiş marşrutlar hələ ki, yoxdur. Azərbaycan-Gürcüstan-Ermənistanı əhatə edən ümumi mədəni marşrutlar təklif olunur, lakin belə tematik marşrut indiyə kimi olmayıb. Ona görə də bu, yeni və innovativ marşrutdur".

Ş.Həsənəvo onu da əlavə edib ki, şərabla bağlı Qarabağ regionu üzrə də işlər görüləcək və gələcəkdə buranı da marşruta əlavə edəcəklər:

 

"Bilirsiniz ki, Qarabağın da şərabı məşhurdur. Burada vaxtilə müxtəlif yerli sort üzümlər yetişdirilib. Məsələn, "Xindoqnı" sortu təkcə burdadır. Uzun illər ermənilər ondan kütləvi şəkildə istifadə edib, müxtəlif şərab markaları çıxarıblar. Hansılar ki, indi dünyada ekzotik şərab məhsulları kimi tanınır. Nə xoş ki, biz indi buranı öz məhsulumuz kimi iter vitisə daxil edəcəyik. Onu da qeyd edim ki, iter vitis marşrutunun məğzi təkcə şərabı dequstasiya etmək deyil, eyni zamanda yerli üzüm sortlarını təqdim etmək və bununla bağlı mədəni irsi tanıtmaqdır".

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır