Son xəbərlər

 

Ölkənin müştəri yönümlü lider şirkəti “Azercell Telekom” MMC rəqəmsal həllərdən istifadəni daha asan və rahat etmək məqsədilə “Kabinetim”, “ABB Mobile”, “Umico” platformaları üzərindən xidmətlərin çeşidini genişləndirir.

 

Axar.az xəbər verir ki, indi ABB Mobile tətbiqinə Azercell-in NNTV, Bookmate, BluTv, “IVI” rəqəmsal həlləriylə yanaşı SberZvuk xidmətinə abunəlik də əlavə olunub. SberZvuk-la milyonlarla istifadəçinin istənilən əhvala, şəraitə və məkana uyğun musiqini tapmaq, dünya hitlərindən tutmuş klassikaya qədər müxtəlif növ musiqini dinləmək mümkündür. 50 milyon mahnı, podkast, fərdi tövsiyə və musiqini özündə cəmləşdirən rəqəmsal məhsulun ağıllı alqoritmləri seçiminizi sizin üçün avtomatik olaraq fərdiləşdirir.

Yayın əvvəlində SberZvuk xidmətinə Hi-Fi musiqisi üçün dəstəyin əlavə olunması nəticəsində indi milyonlarla mahnı istifadəçilər üçün itkisiz (lossless) - sıxlaşdırma və təhrif olmadan təqdim olunur. Bu yeniliklər əlavə ödəniş tələb etmədən standart abunə paketinə daxildir. Qeyd edək ki, Hi-Fi keyfiyyəti musiqini yaradıcıları tərəfindən ilk düşünüldüyü və yazıldığı şəkildə dinləməyə imkan verir. Bu funksiya iOS və Android əməliyyat sistemini dəstəkləyən bütün mobil cihazlarda istifadə oluna bilər. Bunun üçün SberZvuk tətbiqində Hi-Fi işarəsi olan istənilən kompozisiyanı seçmək, və ya pleyerdə, istifadəçi profilində Hi-Fi keyfiyyətinə keçid etmək kifayətdir. Eyni zamanda trekləri keyfiyyətini itirmədən onlayn şəkildə dinləmək və ya mobil cihazın yaddaşına yükləmək də mümkündür.

Həmçinin, ABB Mobile-də təqdim olunan BluTV mobil kinoteatrına Discovery+ striminq xidməti əlavə edilib. Yeni proqram sayəsində bu kanalın sənədli və əyləncəli kitabxanasına üzv olmaq mümkündür. Bu paketdə Discovery Channel, TLC, Animal Planet, ID, Discovery Science, Food Network, Travel Channel, həmçinin Eurosport kimi populyar kanalların təqdim etdiyi ən məşhur şoular, seriallar, idmançılar haqqında proqramlar təqdim olunur.

Xatırladaq ki, bu və digər Azercell rəqəmsal məhsulları artıq “Umico” platformasına da əlavə olunub və xidmətlərə qoşulma qaydası çox sadədir: “Umico” tətbiqini "App Store” və ya "Play Store”dan yüklədikdən sonra “Umico”da “Bonuslar” səhifəsinə keçid edib “Azercell - Keşbekli xidmətlər” bölümü seçilməlidir.

Azercell-in rəqəmsal məhsullar portfeli ilə tanış olmaq üçün https://www.azercell.com/az/personal/digital-solutions.html səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi