ONA-nın məlumatına görə, bu gün turun son iki matçı keçirilib.
“Qalatasaray” səfərdə “Konyaspor”la qarşılaşıb. Liderə çatmaq imkanı olan İstanbul klubu meydan sahiblərinin müqavimətini qıra bilməyib. Turnir cədvəlindəki qonşular Malatyada üz-üzə gəlib. “Kasımpaşa”nı qəbul edən “Yeni Malatyaspor” görüşdən qalib ayrılıb.
Qeyd edək ki, növbəti turun oyunları mayın 3-6-da keçiriləcək.
Türkiyə Super Liqası XXX tur 29 aprel “Konyaspor” – “Qalatasaray” – 0:0 “Yeni Malatyaspor” – “Kasımpaşa” – 2:1 Büyük, 42, Yalçın, 69 – Koyta, 84
"Bir sıra miqantlar daha yaxşı iş tapmaq üçün yaşayış yerlərini tərk edirlər, belə insanların insan alveri qurbanına çevrilmək ehtimalı var". ONA-nın məlumatına görə, bunu bu gün ABŞ Dövlət Departamenti, Azərbaycan Hökuməti və BMT-nin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi- IV faza" layihəsi çəriçvəsində beynəlxalq miqrasiya hüququna dair seminarda ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə mütəxəssisi Kristin Sinqh bildirib.
Kristin Sinqh deyib ki, ABŞ 25 il ərzində Azərbaycana müxtəlif sahələrdə dəstək verib: "1992-ci ildən indiyə qədər ABŞ tərəfindən Azərbaycana 1,3 milyard dollar yardım göstərilib. Azərbaycan Şərqlə Qərb arasında yerləşir. Azərbaycan transmilli cinayətkarlığın qarşısının alınması baxımından mühüm ölkədir. ABŞ Azərbaycanla uzun müddətli tərəfdaşlığa, xüsusən ədliyyə sahəsində tərəfdaşlığa sadiqdir. Bu tərəfdaşlıq nəticəsində Azərbaycanda biznes mühiti də faydalanacaq. O cümlədən insanların hüquqları daha yaxşı qorunacaq "
Osman Gündüz: “MİDA -nəın hazırda tikdiyi binalara baxanda belə anlamaq olar ki yaxın zamanda iddiaçıların hamısı güzəştli mənzil əldə edə biləcək”
Güzəştli mənzillərlə bağlı bugünkü satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4624 nəfər olub. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) agentliyindən Bizimyol.info saytına verilən məlumata görə, Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə, 154 mənzilin satışı prosesinə bu gün saat 11:00-da başlanıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Satışa çıxarılan 154 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11 003 nəfərdir.
Mənzillərin seçimi prosesi MİDA-nın inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.
O, Bizimyol.info saytına bildirib ki, güzəştli mənzillərin onlayn satışı ilə bağlı sistemlərində hər hansı problem yaranmayıb.
“DEMO versiyanın qabaqcadan 1 ay ərzində işə salınması və iddiaçıların qabaqcadan xeyli məşq etməsi və iddiaçılar tərəfindən İT mütəxəssislərin prosesə cəlb edilməsi seçim zamanını xeyli dəyişib. Artıq ilk dəfə olaraq bu satışda ilk seçim 4-5 saniyə çəkdi. 38-40 saniyəyə bütün mənzil seçimi başa çatdı. Ekranda bütün prosesi müşahidə ertmək mümkündür. Əvvəlcədən də yazanlar vardı ki 6 saniyəyə DEMO-da seçim edə bilir”. Osman Gündüz bildirir ki, prosesi canlı yayımlamaq üçün ona mkan verilməyib:
“Düşünürəm ki növbəti mərhələdə mütləq bütün prosesi SOSİAL MEDİADA və TV-lərdə CANLI yayım etmək lazımdır Ümid edirəm MİDA rəhbərliyi nəzərə alacaq”.
Ekspert deyir ki, MİDA-nın məlumatlandırma işlərini də təkmilləşdirmək lazımdır. “Baxıram ki aprelin 15-dən sonra FB səhifələrində heç bir infromasiya verməyiblər. Eyni zamanda MİDA -nəın hazırda tikdiyi binalara baxanda belə anlamaq olar ki yaxın zamanda iddiaçıların hamısı güzəştli mənzil əldə edə biləcək. MİDA rəhbərliyi bu mənzil tikintisi ilə bağlı dinamikanı və məhdud sayda güzəştli mənzil iddiaçılarının da ən uzağı nə zaman mənzil ala biləcəyini indidən təxmini olaraq elan edə bilər. Əlbəttə onlayn satış ən şəffaf və insan müdaxiləsinə imkan verməyən uğurlu variantdır. Eyni zamanda ümumiyyətlə güzəştli seçim üçün əlavə imkanları da nəzərdən keçirmək pis olmazdı. Onlayn formada yeni mənzil əldə edənləri təbrik edirik, gözləmədə olan iddiaçılara da hövsələli olmağı arzulayırıq”.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq.
Bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.
Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək:
“Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində – gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər”.
Yeniliyin işə düşməsi ilə bağlı texniki işlər davam edir.
Azərbaycan istehsalı olan 15,5 ton pomidorun Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilməyib.
“Report” xəbər verir ki, bu barədə qərarı Rusiyanın Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidməti verib.
Məlumata görə, Federal Xidmətin əməkdaşları pomidorlarda Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkar edib.
“Belə ki, bu pomidor yükü ilə bağlı protokol tərtib edilib və Azərbaycana geri göndərilib. Pomidor güvəsi idxal edildiyi təqdirdə, 50%-dən 100%-dək məhsulu məhv edə bilərdi”, – məlumatda bildirilir.
Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi preparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.
“Bakıda metro stansiyalarının sayı 76-a çatdırılacaq”.
Bunu Redaktor.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, proses 2030-cu ilə qədər davam edəcək:
“2011-ci ildə təsdiq olunan konseptual inkişaf proqramına uyğun olaraq, yeraltı yollarının ümumi uzunluğu 119,1 km, elektron depoların sayı isə 5 olacaq. Hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikinti hissəsinin son mərhələsi bitmək üzrədir. Stansiya Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında yerləşir. Ən müasir sistemlərin təchizatı ilə inşa edilən bu stansiyanın arxa tərəfində 193.91 metr uzunluqda keçid kamerası da tikilir. Stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq”.
Metropoliten rəsmisi inşa ediləcək stansiyaların xətlər üzrə başladığı və bitdiyi məntəqələrin geniş əraziləri əhatə edəcəyini vurğulayıb:
“Bənövşəyi xətt – Avtovağzaldan başlayaraq Babək prospekti istiqamətindən keçəcək və Qaraçuxur qəsəbəsinə qədər davam edəcək. Qırmızı xətt – Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. Mavi xətt – Yasamal yaşayış sahəsi ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsini birləşdirəcək. Sarı xətt – Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Yaşıl xətt – dairəvi olacaq. Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək”.
Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Aprelin 26-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 3,2% azalaraq 1 barelə görə 71,97 dollar təşkil edib. Aprelin 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 3,56% azalaraq 62,89 dollar təşkil edib.
Martın sonları və aprelin əvvəllərində Azərbaycanda tərəvəz məhsullarının qiymətlərinin baha olması ciddi narahatlıq yaratmışdı.
Bu məsələ Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisini başa çatdırmasından və Azərbaycanda aqro-logistik sənaye parklarının yaradılmasından sonra yekun həllini tapacaq.
Bu il aprelin 24-də Çinin paytaxtında keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.
İmzalanan sənədlər arasında Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair əməkdaşlıq memorandumları da var.
Ölkənin aqrar sektorunda müasir texnologiyanın tətbiqi, Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin və aqro-logistik sənaye parklarının tikintisinə sərmayə qoyması barədə razılığın əldə olunması təkcə meyvə-tərəvəz istehsalının nəzərəçarpacaq dərəcədə artırılmasına deyil, həm də onların açıq sahələrdə yeni məhsul becərənədək qorunub saxlanmasına da imkan verəcək.
Yeri gəlmişkən, əgər Çin texnologiyası əsasında qurulmuş istixanalarda meyvə-tərəvəzin becərilməsindən danışırıqsa, bu o demək deyil ki, söhbət dadsız, orqanizmə zərərli və ətraf mühitə ziyan vuran məhsulun istehsalından gedir. Azərbaycanlılar öz növbələrində Çində becərilən pomidor, xiyar, soğan, həmçinin armud və qarpızın dadına da baxıblar. Onlar həmin məhsulların çox dadlı və keyfiyyətli olduğu qənaətinə gəliblər.
Eyni zamanda istixanalarda meyvə-tərəvəzin istehsalının nəzərəçarpacaq dərəcədə artması və onların saxlanma müddətinin uzadılması kənd təsərrüfatı məhsullarının qiymətlərini açıq sahədə yeni məhsul yetişənədək sabit saxlamağa imkan verəcək.
Qeyd etmək lazımdır ki, azərbaycanlı fermerlər artıq bir neçə kənd təsərrüfatı sahəsində Çin təcrübəsindən uğurla yararlanıblar. Məhz Çin mütəxəssisləri ilə uğurlu əməkdaşlıq sayəsində ipəkçilik sənayesinin inkişafını yeni səviyyəyə gətirmək mümkün olub.
Bir neçə il ərzində Çindən Azərbaycana 3,5 milyon tut ağacı gətirilərək əkilib. Bu isə ölkəmizdə ipək qurdunun etibarlı yem bazasını yaratmağa xidmət edir.
Qeyd edək ki, 23 aprel 2019-cu ildə Çindən Azərbaycana 20 min qutu sənaye əhəmiyyətli hibrid ipəkqurdu toxumu gətirilib ki, bu da Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin barama istehsalını 800 tona çatdırmaqla bağlı qarşıya qoyduğu məqsədə çatmağa xidmət edir.
Ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illəri əhatə edən Dövlət Proqramı artıq ilkin bəhrəsini verməkdədir. Əgər 2015-ci ildə ölkədə çox böyük çətinliklə 236 kiloqram barama istehsal edilmişdisə, 2016-cı ildə 70,7 ton, 2017-ci ildə 245,2 ton, 2018-ci ildə isə 514 ton barama istehsal edilib.
Buna baxmayaraq, hələ bu sahədə görüləsi çox iş var.
Baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramında 2025-ci ildə Azərbaycanda barama istehsalını illik 6 min tona çatdırmaq nəzərdə tutulub.
AR Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 1,31 milyard dollar təşkil edib. Çinə milli məhsulların ixracı dəyəri 114 milyon manat olub. Çindən ölkəmizə məhsul idxalının həcmi isə 1,196 milyard dollara çatıb.
Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.
“Hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pulı nişanı var”. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bunun 45%-i kiçik nominallı əskinaslardır: “Dövriyyədə çox işləndiyinə görə 1, 5 və 10 manatlıqlar dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi ya yox, bu məsələ araşdırılır”, - deyə E.Rüstəmov vurğulayıb.