Bulvar sahilində Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb – FOTOLAR















“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilər dənizin dibindən batmış gəmi hissələri çıxarıblar.

QSC-dən verilən məlumata görə, Ağ şəhər bulvarının su akvatoriyasının metal hissələrdən təmizlənməsi işləri çərçivəsində Xəzər dənizinin dibindən ümumilikdə 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb.

Korpuslar müvafiq olaraq 180, 200, 65 ton olub. Batmış hissələri əvvəlcə dalğıclar kəndirlə bağlayıb, daha sonra kran gəmisinin köməkliyi ilə onlar “Barja-701” barjının göyərtəsinə qoyulub. Yedək gəmiləri ilə barjdakı gəmi hissələri sahilə çatdırılaraq metal qırıntısı kimi təhvil verilib.

Həyata keçirilən işlərə Xəzər Dəniz Neft Donanmasının “Qurban Abasov”, “Socar-1”, “Barja-701”, “Hövsan-5”, “Abşeronskaya-6”, “SPK-47/25”, “Hövsan-2” kimi gəmilər və barjı cəlb edilib.

Qeyd edək ki, ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. Bu baxımdan ASCO-da ətraf mühitə zərərin vurulmaması üçün mütəmadi zəruri qabaqlayıcı tədbirlər görülür. Gəmilərin istismarı zamanı yaranan müxtəlif çeşidli bərk və maye tullantıların, habelə qaz atqılarının su mənbələrinə, qrunta və atmosferə ekoloji təsirlərinin minimuma endirilməsi daim çox ciddi diqqət mərkəzində saxlanılır.

Bulvar sahilində Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb – FOTOLAR
Bulvar sahilində Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb – FOTOLAR
Bulvar sahilində Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb – FOTOLAR
 

 

Azərbaycan kartof idxalından imtina etməyi planlaşdırır














Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır.

Bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

O qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib:

“Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. Lazımi şərait yaradılır, məhsulun saxlanması üçün anbarlar tikilir”.

Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda kartof əsasən Rusiya, Belarus, İran və Türkiyədən idxal, Rusiyaya isə ixrac olunur.

Daha sonra pomidorlardan danışan B.Quliyev bildirib ki, Azərbaycanda istehsal olunan pomidorlar əsasən Rusiyaya ixrac olunur.

O əlavə edib ki, Rusiya son illərdə pomidor istehsalını artırdığı üçün Azərbaycandan Rusiyaya pomidor tədarükü gələcəkdə azala bilər.
Azərbaycanda bu dərman vasitələrinin idxalı və satışı QADAĞAN edildi (SİYAHI)














Səhiyyə Nazirliyi fenspirid tərkibli bir sıra dərman vasitələrinin bütün seriyalarını geri çağırıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, Avropa Dərman Agentliyinin 15 fevral 2019-cu il tarixli EMA/114407/2019 nömrəli “Ürək ritm problemləri yaratması ilə bağlı potensial risk səbəbindən fenspirid tərkibli dərman vasitələrinin qeydiyyatının dayandırılması” adlı sənəd dərc edilib.

Sənədə əsasən Avropa Dərman Agentliyinin (EMA) farmakonəzarət üzrə risklərin qiymətləndirilməsi komitəsi (PRAC) uşaq və yetkinlərdə ağciyər xəstəlikləri ilə əlaqədar yaranan öskürəyin aradan qaldırılması üçün istifadə olunan fenspirid tərkibli dərman vasitələrinin Avropa Birliyində qeydiyyatının dayandırılması təklifini irəli sürüb.

Qeydiyyatın dayandırılması pasiyentləri qorumaq üçün bir tədbirdir və PRAC QT intervalının uzanması və “torsades de pointes” (ürək ritm problemlərinə yol aça bilən ürəyin elektrik fəaliyyəti anomaliyaları) riskini nəzərdən keçirir. Keçmişdə bu dərmanları qəbul edən xəstələrdə ürək ritminin problemləri bildirilmişdir. Fenspirid və ürək ritm problemləri arasındakı potensial əlaqəni araşdırmaq üçün fenspirid tərkibli dərman vasitələrinin insanlarda QT intervalının uzatma potensialına malik olduğunu göstərən heyvan tədqiqatları aparılmışdır. PRAC, mövcud olan bütün sübutları araşdırır və AB-də fenspirid tərkibli dərman vasitələri barədə tövsiyələr verir. Qiymətləndirmə başa çatdıqdan sonra, EMA məlumat verməyi, pasiyent və tibb işçilərinə yenilənmiş rəhbərlik təqdim etməyi planlaşdırır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən fenspirid tərkibli dərman vasitələrinin təhlükəsizliyi və risk-fayda nisbəti araşdırılır.

Araşdırmaların davam etdiyi müddətdə əhalinin sağlamlığının qorunması və pasiyentlərin potensial riskdən qorunması məqsədi ilə fenspirid tərkibli aşağıdakı dərman vasitələrinin bütün seriyaları geri çağırılmışdır:

Sıra
№-si

Dərman
vasitəsinin adı

BPA və doza Forması və ticarət qablaşdırması İstehsalşı şirkət , ölkə
1 Erespal fenspiride hydrochloride 10 mg/5 ml şərbət 100 ml flakonda №1, karton qutu qablaşmada Les Laboratoires Servier İndustrie, Fransa
2 Erespal fenspiride hydrochloride 80mg örtüklü tabletlər №30
Les Laboratoires Servier İndustrie, Fransa
3 Tirfens fenspiride hydrochloride 2 mg/ml şərbət 100 ml flakonda №1, karton qutu qablaşmada, örtüklü tabletlər №28 World Medicine İlaç Sanayi ve Ticarət A.Ş., Türkiyə
4 Tirfens fenspiride hydrohloride 80 mg örtüklü tabletlər №20 (10×2), №30 (10×3), blisterdə karton qablaşmada World Medicine İlaç San. ve Tic. А.Ş., Turkiyə
Azərbaycan Respublikasında fenspirid tərkibli dərman vasitələrinin idxalı, pərakəndə və topdan satışı qadağan edilmişdir.

Pasiyentlər üçün məlumat

• Təhlükəsizlik məlumatları göstərir ki, fenspirid tərkibli öskürək əleyhinə dərmanlar qəfil ciddi ürək ritm problemlərinə səbəb ola bilər.

• Pasiyentlərə araşdırmaların davam etdiyi müddətdə fenspirid tərkibli dərman vasitələrinin istifadəsini dayandırmaq tövsiyə edilir.

• Fenspirid tərkibli dərman vasitələrini istifadə edən pasiyentlər ürək ritm problərinə məruz qala bilərlər.

• Əgər öskürək əleyhinə fenspirid tərkibli dərman vasitəsi qəbul edirsinizsə, alternativ müalicələr haqqında məsləhət almaq üçün həkim və ya əczaçıya müraciət edin.

• Əgər istifadə etdiyiniz dərmanla bağlı hər hansı narahatlıq varsa, onları həkim və ya əczaçı ilə müzakirə edin.

Tibb işçiləri üçün məlumat

• Araşdırmaların davam etdiyi müddətdə, tibb işçiləri pasiyentlərə fenspirid tərkibli dərman vasitələrinin istifadəsinin dayandırılmasını məsləhət görməlidirlər.

• Fenspirid tərkibli dərman vasitələrinin istifadəsinin müvəqqəti dayandırılması son aparılan klinikaya qədər tədqiqatlara (hERG kanal birləşməsi və in vitro heyvan modelləri üzərində tədqiqatlar) əsaslanır və fenspiridin insanlarda QT intervalının uzanması potensialına malik olduğunu göstərir. Bu məlumatlar, fenspirid və QT intervalının uzanması / torsades de pointes arasındakı ehtimal olunan şübhəli əlaqənin olmasını təsdiqləyir.

• Fenspirid tərkibli dərman vasitələrinin simptomatik müalicə üçün istifadə olunduğunu və QT intervalının uzamasının ciddiliyi nəzərə alınmaqla, bu tərkibli dərmanların təcili olaraq Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının yekun qərarının nəticələrinə qədər təxirə salınır.
Yasamalda beş küçənin təmiri yekunlaşıb














Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu ilin əvvəlindən Yasamal rayonu üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 5,3 km uzunluğa malik 5 küçənin 85 min kv.m-dən çox sahəsində təmir-tikinti işlərini yekunlaşdırıb.

Agentlikdən verilən xəbər görə, bunlar, hər birinin uzunluğu 1,6 km olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, sözügedən küçələri birləşdirən 0,4 km uzunluğa malik “A Keçidi” küçəsi, 1 km-lik “7-ci Alatava” küçəsi və 0,7 km uzunluğunda Şəfayət Mehdiyev küçəsidir.

Sadalanan küçə və yollarboyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Yasamal rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-dən artıq uzunluğa malik 5 küçənin təqribən 80 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək.

Misal olaraq 1,6 km uzunluğa malik Şamil Əzizbəyov, 1,4 km-lik “1-ci Alatava”, 7 km-lik “2-ci Alatava”, 1,6 km uzunluğunda olan Ümid Əkbərov küçələrini, həmçinin Şəfayət Mehdiyev küçəsinin Landau və Ə. Haqverdiyev küçələri arasında yeləşən 0,8 km-lik hissəsini göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yollarda da təmir-tikinti işləri davam etdiriləcək.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.
Məcburi köçkünlər üçün yeni marşrut açıldı














Qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsi məqsədilə "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərin xidmətində olacaq. 
Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb.
Bu günə olan MƏZƏNNƏ













Azərbaycan Mərkəzi Bankı 8 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, aprelin 8-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9092 manat təşkil edir.
1 türk lirəsi 0,3013 manat, 1 rus rublu 0,0260 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6322 manatdır.
“NIKOIL Bank” “Sabahın Bankçılığı” forumu keçirdi

 

6 aprel tarixində Bakı Konqres Mərkəzində müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin iştirakı ilə “NIKOIL Bank”ın müştəriləri və tərəfdaşları üçün “Sabahın Bankçılığı” adlı iqtisadi forum keçirildi.

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirin əsas mövzusu maliyyə xidmətləri sahəsindəki beynəlxalq tendensiyalara həsr olunub.

“NIKOIL Bank”ın idarə heyətinin sədri Nikoloz Şurqaia qonaqları salamladı və qeyd etdi:

Bakıda 6 il çalışmış bir iqtisadçı və beynəlxalq bankir kimi, hazırda Azərbaycanda həyata keçirilən geniş miqyaslı islahatlardan təsirləndim. Dünya Bankının 2018-ci il "Doing Business" reytinqində 25-ci yer diqqətçəkicidir. Ancaq bu, Azərbaycanın böyük region üçün beynəlxalq səviyyədə görkəmli biznes və investisiya məkanına çevrilməsi yolunda sadəcə bir addımdır.

Müştərilərimizi və tərəfdaşlarımızı beynəlxalq tendensiyalardan doğan dəyişikliklərə daha yaxşı hazırlamağımıza kömək etmək üçün öz təcrübələrini bizimlə bölüşəcək natiqlərə minnətdarlığımı bildirirəm. Bankımızın hər bir komanda üzvü və mənim üçün müştərilərimiz və portnyorlarımız ən başda olacaq və sizə ürəklə xidmət etməyə davam edəcəyik. Hədəfimizi bu cür ifadə etmişik: sadə kommunikasiya üslubu ilə həllər tapmaq və təbəssümlə, səmimiyyətlə işləmək”.

Tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Belorusiya və Gürcüstandan və beynəlxalq maliyyə təşkilatlarını təmsil edən dünyaca nüfuzlu maliyyəçilər və bankirlər aşağıdakı mövzularda çıxışlar etdilər:

· Sabahın bankçılığından nələr gözlənilir?

· Rəqəmsal eranın əsas çənlikləri hansılardır, müəssisə və banklar onları necə həll edir?

· Dünya maliyyə bazarlarında baş verən dəyişikliklər yerli bazarlara necə təsir edir?

· Gələcəkdə müştəri təcrübəsi necə olacaq?

“NIKOIL Bank” Azərbaycanda əhali və müəssisələr üçün 25 ildir ki, xidmət göstərən maliyyə müəssisəsidir. Qabaqcıl beynəlxalq təcrübə əsasında dəyişilən və yenilənən bank ən yaxşı maliyyə xidmətləri əldə etmək istəyən hər kəsin bankına çevrilməyi hədəfləyir.

 

 




 
Problemli kreditlər siyahısında adı çıxmayanlar OXUSUN!















Vətəndaşlar tərəfindən hər hansı bir mübahisəli halın yaranması varsa həmin halların palata nəzdində yaradılmış apellyasiya komissiyası tərəfindən baxılması nəzərdə tutulur”.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov report-a deyib. O, bildirib ki, həmin komissiyada yekun qərarın veriləcək: “Burada da əsas məqam kimi siyahıda adı çıxmayan vətəndaşlar əgər həqiqətən də məbləğin 10 min dollardan aşağı olan hallar varsa, o halda adı çıxamayan şəxslərlə bağlı qərarlar qəbul ediləcək. Kompensasiya məbləği fərqli olan vətəndaşların sorğuları ilə bağlı qərarlar veriləcək.

Ümumilikdə qaydalarda kompensasiyaların hansı formada ödənilməsi, nağd, hansı hallarda plastik kartlar üzərində aparılması nəzərdə tutulur. Bundan əlavə, qaydalar həmçinin fəaliyyətdə olan banklar, bank olmayan kredit təşkilatları üzrə hesablanmış kompensasiyalar, eyni zamanda ləğvetmə prosesində olan bankların müştəriləri üçün hesablanmış kompensasiyaların necə ödənilməsi ilə bağlı məqamları əhatə edir”.
Azərbaycanda 10 mln. manatadək vergi borcu silinə bilər














Azərbaycanda 140 dövlət müəssisənin əmlak və torpaq vergisi üzrə borcu silinəcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Report”a bildirib ki, ümumilikdə, 10 mln. manatlıq vergi borcu nəzərdə tutulur.

Məlumata görə, bu, Prezident İlham Əliyevin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanunun tətbiq edilməsi barədə imzaladığı fərmanla qüvvəyə minib.

Yeni fərmana görə, müəssisə özəlləşdirildiyi tarixdən etibarən sahibkar 2019-cu ilin martın 1-dək olan borcunun 30%-ni il müddətinə, 50%-ni 2 il müddətinə və 70%-ni isə 3 il müddətinə ödəyərsə, borcun yerdə qalan hissəsi silinəcək.

Q.Xəlilov deyib ki, bu prosesdə iştirak edəcək müəssisələrin sayı artıb-azalada bilər.

Fərmana görə, bu qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək.