Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 75 milyon 972.49 min dollar dəyərində 79 min 114.66 ton meyvə-tərəvəz ixrac olunub.
Musavat.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, meyvə-tərəvəz ixracı ümumi ixracatda 2.41 faiz paya sahib olub.
Qeyd olunan dövrdə Azərbaycana 36 milyon 359.98 min dollar dəyərində 70 min 70.10 ton meyvə-tərəvəz idxal olunub.
Ötən ilin eyni dövründə Azərbaycandan meyvə-tərəvəz ixracı 58 milyon 418.59 min dollar dəyərində 57 min 273.12 ton, idxalı isə 29 milyon 546,41 min dollar dəyərində olmaqla 61 min 86,11 ton təşkil edib.
Bu ilin iki ayında ölkədən xaricə 17 milyon 808.86 min dollar dəyərində 15 min 68.95 ton tomat(pomidor), 25 milyon 104.57 min dollar dəyərində 4 min 781.22 ton meşə fındığı, 9 milyon 791.52 min dollar dəyərində 23 min 320.35 ton alma, 17 milyon 484.13 min dollar dəyərində 23 min 046.26 ton xurma ixrac edilib.
Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC abunəçilərini Novruz Bayramı ərəfəsində sevindirməyə davam edir. Azercell müştərilərinə bayram əhval-ruhhiyəsi bəxş etmək üçün musiqi sevərlərə xüsusi kampaniya təqdim edir. Belə ki, Azercell mart ayının 15-dən aprel ayının 15-nə kimi hər 1GB, 5GB, 10GB, 50 GB (Limitsiz internet) həcmində aylıq mobil interneti paketi sifariş edən və ya GəncOl5, GəncOl8, Hədsiz, Hədsiz İnternet tarif paketlərinindən birini aktiv edən abunəçilərinə ZVUK-dan (onlayn musiqi tətbiqi) 30 günlük pulsuz abunəlik hədiyyə təqdim ediləcək.
40 milyondan artıq musiqi parçasını smartfona daşıyan Zvuk xidməti, istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Kampaniya çərçivəsində xidmətdən istifadə etmək üçün, “Zvuk” mobil tətbiqini Google Play (Android) və ya App Store (iPhone) platformalarından yükləmək kifayətdir.
“Azercell Telecom” MMC Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir! Bu bahar Azercell-lə daha yaxşı yaşayın!
Yanvar-fevral aylarında Azərbaycan xaricdən 12 milyon 615.31 min dollar dəyərində 9 min 140.90 ton ət idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə çəki ifadəsində 64 faiz artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə Azərbaycana 8 milyon 789.79 min dollar dəyərində 5 min 862 ton ət idxal olunub.
İki ayda heyvandarlıq məhsullarından daha bir olan südün idxalında da artım qeydə alınıb. Belə ki, bu dövrdə 1 milyon 705.26 min dollarlıq 1 min 325.75 ton süd idxal edilib ki, bu da ötən ilin analoji dövründəki idxaldan( 1 min 94,88 ton) çəki ifadəsində 21 faiz çox deməkdir.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalında isə çəki ifadəsində azalma olsa da, dəyər ifadəsində artım baş verib. Belə ki, ötən ilin iki ayında ölkəyə 9 milyon 218.22 min dollar dəyərində 1 min 797.70 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunubsa bu ilin eynio dövründə həmin göstəricilər müvafiq olaraq 9 milyon 876.09 min dollar və 1 min 705.59 ton təşkil edib.
“2018-ci ildə ölkənin dəmir yollarının 220 km-lik hissəsində əsaslı təmir işləri aparılıb”. Bunu baş nazir Novruz Məmmədov Milli Məclisdəki hesabatında bildirdi. Həmçinin qeyd etdi ki, hesabat dövründə xaricdən 56 müxtəlif təyinatlı lokomitiv alınaraq ölkəyə gətirilib. “Ləkit-Qəbələ dəmir yolu layihəsinin birinci mərhələsində artıq 14 km dəmir yolu çəkilib və işlər davam edir” - Baş nazir əlavə etdi.
N.Məmmədov daha sonra bildirdi ki, ötən il Mingəçevir, İmişli, Şəki şəhərlərində “ASAN Xidmət”in regional mərkəzləri istifadəyə verilib. Beləliklə, 2018-ci ildə “ASAN Xidmət” mərkəzlərinin sayı 17-yə çatıb, əhaliyə göstərilən xidmətlərin ümumi sayı isə 300-ü keçib.
E.Paşasoy,
Martın 14-də VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.
Dövlətimizin başçısı ziyafətdə iştirak edən yüksək səviyyəli qonaqlarla görüşüb.
Ziyafətdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də sabiq dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər.
Əvvəlcə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq yeddinci dəfədir baş tutur. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki Forumda qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-FREYBERQA ziyafətdə çıxış edərək deyib:
- Zati-aliləri, cənab Prezident.
Prezidentin qonaqları, Zati-aliləri xanımlar və cənablar.
Biz VII Bakı Qlobal Forumuna yüksək notda başladıq. Bu Forum cənab Prezidentin himayədarlığı ilə keçirilir. Bugünkü Forumda cənab Prezidentin nitq söyləməsi bizə böyük şərəf vermişdir. Hesab edirəm ki, hamımız Azərbaycanda bizə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanda əvvəllər heç vaxt olmayan sizlərin bir çoxu bunu böyük məmnunluqla kəşf etmisiniz. Lakin bu gün Bakı Forumunda yenidən iştirak etmək üçün Azərbaycana gələn çoxlu dostlarımız var. Prezident İlham Əliyevə cansağlığı, xoşbəxtlik, xalqının lideri kimi davamlı uğurlar arzu edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin komandası adından xüsusi minnətdarlıq əlaməti olaraq biz Prezidentə çox xüsusi bir hədiyyəni təqdim etmək istəyirik. Ukraynalı rəssam sizin də sevdiyiniz dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindən bir əsər yaratmışdır. İstərdik ki, bu hədiyyəni bizim bütün komandamız adından Sizə təqdim edək.
Hədiyyə dövlətimizin başçısına təqdim edilib.
Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək deyib:
-Belə dəyərli hədiyyəyə görə çox sağ olun xanım Prezident, cənab Serageldin. Bir daha verdiyi töhfələrə görə həmsədrlərə, bizim inanılmaz həmsədrlərə, xanım Prezident Vike-Freyberqaya və cənab İsmayil Serageldinə təşəkkürümü bildirmək istəyirəm. Bu səhər bunun haqqında danışdım və hər gün bunun haqqında danışa bilərəm, çünki bu, həqiqətdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir çox marağa səbəb olan, bir çox intellektualları cəlb edən aparıcı qlobal beynəlxalq təşkilata necə çevrilməsini görmək möhtəşəmdir. Bizim Forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi, biz əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu Forumun dünya xəritəsində çox mühüm yeri var və Forum hələ də inkişaf prosesini yaşayır. Bir neçə gün bundan əvvəl İdarə Heyətinin üzvləri ilə müzakirə etdiyimiz kimi, bu Forumun daha da genişlənmək potensialı var. Bu Forumun dinamizmi var, bu Forumun enerjisi var. Bu gün bizim aramızda olan gənc liderlər bu Foruma əlavə enerji verirlər. Bu zala daxil olmadan öncə dostlarımızla bu Forumun xüsusi özəlliyinin nədən ibarət olduğunu müzakirə edirdik. Mən dedim ki, Forumu həqiqətən cəlbedici və məhsuldar edən panellərdə çox qızğın diskussiyaların aparılmasına, fikirlərin toqquşmasına, fikir ayrılıqlarına baxmayaraq, biz, eyni zamanda, birliyi də görürük. Biz kollektiv işi görürük. Forumda müntəzəm iştirak edən insanlar, dövlət başçıları, sabiq dövlət başçıları var. Eyni zamanda, Azərbaycana ilk dəfə səfər edən yeni dostlarımız var. Hesab edirəm ki, bu birlik ruhu Forumumuzun ən əsas özəlliklərindən biridir. Əminəm ki, Azərbaycana ilk dəfə səfər edənlər ölkəmizə yenidən qayıtmağı qərarlaşdıracaqlar. Biz həmişə yeni dostları görməyə və köhnə dostlarımızı qarşılamağa şadıq. Beləliklə, hamınıza uğurlar arzulayıram. Bizimlə bir arada olduğunuz üçün çox sağ olun. Forum həmişə bizim hamımız üçün dinamik, intellektual bir platforma olacaq. Çox sağ olun.
Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.
Xatırladaq ki, Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.
Gürcüstandan 2019-cu ilin ilk ayı ərzində 847 ton alma ixrac olunub.
ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu, Gürcüstanın müstəqilliyi dövründə alma ixracında rekord göstəricidir.
2018-ci ilin yanvar ayında ümumilikdə 6 ton alma ixrac olunmuşdu. Bu isə o deməkdir ki, cari ilin analoji dövründə ixrac 140 dəfə artıb.
Məlumata əsasən, ixrac olunan almanın 92%-i Rusiya bazarına çıxarılıb.
Bundan başqa, Gürcüstan almasının idxal olunduğu ölkələr arasında Azərbaycan, Ermənistan, Ukrayna və Qazaxıstan var.
Bir neçə gündən sonra Azərbaycanda Novruz bayramı tətilləri başlayacaq. Belə ki, ölkə hökumətinin qərarı ilə ölkədə bir həftə ardıcıl iş olmayacaq.
Yeddi günlük bayram tətili kifayət qədər uzun müddət deməkdir. Nəzərə alsaq ki, Azərbaycan rəsmi bayramların sayına görə (18 bayram) dünyada öncül yerlərdən birini tutur, onda bayramlara görə verilən tətillərin iqtisadiyyata təsirlərini qiymətləndirməyə ehtiyac yaranır. Ölkə iqtisadiyyatı qeyri-iş günlərinin çoxluğundan hansı itkilərə məruz qalır? Bu tətillər hansı işçilər və işəgötürənlər üçün sərfəli, hansılar üçün sərfəli deyil?
Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, təbii sərvətlərin bol olduğu ölkələrdə adətən bayram günlərinin sayı çox olur: “Postsovet məkanında Rusiyada, məsələn, Yeni il bayramında 11 günədək, may ayında 13 günədək qeyri-iş günü olur. Yəni Azərbaycanın da aid olduğu, resurs ölkələrində bayram günlərinin say çoxluğu iqtisadiyyatda hansısa ciddi fəsad yaratmır”.
Ekspertin sözlərinə görə, bayram günlərində ölkə büdcəsinin gəlirlərinin əsas mənbəyi olan neft sektorunda işlər dayandırılmır: “Bu sektorda növbəli iş rejimidir, bayram günlərində işə görə işçilərə əlavə vəsait ödənir, yəni fasiləsizlik təmin olunur. Bu baxımdan, əgər dövlət büdcəsinin 50 faizi birbaşa Dövlət Neft Fondundan transfert olunursa, qalan büdcə gəlirlərinin formalaşmasında bu sektor hərəkətverici rola malikdirsə, bu zaman yeddi günlük bayramlar iqtisadiyyatda hər hansı ciddi problemlərə gətirib çıxarmır. Əsas problem bank sektoru ilə bağlı yaranır: uzunmüddətli dövrdə bank köçürmələrini həyata keçirmək mümkün olmur ki, bu da iş adamlarına, özəl sektora problemlər yaradır. Banklar bayram günlərində yalnız valyutadəyişmə funksiyasını icra edirlər”.
N.Cəfərli qeyd edir ki, inkişaf etmiş və iqtisadiyyatı diversifikasiya olmuş ölkələrdə belə uzunmüddətli tətillərə az rast gəlinir: “Avropada bayram günlərinin sayı məhdud olur. Amma bu ölkələrdə əmək məzuniyyəti günlərinin sayı çox olur. İşçilər məzuniyyət müddətini bir neçə dəfəyə bölüb istədikləri zaman götürə bilirlər. Yəni istədikləri səviyyədə dincələ bilirlər. Azərbaycanda isə dincəlmək imkanları, bunun üçün müvafiq infrastruktur formalaşmayıb deyə bir həftə ərzində insanlar bilmirlər neyləsinlər”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun bildirdiyinə görə, dünyada və Avropada ən uzunmüddətli tətil günləri Milad bayramı ərəfəsində qeydə alınır: “Lakin Avropada bayram bütün təbəqələri əhatə edir. Yalnız həyati əhəmiyyətli strukturlarda(səhiyyə, nəqliyyat və sair) işin fasiləsizliyi təmin olunur. Bu zaman işçilərə bayram günlərində işlədiklərinə görə əlavə ödənişlər edilir. Bu ölkələrdə bayram tətillərinin səmərəli keçirilməsi üçün bütün zəruri infrastruktur formalaşdırılıb, ənənələr var. Bizdə isə belə bayramlar kiçik bir hissəni çıxmaq şərtilə, əksəriyyət üçün diskomfort yaradır: özəl sektor, qeyri-formal iş yerləri fəaliyyətini davam etdirir. Dövlət orqanları, məhkəmələr, banklar işləmir deyə insanlara problemlər yaranır. Əhalinin böyük hissəsi isə normal istirahət edə bilmir. Çünki əvvəla, ölkədə istirahət ənənəsi formalaşmayıb, ikincisi isə ölkə daxilində belə istirahət çox baha başa gəlir. Nəticədə, insanlar oturub gözləyirlər ki, iş nə vaxt başlayacaq”.
Qeyd edək ki, Avropa Birliyinə daxil olan ölkələrin çoxunda rəsmi tətil günlərinin sayı orta hesabla 10 gündür. Lakin bəzi üzv ölkələrdə istisnalar da var. Məsələn, İspaniya ildə 16, Yunanistan isə 15 rəsmi tətil günü keçirir. Hollandiya və Rumınya tətil mövzusunda ən şanssız ölkələr sırasındadır. Onlar ildə cəmi 9 gün tətil edir. Avropa ölkələrinin rəsmi tətil günləri isə belədir: Fransa 10 gün, Rusiya 12 gün, İngiltərə 8 gün, Finlandiya 10 gün, Danimarka 9 gün, İsveçrə 9 gün.
Amerikada isə rəsmi tətil günlərinin sayı 10-dur. Amerikada rəsmi tətil olaraq dini günlər Avropa ölkələri ilə müqayisə aparıldıqda daha az yer alsa da, milli bayramların çoxluğu nəzərə çarpır. Ayrıca, eyni qitədə yer alan Braziliya 10, Meksika 7, Argentina 12 rəsmi bayramı qeyd edir.
Bu yayı əsrarəngiz Santorinidə keçirmək üçün şansınız var! Bu imkanı sizə Unibank kartları qazandırır. Martın 14-dən mayın 31-dək Unibankın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilərin 1 həftəlik, iki nəfərlik səyahət paketi, iPhone X mobil telefonu və 50 AZN-dən 1000 AZN-dək müxtəlif pul uduşları qazanmaq şansları var. Unibankın “Bahar lotereyası” nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi daşıyır.
Lotereyanın şərtləri belədir:
-Lotereya 14.03.2019 - 31.05.2019 tarixlərini əhatə edəcək və 2 tirajdan ibarət olacaq (1-ci tiraj 23.04.2019 il tarixində, 2-ci tiraj 10.06.2019 tarixində keçiriləcək);
- Ümumilikdə 100 iştirakçı qalib elan ediləcək;
- Lotereyada Unibankdan yeni Albalı Plus kredit kartı əldə edən, eləcə də Unibank debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən müştərilər iştirak edəcək;
-Lotereya keçirildiyi müddətdə rəsmiləşdirilən Albalı Plus kredit kartı 10 iştirak şansı, şərtlərdə göstərilən nağdsız edilən əməliyyatların cəminin hər tam 10 AZN məbləği isə 1 iştirak şansı qazandıracaq;
- Lotereyada yalnız www.unibank.az saytında ( https://unbk.az/2JcbNLA) qeydiyyatdan keçən müştərilər iştirak edəcək.
Lotereyanın uduş fondu: ümumilikdə 10 000 AZN pul mukafatı, iPhone X mobil telefonu və səyahət paketini əhatə edir. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçiləcəklər.
Lotereya qalibləri aşağıdakı mükafatları əldə edəcəklər:
-1 nəfər qalib - Yunanıstanın Santorini adasındakı 5 ulduzlu oteldə, 6 gecə/7 gun, 2 nəfərlik səyahət paketi,
-1 nəfər qalib - iPhone X mobil telefonu,
-2 nəfər qalib - 1 000 AZN,
-2 nəfər qalib - 500 AZN,
-46 nəfər qalib - 100 AZN,
-48 nəfər qalib - 50 AZN.
Lotereyanın şərtləri ilə daha ətraflı bu linkdə (https://unbk.az/2HgDl0F) tanış ola bilərsiniz.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.
Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Şəki”.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, martın 13-də qızılın qiyməti martın 12-i ilə müqayisədə 13,073 manat artaraq 1 unsiya üçün 2217,667 manat təşkil edib.
Gümüş 0,0567 manat bahalaşaraq 1 unsiya üçün 26,2427 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 15,878 manat artaraq 1419,908 manat, palladiumun qiyməti isə 9,4265 manat azalaraq 2607,0945 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.