Ölkədə mobil rabitə bazarının lideri olan “Azercell Telekom” MMC hər zaman olduğu kimi innovativ həllər və müasir texnologiyalar vasitəsilə müştərilərinə xidmət göstərmək məqsədilə, bu dəfə abunəçilərinin istifadəsinə yeni “Samsung S10” kampaniyasını təqdim edir.
Mart ayının 8-dən 31-nə kimi “Samsung S10” kampaniyası çərçivəsində Azercell dükanlarından Samsung telefonu əldə edən hər bir abunəçiyə 6 ay ərzində pulsuz Limitsiz İnternet paket hədiyyə təqdim ediləcək.
Kampaniyadan yararlanmaq üçün Samsung S10, Samsung S10+, Samsung S10 lite, Samsung A750, Samsung J600 və ya Samsung J250 telefon modellərindən birini Azercell Ekskluziv mağazaları və ya Azercell Diler şəbəkələrindən əldə etmək kifayətdir.
Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini ölkədə tətbiq etməyi hədəfləyən Azercell bundan sonra da abunəçilərini yeni kampaniyalar ilə sevindirməyə davam edəcək.
Qarşıdan gələn bayramlarda yaxınlarınızı sevindirmək üçün Azercell-in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.
Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir.
Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, sentyabrın 28-də qızılın qiyməti sentyabrın 27-i ilə müqayisədə 25,364 manat azalaraq 1 unsiya üçün 2012,0605 manat təşkil edib.
Gümüş 0,281 manat ucuzlaşaraq 1 unsiya üçün 24,2852 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 29,9115 manat azalaraq 1376,745 manat, palladiumun qiyməti isə 22,423 manat artaraq 1849,175 manat təşkil edib.
Dünya bazarında neftin qiyməti artmaqda davam edir.
“Report” xəbər verir ki, Londonun "İCE Futures" birjasında “Brent” markalı neftin bir bareli 2,1% bahalaşaraq 83,15 dollara satılıb.
Qeyd edək ki, bundan əvvəl sözügedən markalı neftin bir bareli 2014-cü il noyabrın 10-da 83 dollar həddini ötmüşdü.
“Qafqazinfo” iqtisadiyyat naziri, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Azərtac-a müsahibəsini təqdim edir:
"Azərbaycanda manatın məzənnəsinin sabitləşməsi, insanların yığdıqları pulları yenidən daşınmaz əmlak bazarına qoyması bu bazarda aktivliyi artırıb".