Son xəbərlər

Yanğından zərər çəkənlərə dövlət yardımını ödəyəcək bank açıqlandı














“Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara dövlət yardımının ödənilməsi üçün “Kapital Bank” ASC-də hesablar açılacaq.
Bu barədə iş adamları ilə görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Onun sözlərinə görə, bundan sonra sahibkarlara plastik kartlar veriləcək.
Nazirlikdən “Diqlas”da zərər çəkmiş sahibkarlara YENİ TƏKLİF















İqtisadiyyat Nazirliyi martın 26-da yanğın baş vermiş “Diqlas” Ticarət Mərkəzi bərpa olunana qədər sahibkarlara “Sədərək” Ticarət Mərkəzində və yaxud digər yerlərdə fəaliyyət göstərməyi təklif edib.
Qurumun mövqeyini nazir müavini Niyazi Səfərov açıqlayıb.
Qeyd edək ki, bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) zərər çəkmiş sahibkarlar ötən gün yaradılmış İşçi Qrupunun üzvləri tərəfindən qəbul edilib. Qəbulda N.Səfərov bildirib ki, sözügedən məsələ nazirliyin diqqət mərkəzindədir.
Bu yol 15 ildir niyə təmir olunmur? – AÇIQLAMA















Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt-Hacıqabul yolu ilə bağlı bəzi saytlarda gedən məlumatlarla bağlı geniş açıqlama yayıb.

Qurumun mətbuat katibi Anar Nəcəfli Axar.az-a bildirib ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin tikintisinə 2000-ci ildə imzalanmış müqavilə əsasında 2001-ci ildə başlanılıb və 2004-cü ildə tikinti işləri başa çatdırılıb.

Qurum rəsmisi bildirib ki, II texniki dərəcədən I texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yol 45 km uzunluğa malikdir:

“Yol üzərində 2 yeraltı piyada keçidi və 7 körpü tikilərək istifadəyə verilib. Magistral yolun Ələt-Hacıqabul hissəsinin tikintisinin maliyyələşdirmə mənbəyi Küveyt Fondu və İslam İnkişaf Bankı olub.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsi 15 ilə yaxın müddətdə istismar olunmasına baxmayaraq bunun üçün ciddi zərurət yaranmadığı üçün sözügedən yolda indiyə qədər orta və əsaslı təmir işləri həyata keçirilməyib. Halbuki ümumi istifadədə olan avtomobil yollarında sərt olmayan yol geyimlərinin və süni qurğuların təmirlərarası xidmət müddətləri normalarına əsasən, orta və əsaslı təmir işləri avtomobil yollarının texniki dərəcəsindən, gün ərzində nəqliyyat axınının orta hərəkət şiddətindən, yol geyimlərinin tipindən və yol-iqlim rayonlaşmasından asılı olaraq həyata keçirilir”.

A.Nəcəfli bildirib ki, normalara əsasən I texniki dərəcəli avtomobil yollarında ən çox yüklənmiş zolaq üzrə hərəkət şiddəti sutka ərzində 3 min-6 min 500 avtomobil arası dəyişirsə, yolda orta təmir işləri ən geci 3 ildən bir həyata keçirilməlidir:

“Bundan başqa, təmirlərarası xidmət müddətləri normalarına əsasən, I texniki dərəcəli avtomobil yollarında nəqliyat axınının hərəkət şiddəti sutka ərzində 7 min avtomobildən çox olduqda hər 15 ildən bir əsaslı təmir işləri həyata keçirilməlidir. Üstəlik respublikanın avtomobil yolları IV-V yol-iqlim zonalarına aid olduğu üçün də bu təmir müddəti 15 ildən bir olmalıdır”.

Qurum sözçüsü bildirib ki, Ələt-Hacıqabul avtomobil yolunda hərəkətin orta sutkalıq intensivliyi 2004-cü ildə 2000-2200 avtomobil təşkil edirdisə, hazırda yol ilə sutka ərzində keçən maşınların orta sayı 8-9 dəfə artaraq 18–20 min avtomobilə çatıb. Bu isə hər zolaqla orta hesabla 4500-5000 avtomobil deməkdir:

“Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla magistralın sözügedən hissəsində yolun aşınma layının tam olaraq yenilənməsi ilə orta təmir işləri 3 ildən bir həyata keçirilməklə artıq əsaslı təmir işlərinin aparılması zərurəti yaranmalı idi. Ancaq ciddi zərurət yaranmadığı üçün 15 ilə yaxın istismar olunan yolda əsaslı təmir işlərinə deyil, orta təmir işlərinə zərurət yaranmışdır ki, yaxın günlərdə bu istiqamətdə işlərə start veriləcək”.
Gözyaşardıcı soğanın "yandıran" qiyməti — SƏBƏBLƏR və RƏSMİ AÇIQLAMA















Son günlərdə Azərbaycanda soğanın qiymətinin birdən birə iki dəfə qalxması insanlarda ciddi narazıçılığa səbəb olub. Bu gözyaşardıcı məhsulun qiyməti də artıq “göz yaşartmağa” başlayıb. Yəni 50-70 qəpik civarında satılan soğanın birdən-birə iki dəfə bahalaşaraq 1.3-15 manat təşkil etməsi cəmiyyətdə insanların haqlı narazıçılıqlarına səbəb olub.
Bəziləri bunu ixracın artması, bəziləri qıtlıq, bəziləri isə süni qiymət artımı ilə əlaqələndirir. 

Süni artım tərəfdarları deyir ki, ölkədə yetərincə soğan ehtiyatı var və bəzi qüvvələrə süni yolla məqsədyönlü şəkildə qiymət artırmaqla ölkədə narazıçılıq yaratmaq istəyirlər. Bu düşüncənin tərəfdarları hətta qeyd edirlər ki, topdan satış mərkəzlərində yetərincə soğan olsa da, onu xalqa ucuz qiymətə satmırlar. Soğanlar anbarda xarab olur, zibilə atırlar, ancaq ucuz qiymət satmırlar. Deyirlər ki, “itə atarıq, ancaq ucuz qiymətə satmarıq”.

Lakin ekspert Rövşən Ağayev isə Azərbaycanda soğanın kəskin bahalaşmasını nə qıtlıq, nə süni artımla əlaqələndirir. O, hesab edir ki, soğanın qiymətindəki kəskin artım son aylarda Türkiyədəki soğan qıtlığı və Azərbaycanın bu ölkəyə soğan ixtacatı ilə əlaqədardır.

“Ölkə.Az”a soğanın bahalaşmasının səbəblərini açıqlayan iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, son 3-4 ayda Türkiyədə yaranan soğan qıtlığı hətta siyasi polemikaların əsas mövzusundan birinə çevrilib. 

“Türkiyədə soğanın qiyməti Azərbaycan valyutası ilə 2,5 AZN-dək bahalaşdı. Bu da nəticədə Azərbaycanda soğanın bahalaşmasına gətirib çıxardı. Odur ki, Azərbaycanda soğanın bahalaşması qıtlıqla bağlı deyil, ixracatla bağlı olan məsələdir”, - deyə ekspert vurğulayıb.

Ekspert qeyd edib ki, bu gün Azərbaycan özünü nəinki təmin edəcək səviyyədə, ondan artıq miqdarda soğan istehsal edir.

“Bu gün Azərbaycanın quru soğana olan illik tələbatı 150-160 min ton civarındadır. Ancaq ildə Azərbaycanda 200 min tondan artıq soğan istehsal olunur. Bu bir daha məsələnin soğan qıtlığı ilə deyil, ixracatla bağlı olduğunu sübut edir. Düzdür, bu ilin ixracatı ilə bağlı hələlik konkret rəsmi açıqlama yoxdur. Ancaq 2018-ci ildə Azərbaycan dünya ölkələrinə 41 min ton soğan ixrac edib. Türkiyədə yaranan soğan qıtlığından sonra Azərbaycandan bu ölkəyə soğan ixracatı artdığından soğanın qiymətində bahalaşma baş verib. Mən bahalaşmanı bununla əlaqələndirirəm”, - deyə ekspert bildirib.
Kənd Təsrrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə isə açıqlamasında soğanın qiymətindəki artımın əsas səbəbini bu ilin yaz mövsümündə Türkiyəyə soğan ixracının gözlənilməz şəkildə artması ilə izah edib. Nazirlik rəsmisi bildirib ki, adətən Azərbaycanda yanvar-mart ayları ərzində 2-3 min ton soğan ixrac olunurdusa, bu ilin 2 ayı ərzində 7300 ton soğan ixrac edilib: 

“Ötən ilin eyni dövründə cəmi 1200 ton soğan ixrac olunmuşdu. Bu ilin 2 ayı ərzində ixrac edilən 7300 ton soğanın 5900 tonu Türkiyəyə göndərilib. Bu isə bazar şərtlərinə təsir edib”.

F.Fikrətzadə onu da qeyd edib ki, yaxın günlərdə soğanın qiymətinin ucuzlaşacağı gözlənilir:

"Soğanın qiymətindəki bahalaşma qısamüddətli bazar ajiotajıdır. Xatırlayırsınızsa, 2016-cı ildə Rusiya bazarlarına sanksiyalarla əlaqədar ixrac artmışdı. Amma həmin vaxt da bahalaşmada ixracın həcminin artımından çox ajiotaj daha böyük rol oynadı.
İndi hamı düşünür ki, soğan Türkiyəyə satılır deyə, qıtlıq olacaq. Amma hazırkı qiymət bahalaşması sırf Türkiyəyə soğan ixracının artımı ilə əlaqədar yaranmış ajiotajdan doğur. Ajiotaj səngiyən kimi, soğanın qiyməti əvvəlki həddində qərarlaşacaq. 

Yaxın günlərdə soğanın qiymətinin mövsümün qiymət səviyyəsinə uyğun olacağını düşünürəm”.

F.Fikrətzadə bildirib ki, Türkiyəyə ixrac edilən soğan əsasən Beyləqan, Ağdam, Bərdə, Ağcabədi, Şəmkirdə istehsal edilir.
Qızıl və gümüş bahalaşdı














Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend məlumatına görə, martın 27-də qızılın qiyməti martın 19-u ilə müqayisədə 11,832 manat artaraq 1 unsiya üçün 2234,9645 manat təşkil edib.

Gümüş 0,0189 manat bahalaşaraq 1 unsiya üçün 26,1958 manata bərabər olub.
Platinin qiyməti 37,7655 manat artaraq 1463,6405 manat, palladiumun qiyməti isə 59,398 manat azalaraq 2631,2345 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Problemli krediti olanların nəzərinə…














Yaxın günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, palata bayram günlərində də siyahıların tam hazırlanıb başa çatması üçün iş aparıb. Hazırda siyahıların tərtibi yekunlaşmaq üzrədir. Yaxın günlərdə palatanın saytında siyahı açıqlanaraq vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, prezident İlham Əliyev cari ilin fevralın 28-də devalvasiya nəticəsində vətəndaşların dollar və manat kreditlərinə güzəşt edilməsi ilə bağlı fərman imzalayıb.
17 Mart 2019 [19:22]
Gələn həftə - martın 19-20-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək. Analitiklər hesab edir ki, FED-in bu iclasda uçot dərəcəsini qaldırması istisna hal deyil.
 
Məsələ haqqında danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, uçot dərəcəsinin artırılması ilə bağlı ABŞ-ın yenə ikili yanaşması var: 
"Ağ Ev uçot dərəcəsinin artırılmasında maraqlı deyil. Hətta Amerika prezidenti özünün "Twitter" paylaşımlarında uçot dərəsəinin artırılması ilə bağlı FED-i ittiham edir. Dolların bahalaşması ABŞ-ın ixrac imkanlarına neqativ təsir etdiyinə görə, ölkə rəhbərliyi bunu istəmir. FED-in mövqeyi isə uçot dərəcəsinin artırılmasından yanadır. Əgər bununla bağlı qərar verilərsə, uçot dərəcəsində 0,25 faiz artı mümkündür. Məqsəd odur ki, bu addım atılarsa, bazarda şok yaranmasın. Yenə də FED-in qərarları son məqamda - yığıncağın keçirildiyi gün belə dəyişə bilir. Bütün hallarda, FED-in qərarı nə olur-olsun, ABŞ dollarının bazardakı mövqeyini qoruyacağı güman olunur".
 
V. Bayramov uçot dərəcəsinin artırılmasının manata təsirlərindən də danışıb: "FED uçot dərəcəsinin artırılması haqqında qərar qəbul etdikdə, adətən manata təzyiq artır. Amma nəzərə almalıyıq ki, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır. Ona görə, FED-in qərarı manatın məzənnəsinə birbaşa təsir etməyəcək".
 
Qeyd edək ki, FED-in bu il yanvarın 29-30-da baş tutmuş son iclasında uçot dərəcəsinin 2,25 - 2,5 faiz səviyyəsində saxlanılmasına qərar verilmişdi.
 
Bununla belə, qurum bəyan edib ki, vəziyyətdən asılı olaraq ilin sonuna qədər faizlərdə artım ola bilər.
Modern.az
Bakı-Gəncə qatarlarında qiymətlər endirildi














Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

Həmçinin Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.
Siqaret satışı ilə bağlı YENİ QAYDA















Azərbaycanda satıcı siqaret almaq istəyən şəxsin yetkinlik yaşına çatmasına şübhə etdikdə onun sənədini tələb edəcək.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

Bu dəyişikliklə qaydalara yeni bənd əlavə edilib.

Həmin əlavədə qeyd edilir ki, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir.
İpoteka kreditlərinin dayandırıldığı haqda şikayətlər var: Fond susur, banklar təkzib edir















İpoteka krediti bir çox vətəndaşları evsizlik problemindən qurtarır. Şərtlərə uyğun gələn vətəndaşlara banklar 7 faizlə ipoteka krediti verir. Bu da vətəndaşları kirayələrdən qurtarır.

Amma son günlər vətəndaşlar iddia edirlər ki, bir müddətdir banklar 7 faizlik ipoteka kreditlərini dayandırıb. Bununla bağlı Sputnik Azərbaycan-a daxil olmuş şikayətlərdə deyilir ki, banklar tərəfindən onlara 7 faizlik kreditin dayandırıldığı bildirilsə də, heç bir səbəb göstərilmir.

Məsələni dəqiqləşdirmək üçün ölkənin bir neçə aparıcı bankına sorğu göndərdik.

Sorğumuza “Bank of Baku”dan cavab olaraq bildirildi ki, bank ipoteka verir: “7% endirimli tarifdir, ipotekaları standart olaraq 8% ilə veririk”.

“Kapital Bank”dan da cavab verildi ki, hazırda ipoteka kreditləri verilir, müştərilər də bu xidmətdən istifadə edirlər.

“AzərTürkBank”ın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev qeyd etdi ki, bank müxtəlif növ kreditləri daha münasib şərtlərlə, o cümlədən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ayrılmış adi ipoteka kreditlərini illik faiz dərəcəsi 7% olmaqla təklif edir: “Bu istiqamətdə işlər davam etdirilir. Həmçinin bankımız adi ipoteka kreditləri üzrə borcalanın hər bir ailə üzvü üçün nəzərdə tutulmuş xərc məbləğini 180 manatdan 150 manata endirib”.

“AccsessBank”ın mətbuatla əlaqələr şöbəsinin rəhbəri İlkin Əhmədov isə diqqətə çatdırdı ki, onlar, ümumiyyətlə ipoteka vermirlər.

“Unibank”dan sorğumuza verilən cavab belə oldu: “Bankımızda ipoteka kreditlərinin ayrılması davam edir. Hazırda əhalidən ipoteka kreditləri ilə bağlı müraciətlər qəbul edilir. Şərtlərə uyğun gələn müraciətlər müsbət cavablandırılaraq kredit ayrılır”.

“Beynəlxalq Bank”dan da deyildi ki, onlarda da ipoteka kreditləri verilir: “Bu barədə vətəndaşlar bankın rəsmi saytından məlumat ala bilərlər”.

Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fonduna göndərdiyimiz sorğuya isə, 10 iş günündən daha çox vaxt keçməsinə baxmayaraq, cavab verən olmadı. Eyni zamanda zənglərimiz də cavabsız qaldı.