“Hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pulı nişanı var”. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bunun 45%-i kiçik nominallı əskinaslardır: “Dövriyyədə çox işləndiyinə görə 1, 5 və 10 manatlıqlar dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi ya yox, bu məsələ araşdırılır”, - deyə E.Rüstəmov vurğulayıb.