Картинки по запросу nikoil“Nikoil” İKB Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Ruslan Talıbov, Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırovun məhkəməsi keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər kredit üçün müraciət edən vətəndaşları müxtəlif üsullarla aldadıblar.

Zərərçəkmişlər qeyd ediblər ki, banka kredit üçün müraciət edən zaman onlardan girov kimi avtomobilləri tələb olunub.

Avtomobili banka girov qoymaq adı ilə başqa şəxslərin adına keçirilib. Bundan başqa da həmin vətəndaşların adına yüksək məbləğdə biznes kreditləri açılıb.

Digər zərərçəkmişlərin ifadələrindən isə məlum olub ki, onlar ucuz maşın almaq istəyərkən aldadılıblar. Belə təqsirləndirilən şəxslər kreditlə alınan, amma ödənişi vaxtında edilmədiyi üçün bank tərəfindən müsadirə edilmiş avtomobillərin satışını da həyata keçirib. Bu zaman da vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq ediblər.

Məhkəmə araşdırması davam etdirilir.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Onlar heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul krediti veriblər.

Bu kreditlər qarşılığında onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi alıblar.

İttihama görə, onlar vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.

Həmçinin istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Törətdikləri əmələ görə, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bildirək ki, R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib, azadlıqdadır.

Onların da maaşları artırıldı

Baş Nazir Novruz Məmmədov ötənilki qərarında dəyişiklik edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” qərarlarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manatadək artırılıb.

Yaponiya ilə Azərbaycan arasında viza rejimi sadələşdirilir

“Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib”.

"Qafqazinfo" xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori bildirib.

Səfir qeyd edib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr daha çox inkişaf edib, lakin digər sahələrdə də əməkdaşlıq genişlənməkdədir.

T.Katori əlavə edib ki, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Həm Azərbaycandan Yaponiyaya gedənlərin, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.

Səfir vurğulayıb ki, Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün vizanın sadələşdirilməsi istiqamətində işlər aparılır.

Bu şəxslərin borcu silindi - ŞAD XƏBƏRÖtən gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, minlərlə insanın maaşı artıb.

Ekspertlər deyir ki, ümumilikdə son aylarda imzalanan sərəncamlardan iki milyon insan faydalanıb.

Lakin son sərəncamlardan sonra Azərbaycanda inflyasiya olacağı, qiymətlərin artacağına dair söz-söhbətlər gəzir.

Oxu.Az-ın əməkdaşı bu söz-söhbətlərə aydınlıq gətirmək üçün ekspertlərlə əlaqə saxlayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev saytımıza açıqlamasında bildirib ki, maaşların artımı labüddür:

“Prezident İlham Əliyevin sərəncamları sosial rifahın yaxşılaşdırılmasına hesablanıb. Maaşların artması müəyyən qədər qiymətlərə də təsir edəcək. Bu, o demək deyil ki, maaş artan kimi qiymətlər kəskin artacaq. Xeyr. Müəyyən müddətdən sonra istehsal olunan mallara cüzi təsiri ola bilər.

Dövlət kifayət qədər antiinflyasiya metodlarına əl atır ki, iqtisadi artım, tədarük balansı müsbət olsun, qeyri-neft sektoru inkişaf etsin və neftin qiyməti 60 dollar civarında davam etsin. Bu bizə kifayət edir ki, iqtisadiyyatda müsbət hal olsun və sosial məsələlər də öz nəticəsini göstərsin”.

Deputat qeyd edib ki, inflyasiyanın artacağı, devalvasiya olacağı barədə gəzən fikirlər yanlışdır:

“Hansı mallar Azərbaycana xaricdən gətirilirsə, bəzi “işbazlar” onların qiymətini kəskin qaldırmağa çalışa bilərlər. Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tədbirlər görməlidir”.

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Azərbaycanda əməkhaqlarının artırılması ilə bağlı imzalanan sərəncamlar çox ciddi sosial-iqtisadi məna daşıyır:

“Bir çox ekspertlərin çıxışlarında da qiymət artımı ilə bağlı narahatlıqlar ifadə olunur. Azərbaycanda inflyasiya təhlükəsi və iqtisadiyyatda yarana biləcək problemlərlə bağlı hər hansı bir fikir bildirmədən öncə iqtisadi proseslərin ciddi elmi əsaslarla təhlili həyata keçirilməlidir.

Ölkəmizdə müstəqillik dövründən bəri formalaşan inflyasiyanın təbiəti bizə deməyə əsas verir ki, dövlət əlində olan antiintisar tədbirləri və digər mexanizmlərdən istifadə edərsə, əməkhaqqı paketinin inflyasiyaya heç bir təsiri olmayacaq.

Azərbaycanda mövcud olan inflyasiya əlavə pul kütləsi ilə bağlı olan inflyasiya deyil. Bu, təklif inflyasiyasıdır və iqtisadiyyata heç bir təsiri olmayacaq”.

Ekspert süni qiymət artımı ehtimallarından da danışıb.

“Bir sıra hallarda Azərbaycana məhsullar daxil olan zaman bəzi işbazlar süni qiymət artımına yol verirlər. Bunlar nə gömrük rüsumları, nə də məhsulu aldıqları yerdə qiymət artımı ilə izah oluna bilər.

Bunun bir səbəbi var: işbazlar tərəfindən qiymətlərin hədsiz dərəcədə artırılması. Bəzi işbazlar ölkədə maaş artımından istifadə edərək qiyməti artırmağa cəhd edə bilərlər. Amma bu, fundamental əsas deyil. Bunun qarşısını almaq üçün dövlət mexanizmi var. Hesab edirəm ki, inflyasiya təhlükəsi ilə bağlı yanaşma yanlışdır”, – deyə iqtisadçı qeyd edib.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 17-də 63,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,43 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

AZƏRTAC bildirir ki, sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib.

“Nikoil Bank” adını dəyişir?

“Nikoil Bank” bankın adının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bankdan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, yayılan məlumat bankın rəsmi mənbələri tərəfindən təsdiqlənməyib. Bank adını dəyişməyib.

Qeyd edək ki, bankın yeni adının “Yellow Bank” olması barədə xəbərlər yayılıb.

Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.

“Minval.info” unikal.org-a istinadən bildirir ki, qiymətlər  50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 – Ekonom taksi, *2424, *8844 – Siti taksi, 189 – taksi xidməti, *9933 – Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir.

Misal üçün *9933 – Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir.

Mütəxəssislər taksi şirkətlərinin qiymət yüksəltməsinə getməsinə səbəb, vergi ödənişlərinin artmasında görürlər. Bildirirlir ki, vergi ödənişlərində tələblərin artması, şirkətlərin qiymət artımına getməsinə rəvac verib.

Bu gün milli parklara giriş pulsuzdur














İyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səhər saat 09:00-dan 18:00-dək davam edəcək “Açıq qapı” günündə ziyarətçilər giriş haqqından azad edilirlər.

Nazirlik hər kəsi milli parklarda təbiətin füsunkar gözəlliklərindən zövq almağa dəvət edir.
Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Bunlar Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Zəngəzur, Qızılağac milli parklarıdır.
Neft bahalaşdı

Dünya birjalarında neftin qiymətində artım davam edir.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında “Brent” markalı neftin qiyməti 0,62 faiz artaraq barreli 61,69 dollar olub.

WTI markalı neftin qiyməti isə 0,34 faiz bahalaşaraq barreli 52,46 dollardan təklif olunur.