Problemli kreditlərlə bağlı kompensasiyanın ödənilməsində suni əngəl yaradıldığı bildirilir.Bu barədə minval.info-ya daxil olan müraciətdə vətəndaş “Muğan Bank” dan şikayətçi olduğunu dilə gətirir. Belə ki, bankın Abbasova Zərniyar Yusif qızına rəsmi şəkildə təyin edilmiş kompensasiyanı ödəməkdən “boyun qaçırdığı”, bundan əlavə ondan əlavə “pul tələb edildiyi” vurğulanır.“Dövlət tərəfindən Z.Abbasovaya 1060 manat ayrılıb. Lakin “Muğan Bank” ödənişi həyata keçirmir. Bununla əlaqədar vətəndaşa verilən plastik kart bloklanıb. Səbəb kimi isə “vaxtında bank tərəfindən sizə kredit ödənişində güzəşt olunub” bəhanəsi gətirilir. Üstəlik, Zərniyar xanımdan ona ayrılan məbləğin 1/3 hissəsini – 200 manat tələb edirlər” – şikayətdə bildirilir.Müraciətdə göndərilən rəsmi sənəddə bununla bağlı hansısa qeydiyyatın aparılmadığı deyilir.“Həmin qadının 62 yaşı var, deyirlər ki, kimə istəyirsiniz şikayət edin. Bizim müəyyən yerlərə müraciətimizə baxmayaraq, problem həllini tapmayıb. Buna görə, aidiyyatı orqanlardan, qurumlardan kömək istəyirik. Əsassız şəkildə 200 manat tələb edilir. Xahiş edirik, 62 yaşlı qadına kömək edilsin” – sonda əlavə edilib.Qeyd edək ki, bununla may ayında adı çəkilən bankda ikinci oxşar hadisə baş verir. Muğan Bank isə açıqlamasında məlumatı təkzib etmişdi.Xatırladaq ki, problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyev fevralın 28-də fərman imzalayıb.<iframe src='https://bax.tv/player/64521.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>