Azərbaycan Mərkəzi Bankı 15 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 15-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9162 manat təşkil edir.
1 türk lirəsi 0,2968 manat, 1 rus rublu 0,0269 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5985 manatdır.
Azərbaycanın əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanılıb.
“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
“Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manata qədər düşəcəyini proqnozlaşdırır. Qiymətlərin bu səviyyədən də aşağı olacağı istisna edilmir. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə azaldır”, – deyə o qeyd edib.
Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixindən tədavülə buraxılmasına baxmayaraq, hələ də əskinasın istifadə olunmasında problem yaşanır.
Minval.info “Yeni Sabah”a istinadən xəbər verir ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır.
Yeni pul nişanının məhdudiyyətsiz istifadə olunacağı açıqlansa da, şəhər nəqliyyatını idarə edən sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir.
Problemlə bağlı, Mərkəzi Bankın 2 ay əvvəlki açıqlamasında may ayının sonuna qədər bankomatlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcəyini qeyd olunmuşdu. Fəqət sakinlər hələ də bununla bağlı əziyyət çəkirlər.
Qeyd edək ki, yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.
Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.
Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və Mərkəzi Bankın dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.
Xəbər verdiyimiz kimi, Kapital Bank BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 01 oktyabr 2019-cu il tarixinədək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.
Azərbaycan Mərkəzi Bankı 8 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, mayın 1-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9096 manat təşkil edir.
1 türk lirəsi 0,2957 manat, 1 rus rublu 0,0267 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6044 manatdır.