Prezident bank sektorunu tənqid etdi
Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır”.

“Ölkə.Az” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə deyib.

Prezident xatırladıb ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi:

“İndi də mənə məlumat verilir ki, yenə də bu meyllər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir”.

Prezident qeyd edib ki, bu, davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik:

“Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir - məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı”.


Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.

 


Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.

Mobil tətbiqi «App store»dən və ya «Play market» pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.

«Bu mobil tətbiq vasitəsi ilə yaxınlıqda olan notariusu da tapa bilərsiz. Hətta online formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiz. Ondan başqa rəsmiləşdirmək istədiyiniz əməliyyatın, ödənişi, kimlər iştirak etməlidir, hansı sənədlər tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq»-deyə Ağakərim Səmədzadə bildirib.

Yeni mobil tətbiq oktyabrın sonu, noyabrın əvvəlində işə düşəcək: «Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə emtəklə 24 saat ərizndə istədiyi şəxsə verə biləcək. Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik» – deyə dövlət rəsmisi bildirib

Dollar bu gün neçəyə satılır?Azərbaycan Mərkəzi Bankı 16 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, oktyabrın 16-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8751 manat təşkil edir.

1 türk lirəsi 0,2870 manat, 1 rus rublu 0,0264 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5731 manatdır.

Dollar və manatın bugünkü məzənnəsiAzərbaycan Mərkəzi Bankı 14 oktyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8752 manat, 1 türk lirəsi 0,2883 manat, 1 rus rublu 0,0265 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5727 manatdır.

Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən trend-ə verilən məlumata görə, hazırda ölkəmizdə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir.

Onlardan 57 faizi (763 260 nəfər) qadınlar, 43 faizi (587 420 nəfər) kişilərdir.
O cümlədən, yaşa görə pensiyaçıların 492 315 nəfərini qadınlar və 262 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 308 nəfərini qadınlar və 202 697 nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 637 nəfərini qadınlar və 122 226 nəfərini kişilər təşkil edir.
Bazarda ən populyar avtomobil hansılardır?Bu ilin əvvəlindən Azərbaycanın avtomobil bazarında "KIA", "Hyundai" və "Toyota" avtomobilləri daha çox populyar olub.

“Ölkə.Az” “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, hesabat dövründə müştərilər ən çox bu markalara üstünlük verib:

"Yerli avtomobillərə hələlik Azərbaycanda böyük tələbat yoxdur. Yerli yığım olan "Peugeot" avtomobillərinə qəbulolunan qiymətinə baxmayaraq (təxminən 16 min manat) əhali arasında böyük tələbat yoxdur".

Ekspert müşahidələrinə əsasən bildirib ki, bu ilin avqust ayında bazarda ən bahalı avtomobil "Range Rover" avtomobilidir. Onun qiyməti 400 min manatdan çoxdur. Ən ucuz avtomobil isə 700 manatlıq "Moskviç" avtomobilidir.

O əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycanda avtomobillərin orta qiyməti 50 975 manat təşkil edib.

Bu gün əhalinin siyahıyaalınması başa çatırBu gün Azərbaycanda əhalinin siyahıyaalınması başa çatacaq.

"Ölkə.Az" xəbər verir ki, sayca 3-cü siyahıyaalınma prosesinə oktyabrın 1-dən başlanılıb.

Qeyd edək ki, siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub. Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək.

Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRÄ°Azərbaycan Mərkəzi Bankı 09 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, oktyabrın 09-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8636 manat təşkil edir.

1 türk lirəsi 0,2912 manat, 1 rus rublu 0,0261 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5735 manatdır.

Novruz Məmmədovdan son qərarNazirlər Kabineti olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında qərar imzalayıb.

"Ölkə.Az"ın məlumatına görə, bu barədə Novruz Məmmədovun (artıq keçmiş Baş nazir) 7 oktyabrda imzaladığı qərarda bildirilib.

Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 86 nömrəli Qərarının 1-ci hissəsində 594 rəqəmi və 890 rəqəmi ilə əvəz edilib.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Xatırladaq ki, Milli Məclis oktyabrın 8-də Əli Əsədovun Baş nazir postuna təyin olunmasına razılıq verilməsi məsələsinə baxıb.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Novruz Məmmədov Baş nazir vəzifəsindən istefa verməsi ilə bağlı Prezidentə ərizə ilə müraciət edib.

Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı məsələ səsə qoyularaq qəbul edilib.

Bundan sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı sərəncam imzalayıb.

2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan gizirlər Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilib.

Bu barədə bu barədə Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alıyeva məlumat yayıb. Onun sözlərinə görə, Mingəçevirdə yaşayan şəhid ailələrinə mənzillər Gəncə şəhərində verilib.

Qeyd edək ki, Rahim Tağıyev 36 yaşında, Rüstəm Əhmədov isə 33 yaşında şəhid olub. Tağıyevin 3, Əhmədovun 2 övladı var.(qafqazinfo)