2024-cü ildə dünya iqtisadiyyatında
2024-cü ildə qlobal iqtisadi artımda mühüm rol oynayacaq ölkələr Çin, Hindistan, ABŞ, İndoneziya və Rusiya olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fonduna (IMF) məlumat verib. 

Bununla yanaşı, Braziliya, Almaniya, Türkiyə, Yaponiya, Misir də nisbətən az da olsa, dünya iqtisadiyyatını irəli çəkən ölkələr olacaq.

Belə ki, Çində 28,3%, Hindistanda 15,5%, ABŞ-da 9,2%, İndoneziyada 3,7%, Rusiyada 2%, Braziliyada 1,8%, Almaniya, Türkiyə və Yaponiyada 1,6%, Misirdə 1,5% iqtisadi artım gözlənilir.

İqtisadi artımda qabaqcıl 20 ölkə sırasında Meksika, Pakistan, Filippin kimi ölkələrin də yer alacaqları, İspaniya, Polşa, Kanada, Vyetnam kimi ölkələrin isə top 20-ni tərk edəcəyi güman edilir. Eyni zamanda Böyük Britaniya dünya iqtisadiyyatına töhfələrinə görə 9-cu yerdən 13-cü yerə enəcək.

Həmçinin sözügedən müddət ərzində dünya iqtisadiyyatında həm də beynəlxalq ticarətdəki qeyri-müəyyənlik üzündən geriləmə baş verə biləcəyi də bildirilir. Xatırladaq ki, bundan əvvəl IMF dünya iqtisadi artımın 2008-ci il böhranından sonrakı minimum səviyyə olan 3%-ə enəcəyini açıqlamışdı.

Bakıda bu yollar bağlanır — SİYAHI

25-26 oktyabr 2019-cu il tarixlərdə Bakı şəhərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.
Bunu Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, 23-24 oktyabr tarixlərdə hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru otellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş “Heydər Əliyev Mərkəzi”, “Bakı Konqres Mərkəzi”, “Hyatt Regency” oteli və digər ərzilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək:
"24 oktyabr tarixindən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq. Xüsusi ilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır.

Ona görə də ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Hərəkətlə bağlı süni sıxlığın, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və tətbiq olunacaq qısa məhdudiyyətlərə anlayışla yanaşsınlar".


Ekspert: “Nəzərə almaq lazımdır ki, Rusiya özü avtomobil istehsalçısıdır”

Azərbaycan gələn il Rusiyaya avtomobil ixrac edəcək. “Neftçala Sənaye Məhəlləsində istehsal olunan ”Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı 2020-ci ilə reallaşa bilər”. Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, hazırda “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı üçün sənəldəşmə işləri davam etdirilir: “Yəqin ki, sənədləşmə işləri 4-5 ayı ərzində tamamlanacaq”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə – 2019-cu ilin sonunadək 6 min ədəd avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur.

“AzKron” MMC ile ilgili görsel sonucu

2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda “Khazar”, “Peugeot”, “Renault” kimi avtomobil modelləri istehsal olunur.

Ekspertləri düşündürən əsas məqam isə bu avtomobillərin qiymət və keyfiyyət baxımından rəqabətə davamlı olub-olmayacağıdır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, Azərbaycanın İranla birgə istehsal etdiyi avtomobillərin ixracı ümumilikdə müsbət haldır: “Bunun üçün əsas məsələ Rusiya bazarının öyrənilməsdir. Rusiya artıq bir çox ölkələrin məşhur avtomobil markalarının özü istehsal edir. Bu mənada Rusiyada rəqabətə tab gətirəcək avtomobil istehsal etmək önəmlidir. Keyfiyyət etibarilə ”Xəzər” avtomobilləri yaxşı avtomobil sayılır. Bu mənada qiymət baxımından bazar tələblərinə cavab verməlidir”.

İqtisadçı ekspert Ramil Osmanlı ile ilgili görsel sonucu

İqtisadçı ekspert Ramil Osmanlı isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Neftçaladakı avtomobil zavodunun xaricə avtomobil ixrac etməsi müsbət bir haldır: “Bazarda rəqabətədavamlılıq və alıcı kütləsi toplamaq baxımından yəqin ki, Rusiya bazarı araşdırılıb, marketinq baxımından qiymətləndirib, sorğular keçirilib. Yəqin ki, bunun əsasında qərar qəbul olunub. Bu tədqiqatın nəticəsində əgər Neftçala Avtomobil Zavodu Rusiyada satış təşkil etməyi bacaracaqsa bu alqışalayiq haldır. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya özü avtomobil istehsalçısıdır”.

Osmanlı onu da qeyd etdi ki, Rusiyanın istehsal etdiyi avtomobillər Neftçala Avtomobil Zavodunun istehsal etdiyi ilə eynidir: “Bu baxımdan eyni sinfə daxildir. Rusiyada Azərbaycan avtomobillərin bu mənada rəqabətə tab gətirməsi o qədər inanandırıcı deyil. Ola bilər ki, nəsə sifariş əsasında istehsal olunacaq. Öncədən müqavilə imzalana bilər. Bu halda normal haldır. Əks təqdirdə məhz avtomobil ixracatçısı kimi ad qazanmaq üçün bu iddiada olmaq, hər hansı dəqiq planın olmaması, nə kimi effekt qazanacağını bilməmək doğru yanaşma deyil”.

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRÄ°Azərbaycan Mərkəzi Bankı 21 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "verilən məlumata görə, oktyabrın 21-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8968 manat təşkil edir.

1 türk lirəsi 0,2935 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5724 manatdır.

Prezident “ASAN xidmət”in tikintisinə 20 milyon 335 min manat ayırdı
Prezident İlham Əliyev Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 20 335 000 manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Bugünkü valyuta məzənnələriAzərbaycan Mərkəzi Bankı 18 oktyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8907 manat, 1 türk lirəsi 0,2924 manat, 1 rus rublu 0,0265 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5724 manatdır.

Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,0 faiz üstələyərək 27,6 milyard manata bərabər olub.

"Ölkə.Az" bildirir ki, ticarət dövriyyəsinin 13 milyard 947,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 630,3 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,3 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,9 faizi ticarət müəssisələri, 49,7 faizi fərdi sahibkarlar tərəfindən, 29,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9 faiz, fərdi sahibkarlar üzrə 0,6 faiz artmış, bazar və yarmarkalarda isə 6,3 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Azərbaycanda əhalinin sayı
Azərbaycanda əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən " verilən məlumata görə, 2019-cu ilin əvvəlindən ölkə əhalisinin sayı 53 894 nəfər artaraq 10035351 nəfərə çatıb.

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.

"Ölkə.Az" Trend-ə istinadən bildirir ki, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatılaşdırılmış şəkərli südün, brınza və tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, kartofun, şəkərin, qəhvənin, kakao tozunun, dondurmanın, kola içkisinin, limonadın, pivənin qiymətlərində bahalaşma, suda bişmiş kolbasanın, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, narın, üzümün, kivinin, kələmin, balqabağın, çuğundurun, soğanın, quru noxudun, mərcinin, şəkər tozunun, arağın və energetik içkilərin qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin sentyabr ayında avqust ayına nisbətən qeyri-ərzaq mallarından mebel və ev əşyalarının, velosipedlərin, televizorların, kondisionerlərin, boyaların, kərpicin, parketin, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, divar kağızlarının, sementin, soyuducuların, toz şəklində sintetik yuyuсu vasitələrin, mobil telefonların, planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


“Artıq icmal büdcənin xərcləri 29,5 milyarda çatır. Bizdə 1,3 milyard əlavə xərclər yaranır. Həmin xərclər də nəzərdə tutulur ki, əsasən dövlət əsaslı vəsait qoyuluşuna yönəldilsin”.

“Report” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bildirib.

S.Şərifov bildirib ki, cari ildə dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, bir çox sahələri əhatə edən sosial islahatlar həyata keçirilib və bu tədbirlər dövlət büdcəsi hesabına maliyyələşdirilib: “ Nəticədə büdcədə müəyyən struktur dəyişikləri baş verib və büdcənin cari xərcləri, yəni, sosialyönümlü xərcləri 3,7 milyard manat artıb, investisiya dövlət əsaslı vəsait qoyuluşu xərcləri isə azalıb. İnvestisiya xərclərinin ümumi daxili məhsulun iqtisadi artımına müsbət təsiri, eyni zamanda, ölkədə iqtisadi fəallığın təmin edilməsində əhəmiyyəti nəzərə alınaraq onu əvvəlki səviyyələrə çatdırmaq üçün tədbirlər görülür”.

Maliyyə naziri onu da vurğulayıb ki, görülən tədbirlər nəticəsində dövlət büdcəsində əlavə 1,3 milyard manat vəsait yaradılıb, bu isə 7,7 faiz artım deməkdir.

Neft gəlirlərinin hesabına maliyyələşən xərclərin ildən-ilə azaldılmasını təklif edən Samir Şərifov əlavə gəlirlər və əvvəlki illərdə toplanmamış vəsaitlər hesabına artan dövlət büdcəsinin maliyyələşdirilməsinin təmin olunacağını vurğulayıb.