Bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
Bu ilin sentyabr ayının yekununda Azərbaycan manatını dövretmə sürəti 4,81 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqust ayının yekunu ilə müqayisədə 0,03 bənd çoxdur.

Bununla belə, milli valyutanın dövretmə sürəti ilin əvvəlinə nisbətən 0,64 bənd, son 1 ildə isə 0,9 bənd azalıb.

Masazır sakinlərinə xoş xəbər

Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri ilə əlaqələndirən 535 saylı marşurt xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub.

Trend xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək: "Bu avtobuslar 525 saylı marşurt xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq".

Prezident Saleh Məmmədovda səhv tutduAzərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovu tənqid edib.

S.Məmmədov Prezidentə məlumat verib ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir.

Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və səkkiz avtodayanacaq quraşdırılıb.

Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib.

Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.

S.Məmmədov bununla yanaşı, Nic-Abrıx yolundan danışarkən deyib ki, bu ərazidə 40-a yaxın yaşayış məntəqəsi var.

Prezident isə onun sözünü kəsərək “Qəbələ rayonuna aiddir?” deyə bildirib.

S.Məmmədov isə cavabında “Bəli, Qəbələyə aiddir” deyə cavab verib. Bu isə Prezidentin irad bildirməsinə səbəb olub. Ölkə başçısı deyib:

“Qəbələ rayonunda cəmi məncə 60 kənd var. Sən isə 40-a yaxın deyirsən”.

Bundan sonra S.Məmmədov Prezidentdən üzr istəyib. Prezident isə qeyd edib:

“Mən bilirəm ki, Qəbələdə nə qədər kənd var. Qəbələdə üç qəsəbə, bir şəhər və 60 kənd var. Sən isə deyirsən ki, 40 kənd var. Şişirtmə bu rəqəmləri!”


Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 noyabr 2019-cu il tarixdə keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

 


Nəqliyyat vasitələri Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məxsusdur:

S/N Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti

 

(manatla)

10% beh

 

(manatla)

1. Azərbaycan Respublikası Dövlət Gömrük

 

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Nissan Maxima 2004 2500 250
2. Azərbaycan Respublikası Dövlət Gömrük

 

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Nissan Maxima 2004 2250 225
3. Azərbaycan Respublikası Dövlət Gömrük

 

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Nissan Maxima 2004 3000 300
4. Azərbaycan Respublikası Dövlət Gömrük

 

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Peugeot 406 ST 2003 1250 125
5. Azərbaycan Respublikası Dövlət Gömrük

 

Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi

Hyundai Sonata 2003 2000 200
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nissan Maxima 2005 4000 400
7. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası İsuzu NHR55E yük 2007 12000 1200
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Skoda Octavia 2003 6000 600
9. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

 

yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası

üzrə Dövlət Xidməti

Toyota Prado 2008 10000 1000

Qeyd edək ki, 1-5-ci sətirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin balansında olan nəqliyyat vasitləri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

6-cı sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansında olan nəqliyyat vasitləsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

7-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)


Bazarda müştəri bol olmasa da, qiymətlər ötən illə müqayisədə yüksəkdir…

Azərbaycanda heyvan ətinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur.

Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirib ki, ƏDV-nin ləğv edilməsi xaricdən gətirilən və mağazada satılan ətin qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Ekspert qeyd edib ki, bundan əlavə yemin də üzərindən ƏDV-nin götürülməsi qəssabxanalarda satılan ətin qiymətinə təsir edə, qiymətlər ucuzlaşa bilər.

Bəs hazırda ət bazarında vəziyyət necədir?

“Yeni Müsavat”ın əməkdaşı ət satılan bazarda olub və ümumi vəziyyətlə maraqlanıb.

Tətbiq edilən yeniliklər yanvar ayından qüvvəyə minəcəyi üçün hazırda bazarda hansısa qiymət ucuzlaşmasından söhbət getmir. Sadəcə olaraq, qiymətlər kəsilən malın cavan və ya qoca olmasından asılı olaraq dəyişir. Bazarda müştəri bolluğu yaşanmır. Ancaq alverin də tamamilə dayandığını söyləmək olmaz. Yollandığımız 8-ci kilometr bazarının ət satılan bölməsində müxtəlif qiymətlərin şahidi olduq. Qəssablar bildirdilər ki, bazarda satılan ətin demək olar ki, hamısı yerli maldır. Əsasən Beyləqan, Xaçmaz və İsmayıllıda saxlanılan heyvanların ətinin satıldığını öyrəndik. Bazarda əksər qəssablar əti kəndlidən alıb, bazara çıxarıb. Yəni saxladığı heyvanın ətini bazara çıxarıb satan qəssaba çox az sayda rast gəldik. Söhbət etdiyimiz qəssablar söylədilər ki, bazarda donuz ətindən tutmuş, qoca mal əti, baş əti də satılır. Ancaq leş ətdən söhbət gedə bilməz. Qiymətlərə gəlincə isə hazırda bazarda mal ətinin kiloqramı 11 manat 50 qəpikdir. Quzu əti isə 14 manata satılır. Bu, ötən illə müqayisədə 50 qəpik-1 manat artım deməkdir. Xüsusi alıcıları olan donuz əti 5-7 manat 50 qəpiyə, baş əti isə 8 manata satılır. Onu da qeyd edək ki, bazarda 8 manata mal əti satan qəssaba da rast gəldik. Bildirdi ki, öz həyətinin heyvanının ətidir. Beyləqanda saxladığı heyvanları bazara çıxarır və buna görə də qiymət fərqlidir.

Bazarda qoyun əti sarıdan qıtlıq yaşanır. Qəssablar bildirdilər ki, qoyun ətinin alıcısı az olduğu üçün əsasən quzu və mal ətinə üstünlük verirlər.

ƏDV məsələsindən isə söhbət etdiyimiz 10-dan çox qəssabın heç biri məlumatlı deyildi. Lakin şikayət etdilər ki, bazarda mala verilən yemin qiyməti bahadır. Söylədilər ki, mala əsasən çiyid, arpa çəkilmişi, ot kipi verirlər. Onların sözlərinə görə, hazırda arpanın kiloqramı 35 qəpik, çiyid 40 qəpik, ot kipi isə 3 manat 50 qəpiyə satılır. İmişli çiyidi kimi adlandırdıqları yemin kiloqramı isə 60-70 qəpikdir.

Bazardan sonra iri supermarketlərə də daxil olub, oradakı qiymətlərlə də maraqlandıq. Yuxarıda da qeyd etdiyimiz kimi, ekspertlər bildirirlər ki, ƏDV-nin ləğvi mağazalardakı qiymətlərə təsir edə bilər. Bəs hazırda mağazalarda qiymət necədir?

Mağazaların birində ət satılan bölmədə çalışan Orxan Kərimovun sözlərinə görə, hər gün 800 kiloqrama qədər ət satırlar:

“Bizə ət Beyləqandan gətirilir. Ət gələn zaman hazır doğranmış şəkildə olur. Sadəcə olaraq, mağazada paketləyib, vitrinə qoyuruq. Bizdə malın boyun hissəsi, qabırğa hissəsi və digər bu kimi hissələr olmaqla fərqli qiymətə satılır. Eyni zamanda 11 manat 50 qəpiyə çəkilmiş ət də satılır. Qiymətlər ümumilikdə 5-24 manat arasında dəyişir. Bizim bütün sənədlərimiz qaydasındadır. Ətlə bağlı kiminsə şübhəsi, narazılığı olarsa, geri qaytarmağa hazırıq. ƏDV-nin ləğvi məsələsindən məlumatımız var. ƏDV ləğv edildikdən sonra qiymətlərin necə dəyişəcəyi barədə rəhbərliyimizin qərarı olacaq”.

Sonda Azərbaycana gətirilən ət məhsulları ilə bağlı rəsmi rəqəmlərə də diqqət edək. Belə ki, rəsmi rəqəmlərə görə, bu ilin  yanvar-avqust aylarında ölkəyə 33 min 210 ton ət idxal olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, idxal edilən ətin dəyəri 50 milyon 138 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 8 ayında ölkəyə 43 milyon 660 min dollarlıq 30 min 186 ton ət idxal edilib.

Ukraynanın Dövlət Gömrük Xidməti məlumat yayıb ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6.85 min ton dondurulmuş mal əti idxal edib. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır. İki il əvvələ qədər bunun 263 min tonu yerli istehsal hesabına ödənilirdi.

Xaricdən idxal edilmiş dondurulmuş ət əsasən ictimai iaşə müəssisələrində, dövlət təşkilatlarında istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə modern.az saytına bildirib ki hazırda Azərbaycanın özünü ət və ət məhsulları ilə təminetmə səviyyəsi 83 faizdir.

F.Fikrətzadə qeyd edib ki, bu göstərici mal əti üzrə 85 faiz, qoyun əti üzrə 98 faiz, quş və quş əti məhsulları üzrə 76 faizdir:

“Azərbaycanın ümumilikdə 68 700 tonluq ət idxalının 23 800 tonu mal əti, 1700 tonu qoyun əti, 8200 tonu donuz əti, 35 min tonu quş ətidir. Rəsmi göstəricilərdən də göründüyü kimi, idxalda nisbi üstünlük quş əti üzrədir. Bütövlükdə Azərbaycanın ət idxalının əsas mənbəyi MDB ölkələri, o cümlədən Rusiya, Ukraynadır. Donuz əti əsasən kolbasa və sosiska istehsalında istifadə edilir”.

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ
Azərbaycan Mərkəzi Bankı 24 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, oktyabrın 24-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8929 manat təşkil edir.

1 türk lirəsi 0,2952 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5751 manatdır.

2020-ci ildə səyahət üçün ən yaxşı ölkələr açıqlandı

2020-ci ildə istirahət üçün daha uyğun olan ölkələrin adları açıqlanıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Lonely Planet” yazıb.

Siyahıda birinci yerdə Butan Krallığı qərarlaşıb. Reytinqə, həmçinin, İngiltərə, Şimali Makedoniya, Karib dənizinin cənubunda yerləşən Aruba ada dövləti və cənubi Afrikada yerləşən Esvatini Krallığı, Kosta-Rika, Niderland, Liberiya, Mərakeş və Uruqvay daxil edilib.

Xatırladaq ki, 2019-cu ildə səyahət üçün ən yaxşı yer kimi Yüksək Tatra dağları seçilmişdi.


Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.

Oxu.Az-ın məlumatına görə, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib.

2019-cu il üçün isə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.

2020-ci il üçün ehtiyac meyarının həddi də məlum olub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən olunub.

2019-cu ildə isə bu rəqəm 143 manat məbləğində idi.

Qeyd edək ki, sənədlərə Milli Məclisdə 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirələri zamanı baxılacaq.

“Yaşayış minimumu haqqında” qanuna əsasən, yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

Ehtiyac meyarı isə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.

Prezidentdən “Güzəştli mənzil”lə bağlı FƏRMAN — 3 ay vaxt verildi
Prezident İlham Əliyev "Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman verib.
Fərmanda bildirilir:

1. "Güzəştli mənzil” sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.


Gələn ildən illik gəliri 750 milyon avrodan çox olan transmilli şirkətlərin Azərbaycandakı törəmələri vergi orqanlarına hesabat verməli olacaq.

“Report” xəbər verir ki, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu tələb Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomotlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə qoyulur.