Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq, 65,22 dollar, VTİ markalı neftin bir barrelinin qiyməti 0,89 dollar bahalaşaraq, 60,07 dollar təşkil edib.
“Azəri Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,67 dollar artaraq, 70,86 dollar təşkil edib.