Gürcüstanda tütün məmulatlarından asılılığın müalicəsi üçün istifadə edilən tibbi vasitələr əlavə dəyər vergisindən və idxal rüsumundan azad ediləcək. ONA -nın yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin Səhiyyə komitəsinin hakim Gürcü Arzusu Partiyasından olan deputatların təşəbbüsü ilə hazırladığı qanun layihəsi parlamentin iyunun 3-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq. Layihənin məqsədinin tütün məmulatlarından asılılığın müalicəsinə əhalinin çıxış imkanlarını artırmaq olduğu bildirilir.