Bu günə qədər “Azəri-Çıraq-Günəşli” (AÇQ) yatağından 485 milyon ton neft və 158 milyard kubmetr təbii qaz hasil edilib.Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib.Nazir qeyd edib ki, AÇQ yatağında bu günə qədər yatırılan investisiyaların həcmi 36 milyard dollar təşkil edir. /Trend