MSK saat 12:00-yə olan nəticələri açıqladıAzərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

"Ölkə.Az"ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçici fəallığı bu saatadək 18.07 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

Son vaxtlar alıcılar hazır sovqat qutuları almaqdansa, boş qutu alıb onu özləri doldurmağa üstünlük verirlər. Çünki vətəndaşlar hazır qutuların içinə qoyulan ərzaqların keyfiyyətinə güvənmirlər.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, bu hədiyyələr əsasən uşaqlar üçün alındığından valideynlər qutunun içərisindəki ərzaqların keyfiyyətindən əmin olmaq istəyirlər. Xüsusilə də vaxtı ötmüş və ya keyfiyyətsiz şirniyyatlarla doldurulmuş qutular valdeynləri narahat edir. Elə alıcılar da valideynlərin bu narahatlıqlarını etiraf edirlər.

Qida eksperti İsa Əliyev bu məsələnin uşaqların sağlamlıqları baxımından önəmli olduğunu deyir. Onun sözlərinə görə, valideynlər hazır qutuların al-əlvan qablaşdırmasına aldanmamalıdırlar. Üstəlik, un məmulutları ilə doldurulmuş hədiyyə qutuları daha çox risk daşıyır. Çünki un məhsulları nəmişliyi daha çox çəkir. İsa Əliyev deyir ki, əgər valideynlər özləri belə bir qutunu hazırlamağa vaxt tapmırlarsa, aldıqları qutunun eyni firma tərəfindən doldurulmasına diqqət etməlidirlər.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, istehlakçılar bilməlidirlər ki, qutuların üzərində qeyd olunan tarix qutunun qablaşdırma tarixidir və içindəki məhsula aidiyyəti yoxdur. Ona görə də bu qutuları alarkən, içərisindəki qida məhsulunun çeşidindən asılı olaraq, onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi və qida dəyəri kimi məlumatlara diqqət yetirilməlidir.

     

Cənubi Kipr ABŞ-dan silah almaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu Cənubi Kiprin Müdafiə naziri Nikos Kristodulides deyib.

O, ABŞ-ın bu vaxta qədər tətbiq etdiyi silah embarqosunun ikili münasibətlərin səviyyəsini əks etdirmədiyini bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Konqresində qəbul edilən Cənubi Kiprə silah embarqosunun ləğv edilməsi ilə bağlı qanun layihəsi Donald Tramp tərəfindən təsdiqlənib.

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat bu gün başa çatıb.

Axar.az xəbər verir ki, seçkiqabağı təşviqatın aparılması dekabrın 22-i saat 08:00-da dayandırılıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 17-də və 20-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Nizami və Nərimanov Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər.

Reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkarlanıb.

Həmin mağazaların satıcıları – R.Məmmədov, Ə.Qasımov, M.Cəfərov və M.Salmanov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Həbs olunan sabiq icra başçısının hüquq sistemində çalışan övladlarını nə gözləyir?Korrupsiyada ittiham olunan sabiq icra başçısının cinayət işinə hakim oğlu baxa bilməz.
Bu sözləri Modern.az-a “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev söyləyib.

O, Cinayət Məcəlləsinin 41-ci maddəsinin ilk bəndini xatırladıb:

“Maddəyə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Cinayət cəzası törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və fərdi xarakter daşıyır. Bu baxımdan, Nizaməddin Quliyevin cinayət əməlinə görə övladlarının məsuliyyətə cəlb edilməsi, yaxud vəzifədən azad edilməsi qanuni deyil.

Sovet dövründə isə belə deyildi. Vəzifəli şəxs korrupsiya kimi ağır ittihamla məsuliyyətə cəlb olunsa, onun ailə üzvləri, yaxınları da eyni aqibəti yaşayırdı. İndi isə qanunvericilik buna icazə vermir”.

Ə.Nuriyev onu da qeyd edib ki, hüquq sistemində çalışan hər hansı şəxsin yaxın qohumları məsuliyyətə cəlb olunursa, həmin vəzifəlilər cinayət işinə baxa bilməz:

“Belə hallarda subyektivlik olmasın deyə, hakim və ya digər məsul şəxs cinayət prosesindən uzaqlaşdırılır. Çünki onlar birbaşa təsir etmək imkanlarına malikdirlər. Bütün məsələlərdə qanunun aliliyi təmin olunmalıdır”.

 

 
Şəhidin adını daşıyan məktəbin bərbad halı... - Ceyhun Bayramovun bundan xəbəri yoxdur yəqin..Bərdə rayonunda yerləşən Rafiq Orucov adına Saatlı kənd tam orta məktəbi təmirsiz və qəzalı vəziyyətdədir.

Məktəbin direktoru Vüqar Quliyev APA-ya bildirib ki, məktəbdə 409 nəfər şagird təhsil alır və 50 müəllim çalışır.

Onun sözlərinə görə, məktəbin binası 1990-cı ildə inşa edilib.

2010-cu ildən məktəbə direktor təyin olunduğunu vurğulayan V. Quliyev deyib ki, həmin vaxt da məktəb bu vəziyyətdə olub.

“Məktəbin vəziyyəti ilə bağlı ötən il aidiyyəti qurumlara müraciət edilib. Müraciətimizə cavab olaraq bildirilib ki, məktəb gələcək illərdə təmir olunacaq. Ötən il məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdu. Bu ilin yayında isə məktəbdə müəyyən qədər kosmetik işlər görüldü, amma məktəb təmir edilmədi. Sinif otaqlarının pəncərəsi, qapısı yoxdur, istilik sistemi bərbad vəziyyətdədir”.

V. Quliyev onu da deyib ki, 2005-ci ildə məktəbdə təhsil alan ibtidai sinif şagirdləri üçün ayrı bina inşa edilib: “İbtidai sinif şagirdlərinə qəzalı vəziyyətdə olan məktəbdə yox, yeni tikilən binada dərslər tədris edilir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məktəbin tikintisi və ya əsaslı təmiri ilə bağlı məsələyə növbəti illərin dövlət investisiya proqramında baxılacaq.

“Son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bugünədək həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Yeni tədris ili üçün 84 məktəb binasının tikintisi nəzərdə tutulub ki, onlardan 43-ü artıq istifadəyə verilib, digərlərinin isə ilin sonunadək təhvil verilməsi planlaşdırılır”, - deyə Nazirliyin məlumatında qeyd olunub.Şəhidin adını daşıyan məktəbin bərbad halı... - Ceyhun Bayramovun bundan xəbəri yoxdur yəqin..Şəhidin adını daşıyan məktəbin bərbad halı... - Ceyhun Bayramovun bundan xəbəri yoxdur yəqin..Şəhidin adını daşıyan məktəbin bərbad halı... - Ceyhun Bayramovun bundan xəbəri yoxdur yəqin..Şəhidin adını daşıyan məktəbin bərbad halı... - Ceyhun Bayramovun bundan xəbəri yoxdur yəqin..Şəhidin adını daşıyan məktəbin bərbad halı... - Ceyhun Bayramovun bundan xəbəri yoxdur yəqin..
 
Ziya Məmmədovun əmisi oğlu da vəzifəsini itirir - GƏLİŞMƏXəbər verdiyimiz kimi, srğagün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və digər bir neçə vəzifəli şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Bundan əlavə Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov da vəzifədə olduğu müddətdə nöqsanlara yol verdiyi ilə bağlı şübhələr yaranıb. Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.

Hesab olunur ki, icra başçılarının vəzifədə olduqları zaman yol verdikləri nöqsanlara görə saxlanılması digər rayon rəhbərləri üçün də ciddi xəbərdarlıqdır. İddia olunur ki, yaxın günlərdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov da tutduğu vəzifədən azad olunacaq. Buna səbəb isə dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin Mənsur Məmmədova sərt iradlarıdır. Həmin dioloqu təqdim edirik:

Prezident İlham Əliyev:

-Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov:

-Cənab Prezident, ... Siz qeyd etdiyiniz kimi, pilot layihələr rayonda tətbiq olundu və növbəti illərdə daha yüksək məhsuldarlıq olacaq.

Prezident İlham Əliyev:

-Yox, növbəti illərdə, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşmuram, mən soruşuram, bu il nəyə görə məhsuldarlıq aşağı səviyyədə olub. Bu barədə məlumat verin.

Mənsur Məmmədov:

-Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdı...məhsuldarlıq tam... pilot sahələrdə yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və göstərir ki, gələcəkdə ....

Prezident İlham Əliyev:

-Buna fikir verin, bu, dözülməz bir rəqəmdir. Əyləşin. Özü də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir.

Prezident müşavirədə həmçinin vurğulayıb ki, məhsuldarlığı zəif olan Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Qeyd edək ki, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur.

Görünən odur ki, onun rəhbəriyi dönəmində rayon iqtisadiyyatında, kənd təsərrüfatında heç bir irəliləyiş əldə olunmayıb. Bu isə ölkədə aparılan islahatlarla ayaqlaşmamaq deməkdir və ehtimal olunur ki, yaxın günlərdə Mənsur Məmmədov da vəzifəsindən azad olunacaq.
Cebhe.info
Bu qanunu pozanlar cərimələnəcək — 500 manatdan 4000 manatadəkGələn il yanvarın 1-dən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə 500 manatdan 4000 manatadək cərimə tətbiq ediləcək.
Bu məsələ Prezident İlham Əliyev tərəfindən yeni təsdiqlənən İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

Məcəlləyə edilən yeni əlavəyə əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən yayılmasına, yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına, informasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimələnəcəklər.
Eyni zamanda, "18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına və ya həmin informasiya məhsulunun qablaşdırmadan yayılmasına görə eyni məbləğdə cərimə tətbiq ediləcək.

Bununla yanaşı, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə də fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcəklər.
Əhali icra başçılarının həbsini necə qarşıladı? — VİDEOAğstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun müxtəlif şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almağa görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edildi.
Həmçinin 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov da çoxsaylı qanun pozuntularına yol verdiyinə görə saxlanılıb.

Ard-arda baş verən həbslər cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
"Report" bu cür xəbərlərin paytaxt sakinləri tərəfindən necə qarşılanması və onların məsələyə münasibəti ilə bağlı sorğu keçirib.