Son xəbərlər

Saxta attestat verilməsi mümkündürmü?Bir müddətdir ölkədə məktəb direktorlarının şagirdlərə saxta attestatlar verməsi ilə bağlı məlumatlar yayılır.

Təhsil eksperti Kamran Əsədov iddia edir ki, bəzi məktəb direktorları şagirdlərə saxta attestatlar verib.

"Ölkə.Az" xəbər verir ki, məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Kamran Əsədov bildirib ki, məktəb direktorları onlara verilmiş attestatları pul müqabilində və yaxud digər həvəsləndirici nələrinsə qarşılığında satırdılar: 

“Əvvəllər çox ciddi şəkildə saxta attestatlar kütləvi hal almışdı. Bəziləri 9-cu sinifi başa vururdu, 11-ci sinifi oxumurdu, amma bəzi məktəb direktorları ona 11-ci sinifin attestatını verirdilər, çünki bunun yoxlanma mexanizmi yox idi”.

Ekspert bildirir ki, belə saxta attestatlar ölkə daxilində işə yaramadığından onu alanlar təhsili xaricdə davam etdiriblər:

“Azərbaycanda saxta attestatlar almış şəxslərin təhsillərini davam etdirməsi üçün elektron bazada bu məlumat olmalıdır. Yəni, şagird məzun sistemində onlar haqqında məlumat olmadığı üçün həmin şəxslər Azərbaycanda təhsillərini davam etdirmirdilər, amma Türkiyədə, Rusiyada, Dərbənddə, Qazaxıstanda, Ukraynada ali təhsil alırdılar və qayıdıb Azərbaycana gələndən sonra diplomları təsdiqlənirdi”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, təhsil alanların yekun attestasiyası və qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır:

“Ümumi orta və tam orta təhsil haqqında attestata yazılan yekun qiymətlər DİM tərəfindən yerli təhsili idarəetmə orqanlarına göndərilir. Bu səbəbdən də məktəb direktorlarının şagirdlərə saxta attestat verməsi qeyri-mümkündür və indiyədək bu məsələ ilə bağlı Nazirliyə heç bir məlumat daxil olmayıb”.

Bakı və Abşeronun bu qəsəbələrində su olmayacaq
Ceyranbatan-Binəqədi magistral su kəmərində qəza olub.

Oxu.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.  

Məlumatda bildirilib ki, magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.  

“Azərsu” ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür. 

Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında" sərəncam imzalayıb

Prezident İlham Əiyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

2.2. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
3.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:

3.2.1. Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.3. TƏBİB-ə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:

5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

5.2. Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirsinlər".
Həbs edilən icra başçısının yerinə administrasiyadan onu göndərdilər — FOTO
Həbs edilən Ağstafa rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezident Administrasiyasından səlahiyyətli şəxs təyin edilib.
Unikal.org məlumata görə, hazırda Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi Nəsir Muxtarlı Ağstafa İcra başçısı vəzifəsini əvəzləyir.

N.Muxtarlı artıq icra hakimiyyətinin məsul şəxsləri, nümayəndəliklər və bələdiyyələrlə görüş keçirib, tapşırıq və tövsiyyələrini də verib.
Qeyd edək ki, Nəsir Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini və bundan sonra Prezident Administrasiyasının (PA) baş məsləhətçi vəzifəsinə təyinat alıb.

Həbs edilən icra başçısının yerinə administrasiyadan onu göndərdilər — FOTO
 

10:48

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 10:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Axar.az xəbər verir ki, mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 8,51 faizinin, yaxud 423 min 361 nəfərinin səs verdiyini bildirib.

Qeyd edək ki, bu gün respublikada bələdiyyə seçkiləri keçirilir. 118 seçki dairəsi üzrə (işğal olunmuş əraziləri təmsil edən 7 dairə seçki komissiyası istisna olmaqla) 5049 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan seçicilərin sayı 4 972 356-dır. Bu sayda seçicinin adı seçici siyahılarına daxil edilib.

Seçki nəticəsində ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 106 bələdiyyə üzvü seçiləcək. Bu mübarizəyə 41 462 namizəd qoşulub.

Səsverməni müşahidə etmək üçün ümumilikdə 52 636 müşahidəçi qeydə alınıb. Onlardan 1512-si MSK-da, 51 124-ü dairə seçki komissiyalarında qeydiyyatdan keçib. MSK-da qeydiyyatdan keçən müşahidəçilər ölkə üzrə, DSK-larda qeydiyyatdan keçən müşahidəçilər isə həmin dairənin hüdudları daxilində müşahidə apara bilərlər.

Gün ərzində beş dəfə 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatlar açıqlanacaq. Saat 19:00-da məntəqələr bağlı elan olunacaq. Bundan sonra bütün məntəqlərdə səsvermənin nəticələrinin hesablanmasına başlanılacaq.

***

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 12:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 18,07 faizinin, yaxud 898 min 542 nəfərinin səs verdiyini bildirib.

***

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 15:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 26,88 faizinin, yaxud 1 milyon 336 min 733 nəfərinin səs verdiyini bildirib.

Tanınmış iqtisadçı alim Vüqar Bayramov növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, V.Bayramov 2020-ci il fervalın 9-da keçiriləcək seçkilərdə 84 saylı Füzuli seçki dairəsindən müstəqil namizəd kimi iştirak etməyə qərar verib.

“Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm. Doğulduğum, boya-başa çatdığım, sadəliyi və mərdliyi ilə həmişə qürur duyduğum Füzuli camaatının məni dəstəkləyəcəyinə dərin inamla bu marafona qoşulur və namizədliyini elan edən hər kəsə uğurlar arzulayıram”, - V.Bayramov qeyd edib.

“Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir…”“ABŞ Konqresi tütün məmulatlarını satın alma yaşını 18-dən 21-ə qaldıran qanun qəbul etdi. ABŞ Konqresinin qəbul etdiyi bir sıra siyasi xarakterli qərarlara etiraz bildirsək də, bu qərarın Azərbaycan üçün də faydalı olacağını düşünürəm. Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir, öz yaradılış mahiyyəti haqqında sağlam bilgisi olan və məsuliyyətli insan ola bilməz ki, siqaret və ya qəlyan aludəçisi olsun”.

"Ölkə.Az” xəbər verir ki, deputat Fazil Mustafa Azərbaycanda da ABŞ-da olduğu kimi siqaret satın alma yaşının 21-ə qaldırılması, enerji içkilərinin qadağan olunması, 21 yaşından aşağı gənclərəqəlyan çəkilməsinə qadağan olunması barədə qanun qəbul edilməsinin zəruriliyini təklif edib.

O bu barədə  öz Facebook səhifəsində yazıb.

Deputat fikrini belə davam etdirib: “Gənc yaşlarında isə fors üçün, yeniyetməliyin təsdiqi üçün mənimsənilən bu axmaq vərdiş sonradan narkomaniyaya keçid üçün münbit şərait yaradır. İki cür insan tipinin həyatda hansısa fayda qazandığını eşitmədim, duymadım. Bunlardan birincisi narkotik aludəçisi olanlardır, ikincisi isə qumar oynamağa meyl göstərənlərdir. Ona görə də bizdə də siqaret satın alma yaşının 21-ə qaldırılması, enerji içkilərinin qadağan olunması, 21 yaşından aşağı gənclərə qəlyan satılmasının qadağan olunmasını nəzərdə tutan qanunların qəbul olunmasını zəruri sayıram”.
Onun sözlərinə görə, anlayıram ki, seçki ərəfəsində bu təklif bir çox insanları narazı salacaqdır, ancaq mənim nə seçkiyə, nə də siyasətə görə hamının xoşuna gələcək populist mövqe sərgiləmək fikrim olmadı, bundan sonra da olmayacaq: “Mən sadəcə öz iradəmin yetmədiyi davranışları haçansa kimsəyə tövsiyə etmədim. Əsas sağlam gələcəyimizdir. İnanın ki, Qarabağ üçün fədakarlıqdan da öncə özümüzü, vücudumuzu tərbiyə etmək üzərində düşünməliyik”.

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıbSəhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 

"Dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir",- nazirlikdən bildirilib.

MSK saat 12:00-yə olan nəticələri açıqladıAzərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

"Ölkə.Az"ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçici fəallığı bu saatadək 18.07 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfərinin səs verdiyini diqqətə çatdırıb.