İsfəndiyar Axundov həbsin bir addımlığında
Adı hər zaman qalmaqallarda, dələduzluqda və digər mənfi olaylarda hallanan İsfəndiyar Axundovun başı yenə cəncəldədir. Onun biznesi ilə bağlı həmişə ciddi suallar olub və yenə də var. “Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların prezidentdən başlamış ən müxtəlif instansiyalara yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan. Maraqlıdır ki, hər dəfə də “Şərurlu İsfəndiyar” kimi tanınan bu şəxs sudan quru çıxmağı bacarıb. Amma cumhuriyyet.az olaraq indi təqdim edəcəyimiz olayın sonu ya İ.Axundovun həbsi ilə bitməli, ya da bu oliqarx Azərbaycanda qanundan və prezidentdən üstün olduğunu göstərməlidir.
“Mur-Ay” MMC aldatdı, “Şərur” MTK öhdəsinə götürdü
2011-ci ildə “Mur-Ay” MMC-nin vəzifəli şəxsləri dələduzluq edərək 317 mənzil və qeyri-yaşayış sahələrini 1000-dən çox vətəndaşa sataraq bizə küllü miqdarda ziyan vurduqları üçün cinayət işi başlanmış və onlar həbs edilmişlər. “Mur-Ay” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem və bu problemdən doğan gərginlik Azərbaycan Prezidentimiz İlham Əliyev cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müvafiq göstəriş vermişdir.
17 dövlət qurumu və İsfəndiyar Axundov imza atıb “kişi kimi” söz verdi, amma…
Cənab Prezidentin göstərişi əsasında 29 dekabr 2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Həmin müqavilədə “Şərur” MTK adından imza atan İsfəndiyar Axundov 15 bəndlik öhdəlik götürmüşdür ki, bu öhdəliklərə görə “Şərur” MTK
– Obyektininşasının təsdiq olunmuş layihə sənədləri üzrə, texnoloji və normativ ardıcıllıqla aparılmasını, tikintidə keyfiyyətli inşaat materiallarınndan istifadə olunmasını və bütövlükdə tikinti işlərinin yüksək keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsini təmin edərək, direktiv müddətdə-yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 24 ay müddətinə başa çatdırılmasını;
– Mənzillərin “MUR-AY” MMC-nin qeyri-qanuni hərəkətlərindən zərər çəkmiş mənzil alıcıları tərəfindən məskunlaşması üçün şəraitin yaradılmasını;
– “MUR-AY” MMC-nin payçılarına veriləcək mənzillərin bir kvadratmetrinin qiymətinin 400 manatdan artıq dəyərləndirilməyəcəyini;
– “MUR-AY” MMC-nin payçılarının mənzillə təmin edilməsini və bununla bağlı müqavilə iştirakçılarına müvafiq məlumatların verilməsini;
– “MUR-AY” MMC-nin mənzil almaqdan imtina etmiş alıcılarına(belə hal olduqda), ödəmiş olduqları pul vəsaitini, onların imtina etdikləri mənzillərin digər alıcılara satıldıqdan sonra qaytarılmasını
öz üzərinə götürmüşdür. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq üzərlərinə düşən bütün digər yardımları etmişlər. “Mur-Ay” MMC-nin bütün əmlakları “Şərur” MTK-nın balansına keçirilmiş, əlavə olaraq “Şərur” MTK-ya 4 hektardan artıq torpaq sahəsı və 10 milyon manat maliyə yardımı ayırmışdır. “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov şəxsən imzaladığı bu müqavilənin 21-ci bəndinə uyğun olaraq “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, yəni geci 2015-cü ildə mənzillə təmin etməli idi. Lakin “Şərur” MTK-nın rəbəri İsfəndiyar Axundov həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bir qismini icra etsə də, zərərçəkmişlərə müxtəlif bəhanələrlə mənzil verməkdən imtina etmişdir.
Məhkəmələr qərar çıxarır, İsfəndiyar Axundov saymır…
Əslində bu kimi halda dövlət özü İsfəndiyar Axundovdan üzərinə götürdüyü öhdəliyi icra etməsini tələb etməliydi. Çünki ortada dövlət başçısının göstərişi, 17 dövlət qurumunun bir şirkətə güzəştləri və nəhayət hüquqları pozulmuş onlarla vətəndaşın haqqı var idi. Amma “odda yanmaz, suda batmaz” odioza çevrilən İ.Axundov bütün qanunlara məhəl qoymayaraq “toxunulmazlıq” statusunu qoruya bilir. 2018-ci ilin mart-dekabr ayları müddətində zərərçəkmişlər öz haqlarını məhkəmə yolu ilə bərpa etməyə çalışır və beləliklə həm Bakı Apellyasiya Məhkəməsində həm də Ali Məhkəmədə qanuni və ədalətli qərar çıxarılmışdir. Bu qərarlarda “Şərur” MTK-nın zərərçəkənləri mənzillə təmin etməyə borclu qoduğu konkret və adbad göstərilmişdir.
“Şərur” MTK-nın boynunda qalan mənzil sahələri: AUDİT FAKTI
Məhkəmə qərarı ilə işə cəlb edilmiş və 4 aydan çox çəkən “Azərbeynəlxalqauditxidməti” MMC-nin yoxlamasının 08 oktyabr 2018-ci il tarixli yekun Aktında İsfəndiyar Axundovun çoxsaylı cinayət tərkibli əməlləri açıq-aşkar öz təsdiqini tapmışdır.Həmin Aktda gəlinən nəticəni cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Mülki işin materiallarında olan “Şərur” MTK tərəfindən təqdim edilmiş cədvəldə və “Şərur” MTK və ona yaxın MTK-lar tərəfindən verilmiş müqavilələr arasında qeyd olunan iddiaçılara yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi aşkar edilmədi. Beləliklə müəyyən edilir ki, iddiaçılara ümumilikdə 1233,70 kv.metr yaşayış sahəsi və 870 kv.metr qeyri-yaşayış sahəsi “Şərur” MTK və ona yaxın MTK-lar tərəfindən verilməmişdir“. Buna baxmayaraq aidiyyatı orqanlardan heç biri cəsarət edib bu “məğlubedilməz” iş adamının qanunsuz əməllərinə dur demir.
Dövlət bir oliqarx qarşısında gücsüz qalıb, yoxsa Fikrət Məmmədov İsfəndiyar Axundovdan çəkinir?
Məhkəmə qərarlarından sonra Binəqədi Rayon İcra və Probasiya şöbəsi 2019-cu il sentyabrın 19-da icraata başlamaq haqqında qərar çıxarır. Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun imzaladığı qəra5rda açıq şəkildə göstərilir: “Borclu “Şərur” MTK-ya təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. İcra könüllü təmin edilmədikdə:
– borclu barəsində məcburi icra tədbiri görülsün;
– icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun”. Qərarın çıxarılmasından 10 yox, 100 günə yaxın vaxt keçir, amma Ədliyyə Nazirliyinin əməkdaşları İsfəndiyar Axundova yaxın düşə bilmirlər. Halbu ki, çax az miqdarda bank, yaxud aliment borcu olan vətəndaş dərhal həbsə atılır.
Prezidentin vətəndaşlara ayırdığı torpaqda ərəblərə ticarət mərkəzi tikdi…
Öz təşəbbüsümzlə 17 oktyabr 2019-cu il tarixdə İsfəndiyar Axundovla görüşərək, dövlət başçısının göstərişi ilə zərəçəkənlər üçün ayrılmış Yeni Yasamal Massivi, Kənar dairəvi küçəsi (hazırda Məhəmməd Xiyabani 11) ünvanda yerləşən 4 hektar torpaq sahəsində hazırda inşa etdiyi və etməkdə olduğu binalardan mənzillərimizi tələb edərkən o, bizə bu cavabı verdi – “mən onları ərəblərə satmışam”. İllər uzunu minbir əziyyətlə, dişi-dırnağıyla topladığı vəsaiti ödəyib, ailələri üçün mənzil almaq arzusunda olmuş Azərbaycan vətəndaşlarını kirayələrdə dözülməz məhrumiyyətlərə məhkum etmiş və hazırda qapısından əliboş qaytaran İsfəndiyar Axundov, onlara çatası əmlakları ərəblərə satdığını elə rahatlıqla bəyan edir ki, sanki dövlət başçısı hörmətli Prezident İlham Əliyev Cənabları bu torpaq sahəsini və küllü miqdarda vəsaiti zərərçəkənlər üçün yox, onun şəxsi istək və arzuları üzrə istifadəsi üçün təyin etmişdir.
Növbəti stansiya Konstitusiya Məhkəməsi: qapılar bağlanacaqmı?
Cəzasızlıqdan əmin olan İsfəndiyar Axundov o qədər irəli gedibdir ki, bizim işimizlə bağlı törətdiyi mənzil dələduzluğuna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini daxil edərək bu məhkəmənin əli ilə dələduz əməllərinə hüquqi don geydirmək istəyinə düşmüşdür. İki ay əvvəl Bakı Appelasiya Məhkəməsinə, sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimuna müraciət edərək hər ikisindən rədd cavabı almış “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov bütün gücü ilə yeni qaranlıq yollar arayışındadır…
Məşhur həkimdən həyəcan təbili:
Demək olar ki, əhalinin əksər hissəsi müxtəlif xəstəliklərdən əziyyət çəkir. Hansı xəstəxanaya, poliklinikaya girirsən, xəstə əlindən tərpənmək olmur. Apteklərdə dərman alan insanların sayı-hesabı bilinmir. Əksər evlərdə, dolabları, soyuducuları, masaların üzərini torba-torba dərmanlar “bəzəyir”. Bu qədər dərmanların müqabilində isə xəstəliklər sağalmır ki, sağalmır.

Tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov AYNA-ya müsahibəsində insanlarımızı pərişan edən, həkim qapılarına ayaq döydürən xəstəliklərin səbəblərinə aydınlıq gətirib, xəstəliklərdən qorunmağın yollarını açıqlayıb.

- Doktor, niyə xəstəxana qapılarından asılı qalmışıq?

- Bunun bir çox səbəbləri var, ancaq ən başlıca səbəbi qidalarımızın normal olmamasıdır. Yediyimiz ən bahalı “Ankor” yağının tərkibinə belə, palma yağı qatılır. Ölkəmizdə satılan yağların tərkibinin 70-80 faizi palma yağından ibarətdir. Qidaların da 99 faizinə insan sağlamlığına zərərəli yağlar, xüsusilə palma yağı qatılır. Baxın, gənclərimizin əksəriyyəti evlənmir, ailə quran qadınların övladları olmur, insanların çoxu köklükdən əziyyət çəkir, bunların da əsas səbəbi palma yağlarıdır. Palma yağını təkcə yağlara yox, verməşilə, makarona, hətta uşaqlar üçün nəzərdə tutulmuş qatılaşdırılmış südə belə, qatırlar. Bu da insanların kiçik yaşlardan başlayaraq xəstələnməsinə səbəb olur. Xəstəliklərin artmasının digər səbəbləri isə ekologiya və güzəranımızın zəif olmasıdır. Bu üç səbəb bu gün xəstə insanların çox olmasına təkan verir.

- İnsanların əksəriyyəti dərmanlarla müalicənin effektli olmadığından gileylənir. Dərmanların keyfiyyətsiz olduğunu deyə bilərikmi?

- Dərmanların əksəriyyəti keyfiyyətsizdir, bəli. Buna səbəb də dərman firmalarının sahibləridir. Onların əksəriyyəti dərman istehsal edən şirkətlərə sifariş verəndə dərmanların tərkibindəki maddələrin dozasını azaldırlar. Məsələn, dərmanın tərkibində hansısa maddə 50 milliqram olmalıdır, ancaq bunlar 5 milliqramın pulunu ödəyirlər, ancaq burda satanda 50 millqramın pulunu alırlar. Ona görə də dərmanlar həm bahadır, həm də keyfiyyətsiz. O cümlədən, bizim millətdə tənbəllik var, bir yerimiz ağrıyan kimi yox, ancaq yıxılanda həkimə gedirik. Bunun səbəbi səhlənkarlıqla yanaşı həm də kasıblıqdır. Xəstəlik irəliləyəndə dərmanın da effekti az olur, sağalma prosesi uzun çəkir.

- İnsanlarımız artıq həkimlərə də inanmırlar...

- Dərmanların keyfiyyətsiz olduğuna görə insanların həkimlərə olan inamı da itib. Ancaq ölkəmizdə, həqiqətən də çox güclü, istedadlı həkimlər var. Mən özüm ölüm ayağında olan xəstə idim, kəskin pankreatitdən əziyyət çəkirdim, xəstəlik ildırım sürətilə irəliləyirdi. Məni öz həkimlərimiz sağaltdı, daha doğrusu, ölümdən qaytardılar. Özüm belə, inanmırdım ki, sağalaram. Ona görə də savadlı həkimlərimizin haqqına girə bilmərəm. Düzdür, savadsız, insana pul kimi baxan həkimlərimiz də var, ancaq qurunun oduna yaşı da yandırmaq olmaz, bütün həkimlərə çamur atmaq doğru deyil.

- Xəstələrin əksəriyyəti dərmanlardan bezdiyini və təbii üsullarla müalicəyə başladıqlarını bildirirlər. Bütün xəstəlikləri xalq təbabəti ilə müalicə etmək mümkündürmü?

- Bütün dərmanların tərkibində təbii komponentlər var. Məsələn, prostat vəzinin iltihabı xəstəliyində xəstələrə prostamol tipli dərmanlar yazılır. Həmin dərmanların hamısının tərkibi boranı tumunun içindəki yaşıl pərdədən ibarətdir. Bu xəstəlikdən əziyyət çəkənlər bir kilo boranı tutumu alıb ət maşınından çəkərək yesələr, eyni effekti verəcək. Adicə mədə xorası xəstəliyində gənəgərçək yağından, bağayarpağı bitkisindən istifadə etmək çox faydalıdır. Bağayarpağının tərkibində həm zəhərli, həm də xeyirli maddələr var. Ona görə də təbii üsullarla müalicə edəndə çox diqqətli olmaq lazımdır. Bəzən insanlara bağayarpağı dəmləməsi məsləhət görürlər, içir, müəyyən qədər yaxşılaşır. Ancaq eləsi olur ki, dozanı aşır, bir stəkan əvəzinə bir çaynik bağayarpağı dəmləməsi içir və bağayarpağının tərkibindəki zəhərdən reanimasiyalıq olur. Ancaq bütün xəstəlikləri təbii üsullarla müalicə etmək qeyri-mümkündür.

- Doktor, onkoloji xəstələrin də sayı çoxalıb, həmçinin xəstəlik, sanki cavanlaşıb, uşaqlar arasında belə, yayılıb. Sizcə, bunun səbəbi və ya səbəbləri nədir?

- Biz tələbə olanda, 55 yaşdan aşağı heç kimdə xərçəng aşkar olunmurdu. İndi xərçəng, həqiqətən də cavanlaşıb. Xərçəng xəstəliyi ilə bağlı 400 nəzəriyyə var, hər boş kəllədən bir cümlə çıxıb. Biri deyir, "alüminium qabda yemək xərçəngə səbəb olur", digəri deyir, "üstü kirəmitli evdə yaşamaq", başqa birisi tam fərqli səbəb göstərir və s. Heç kim də heç kimin nəzəriyyəsini qəbul etmir. Xərçəngin cavanlaşmasının səbəbini isə konkret bir məsələnin üstünə atmaq mümkün deyil.

- İddia edirlər ki, xərçəng hüceyrəsi, əslində bütün insanlarda var, müxtəlif səbəblərdən həmin hüceyrə oyana bilər. Bu iddia nə qədər həqiqəti əks etdirir?

- Bədənizmidə xərçəng hüceyrəsinin olduğunu demək doğru olmaz. Xərçəng bədənimizdə olan hüceyrələrdən deyil, optik hüceyrədir və heç bir hüceyrəmizə oxşamır. Optik toxuma özünə angiogenin yaradır, yəni magistral damardan damar çəkir. Xəstəlik magistral damarla onun arasındakı məsafədən asılı olaraq, 12, 9, 6, bəzən isə 2-3 ilə əmələ gəlir. Əslində, bədənimizdə timusdan asılı limfositlər var, timus vəzində formalaşıb inkişaf edirlər, təbii killerlər (TK) isə genetik yad hüceyrəni məhv etməlidir. Təbii killerlər normal və aktiv olanda insan xərçəngə tutulmur, TK-lar orqanizmdə xərçəng hüceyrəsi tapan kimi udub məhv edir. Amma bu, o demək deyil ki, bizim əlimizdə TK-ları aktivləşdirən, miqdarını çoxaldan hər hansı dərman olsa, xərçəngi müalicə edə bilərik. Çünki təbii killerləri sonradan bərpa etmək olmur, orqanizmdə nə qədər yaranıbsa, o qədər də qalacaq. 90, 100, 105 il yaşayıb qocalıqdan ölən insanlar var, onların hüceyrələrində deqredasiya gedir, hüceyrələr öz funksiyasını yerinə yetirə bilmir, nəticədə xərçəngə çevirir. Yəni qocaların, demək olar ki, hamısı xərçəngdən ölür.

- Bəzi şəxslər də iddi edirlər ki, xərçəng İsrail dövlətinin bilərəkdən yaratdığı bir xəstəlikdir və ancaq özləri bu xəstəliyin müalicəsini bilirlər. Bu iddialar barədə nə deyə bilərsiniz?

- Bunlar boş-boş dedi-qodulardır. Ələkbər Məmmədov adlı futbolçu var idi, deyirdilər ki, guya o, meymunun qarnını cırıb, ona görə də ona sağ ayağı ilə top vurmağa icazə vermirlər. Halbuki Ələkbər Məmmədov cılız kişi idi, burnunu tutsan, canı çıxardı. Xərçənglə bağlı yayılan belə fikirlər də ona bənzər əfsanələrdir.

- Stress, əsəb, gərgin iş qrafiki xərçəngə səbəb olurmu?

- Desək ki, konkret bunlar səbəbdir, aldatmış olarıq. Elm çox ciddi qanunlara tabedir, elmi əsası olmayan fikrə inanmaq doğru deyil. Xərçəngdən əziyyət çəkən 3 yaşlı uşaqda stress nə gəzir?! Bu fikirlər də, sadəcə cəfəngiyyatdır.

- Son olaraq, bəs xəstəliklərdən necə qorunaq?

- Xəstəliklərin qarşısını almaq üçün ilk növbədə özümüz mübarizə aparmalıyıq. Ekologiyamızı qorumalıyıq, qidalarımıza diqqət yetirməliyik. Dünyada bizdən başqa heç bir dövlət palma yağı almır. Azərbaycan isə ildə 50 min ton palma yağı alır. Özümüz özümüzü məhv edirik. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə xüsusi diqqət yetirməlidir. Ümumiyyətlə, Prezident ölkəyə qida yağının gətirilməsinin dayandırılması barədə göstəriş verməlidir.
Bakı-Sumqayıt qatarında sıxlıq aradan qaldırılacaq"Sumqayıt-Bakı sərnişin qatarında sıxlığı mən də müşahidə etmişəm. Özüm gedib-gəlmişəm, sərnişin sıxlığı var".

"Ölkə.Az" azvision.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, Bakı dəmir yolu xətti yalnız sərnişin daşımır, buradan həm də yük daşınır: "Məcburuq ki, səhər saat 11-ə qədər, axşam 4-dən sonra sərnişin daşınsın. Güzdək-Sahil yolunun yenilənməsi ilə əlaqədar Biləcəridə çeşidləmə stansiyasını, Şirvan və Ələt stansiyalarını köçürəcəyik. Bununla da Bakının xətlərinin sərnişinlərə xidmət etməsi üçün hazırlayacağıq. Buna bir qədər vaxt lazımdır. Bakı-Abşeron dairəsində 6 qatar çalışırdı. Bu gün 2 yeni qatar gətirilib. Dairə açılanda qatarın yolu uzanacaq. Qatar bütün dairəni gedəcəyi üçün həm məsafə intensivləşəcək, həm də yeni qatarlar cəlb edəcəyik. Qatar sayını artırmaqla sıxlığın qarşısını almış olacağıq. Bu gün ayrı-ayrı istiqamətlərə qatar gedir. Ona görə bu il belə ötüşdürəcəyik".

C.Qurbanov qeyd edib ki, yeni qatarlar 2021-ci ildən gəlməlidir: "Amma gələn il "Ştadler" kompaniyası ilə danışıqlar aparacağıq ki, 1 və ya 2 qatarın gətirilməsinə nail olaq. Onu götürəndən sonra sıxlıq aradan qaldırılacaq".

Bu vətəndaşlara mənzil və avtomobillər veriləcəkPrezident İlham Əliyevin müvafiq Fərmanı ilə bu il nazirliyin tabeliyində DOST Agentliyinin və ilk DOST Mərkəzinin yaradılması 2019-cu ilin mühüm sosial uğurlarından biridir.

Bu ay daha bir DOST Mərkəzinin, eyni zamanda yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.

BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiyasının növbəti iclasında bildirib.

O, vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verib. DOST Mərkəzinin xidmətlərinin sayı artıq 132-ə çatıb və həmin xidmətlərdən artıq 115-nin pasportları da hazırlanıb.

Nazir bildirib ki, 2019-cu ildə nazirlik üçün prioritet istiqamətlərdən biri də sosial təminat sahəsi üzrə xidmətlərin elektronlaşdırılması olub.

Bu ilin ötən dövründə artıq 10 sosial təminat növü, o cümlədən 2 pensiya, 8 müavinət və təqaüd növünün təyinatının elektronlaşması təmin edilib.

Ümumilikdə bu ayın sonuna qədər digər bir çox müavinət və təqaüdlərin də avtomatlaşdırılması başa çatdırılacaq.

Nəticədə il ərzində 180 min təyinatın e-qaydada, proaktiv şəkldə həyata keçirilməsi təmin olunacaq.

S.Babayev şəhid ailələri və müharibə əlillərinin mənzillə, müvafiq kateqoriyalara aid əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirlərinin də davam edəcəyini, bu ay da yeni mənzillərin, avtomobillərin təqdim ediləcəyini deyib.

O, 2019-cu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10,6 minə çatdığını, onlardan böyük əksəriyyətinin artıq aktivlə təmin olunduğunu qeyd edib.

Nazir ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi işlərindən bəhs edib. Bildirib ki, sosial yardımın alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsi zamanı xidməti davranış normaları da müəyyən edilib.

Bu normalar və onlara əməl edilməsi ilə bağlı münasibətləri əhatə edən Yaddaş Kitabçası hazırlanıb. Maddi-məişət şəraitinin müayinəsi məhz həmin normalara riayət prinsipi əsasında həyata keçiriləcək.

İclasda DOST mərkəzlərində göstərilən xidmətlər üzrə pasportların təsdiq edilməsi barədə, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi ilə bağlı Yaddaş Kitabçasının layihəsi barədə çıxışlar olub.

2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin layihəsi, “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları” layihələri barədə məlumat verilib.

İclasda qeyd edilən layihələr, habelə bir sıra cari məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.

Məhkəmə Mübariz İbrahimovu təhqir edən psixoloqun şikayətini təmin etmədiBakı Apellyasiya Məhkəməsində psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, o, Xətai rayonu ərazisində küçə süpürəcək. N.Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb. 

İttihama görə, N.Şahmarzadə “Facebook” profilində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. Daha sonra M.İbrahimovun anası Şamama İbrahimova psixoloqu xüsusi ittiham qaydasında məhkəməyə verib, onun cəzalanmasını istəyib. 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub. 

Bu halda yanvarın 1-dən 50 AZN rüsum ödənilməyəcəkİcbari sığorta yalnız çıxarışı olan evlərə aiddir.

"Ölkə.Az" xezerxeber.az-a istinadla xəbər verir ki, 2020-ci il yanvarın 1-dən etibarən evlərin icbari qaydada sığortalanmasına başlanacaq.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, yalnız qeydiyyatı olan evlər və obyeklər icbari qayadada sığortalanacaq. Lakin qeydiyyatı olan tikililərdən də icbari sığortaya cəlb edilməyənləri var.

Çıxarışı olan fərdi yaşayış evlərinin də icbari qayadada sığortalanmasında heç bir problem yaranmayacaq. Çünki burada əmlakın qiymətləndirilməsinə ehtiyac yoxdur.

Rəşad Əhmədov deyib ki, evlərin qeydiyyata alınması həm sığorta sektoru üçün, həm də fövqəladə risklər baxımından olduqca önəmlidir. Bu səbəbdən çıxarışı olmayan evlərin də sürətli şəkildə qeydiyyata alınmasına ehtiyac var.

Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Həmin şəxs cərimə olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsi bağlamasa yenidən cərimələnə bilər.

Ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi ilə əlaqədar istisna hal müəyyənləşdirilib.

Turkustan.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Qanunlara edilən dəyişikliklərdə əksini tapıb.

“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Qanun ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malik olacaq.

“Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişiklik də “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklə əlaqədardır. “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklikdə nəzərdə tutulan həmin şəxslərə ailə başçısını itirməyə görə sosial müavinətin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsinə, yenidən hesablanmasına yol verilməyəcək.

Bu müddəa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, yaşa görə əmək pensiyası almaq hüquq verən yaş həddinin artırılması nəticəsində ümumi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında ciddi uyğunsuzluq yaranıb və bu uyğunsuzluqların aradan qaldırılması zərurəti yaranıb. Sosial müavinətlər haqqında qanuna edilən dəyişikliklər məhz ailənin maddi durumunun yaxşılaşması məqsədi ilə ona ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququnun verilməsi məqsədi daşıyır.

Son zamanlar müxtəlif universitetlərin tələbələri arasında zəhərlənmə faktları qeydə alınır. Bu zaman isə müxtəlif səbəblər göstərilir ki, daha çox da qida zəhərlənməsi önə çəkilir. Bəs əsl səbəb nədir? Tələbə nə yeyir ki, yediyi başına bəla olur?

Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Tələbə: “Tələbə ən çox pulu nəyə çatırsa onu alıb yeyir. Amma belə universitetdə olan yeməklərdən də yeyirlər. Eləsi var qamburger, eləsi var dönər yeyir”.

Kamran Əsədov – Təhsil eksperti: “Tələbələr arasında əvvəlki illərlə, aylarla müqaisədə zəhərlənmə halları çoxalıb. Diqqət çəkən məqam odur ki, xüsusilə qız tələbələr daha çox zəhərlənirlər. Bu ona görə baş verir ki, təəssüf ki, bəzi xanım tələbələr gigiyenik və qida normalarına riayət etmirlər”.

Ekspertlərin sözlərinə görə, tələbələrin böyük əksəriyyəti təhsil müəssisəsindən kənarda qidalanır. Bu baxımdan zəhərlənmələrin ali məktəblərə aidiyyəti yoxdur.

Buludxan Xəlilov – ABPU-nun kafedra müdiri: “Bəzən tələbələrin zəhərlənməyini ayrı-ayrı təhsil müəssisələrindəki yeməkxanaların üzərinə yıxırlar. Bu ədalətli yanaşma deyil. Çünki təhsil müəssisələrindəki yeməkxanalarda ərzaqlar yoxlanılır, ona nəzarət var. Orda təkcə tələbələr yemir, professor müəllim heyəti də yeyir. Bəs onlar niyə zəhərlənmir”.

Dietoloqlar isə düşünür ki, bu hadisələrin baş verməsinin əsas səbəbi tələbələrin qidalanmalarında fəst fud, mənşəyi bəlli olmayan ucuz qidalara üstünlük vermələridir.

Leyla Zülfüqarlı – Dietoloq: “Ümumiyətlə onlar qida çeşid qrupunu yəqin ki, səhv seçirlər. Tez hazırlanan bir şey seçirlər. O zaman vaxtı keçmiş qidalar da qəbul edə bilərlər. 2-ci məqam isə “fast food”lardır. İstəyir balıqla olsun, istəyir digər ətlə, hər bir halda onun mənşəyi məlum deyil. O balıqlar köhnə ola bilər, zəhərlənmə verə bilər. Bəzən qidaların bir-biri ilə də əlaqəsi ola bilir. Yəni, bəzi qidalardan sonra hansı-hansı qida qəbul olunmamalıdır. Bunu bir tələbə bilməyib edə bilər”.

Kamran Əsədov – Təhsil eksperti: “Ali təhsil müəssisələrinin yaxınlığında bu tipli satış həyata keçirilməsin, yəni həyata keçirilən qida satışı yerlərində mütləq şəkildə hər gün monitorinqlər olmalıdır. Bura vaxtı keçmiş ət məhsulları gətirlə bilər, insan orqanizmi üçün zərərli olan məhsullar gətirilə bilər ki, bunlara nəzarət olunmur”.

Sağlam bədəndə sağlam ruh olar. Bunun üçün isə əsas məqam sağlam qidalanmaqdır. Qidamıza diqqət yetirək ki, sonra hər hansı bir fasadla üz-üzə qalıb, sağlamlığımızı təhlükəyə atmayaq.

Deputatlığa namizədlər büdcədən nə qədər pul alacaqlar? – MƏBLƏĞ


Xəbər verdiyimiz kimi, dekabr ayının 6-dan başlayaraq Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.
Məlumat üçün onu da bildirək ki, namizədin qeydə alındığı gündən seçkinin nəticələrinin elan olunacağı tarixə kimi olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsait hesabına namizədin bəzi xərcləri qarşılanacaq.
Milli Məclisə seçkilər haqqında qanunun tələblərinə görə namizəd qeydə alındığı gündən işlədiyi yerdən öz ərizəsinə əsasən istədiyi müddət ərzində işdən azad olunmalıdır. İşləmədiyi dövr ərzində namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilən minimum əmək haqqının 20 mislindən, yəni 5000 manatdan çox olmayan haqq ödəməlidir.
Bundan başqa birmandatlı seçki dairəsi üzrə qeydə alınan namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrinə gediş-gəlişin dəyəri ödənilir. Bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınan namizədə şəhərdə gediş-gəlişin dəyəri ödənilir.
Qeydə alınan namizəd namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşayırsa, əlavə olaraq ona dəmiryolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə, yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri ödənilir. Birmandatlı seçki dairəsi üzrə qeydə alınan namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir. Qeydə alınan vahid namizədlər siyahısına daxil edilən namizədə Azərbaycan Respublikası ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhərlərarası nəqliyyatda (təyyarə də daxil olmaqla) 2 dəfə gediş-gəlişinin dəyəri ödənilir. Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.
Namizədə nəqliyyat xərcləri onun qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ödənilir. Taksi və sifarişli nəqliyyat reyslərindən istifadə xərcləri ödənilmir. Şəhərkənarı və şəhərlərarası nəqliyyat xərcləri gediş-gəliş biletinin, şəhər nəqliyyatı üçün isə müvafiq müddətdə istifadə edilmiş gediş-gəliş biletlərinin təqdim edilməsi əsasında ödənilir. /Yeniavaz.com/
Nümunəvi sürücülərin mükafatlandırılacağı xəbərinəDünya ölkələrində belə bir praktika mövcuddur ki, il ərzində və ya daha çox müddətdə qayda pozmayan nümunəvi sürücülərə mükafatlar təqdim olunur. Bu hal sürücülərə qaydaları pozmamaq üçün stimul yaradır.

"Ölkə.Az" xəbər verir ki, baku.ws Azərbaycanda belə bir halın mövcud olub-olmamasını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib. 

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlayıb ki, ölkəmizdə yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiəsi işinin daha da təkmilləşdirilməsi məqsədilə DYP xidmətində bir sıra uğurlu islahatlar həyata keçirib, innovativ metodların tətbiqinə geniş yer verib:

"Müasir texnologiyaların tətbiqi sayəsində yaradılmış elektron müraciət forması təklif, ərizə və şikayətlərin qəbulu və onların baxılması nəticələrinə dair rəsmi məlumatların çatdırılması işinin daha etibarlı və operativ həllinə imkan vermiş, www.dyp.gov.az rəsmi internet saytının, info@dyp.gov.az elektron poçt ünvanının yaradılması isə təşəbbüskarların DYP xidmətilə bilavasitə və daha çevik əlaqələndirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə həmin şəxsə aid qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol barədə məlumatların əldə edilməsinə, habelə internet üzərindən plastik kart vasitəsilə ödəmə aparılmasına imkan yaradılmışdır.

Fəaliyyətimizin prioritet istiqamətlərindən biri olan vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yerli televiziya və radio kanallarının böyük əksəriyyətində yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təbliği ilə bağlı proqramlar hazırlanaraq dinləyicilərin canlı yayıma qoşulmaları və yol hərəkəti təhlükəsizliyi ilə bağlı onları maraqlandıran və ya narahat edən sualların DYP subyekti tərəfindən birbaşa cavablandırılması, eyni zamanda təklif və ya şikayətlərinin qəbulu təşkil olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, fəaliyyətimizi tənzimləyən qanunvericilik aktlarında ictimaiyyət, KİV nümayəndələri və digər mənbələr tərəfində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və ya yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı DYP qurumlarına verilən məlumatların pulla mükafatlandırılması nəzərdə tutulmamışdır. Eyni zamanda, ölkəmizdə bərqərar olan vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi polis və cəmiyyət münasibətlərinin yüksək etimad, qarşılıqlı hörmət və ali insani dəyərlər üzərində qurulması tərəflər arasında ünsiyyətin maddi qarşılıq müqabilində formalaşdırılması təcrübəsinin yayılmasını əhəmiyyətsiz edir.

Odur ki, yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təmin olunması, habelə DYP xidmətinin fəaliyyəti ilə bağlı Sizi maraqlandıran məsələlərlə əlaqədar yuxarıda qeyd olunan resurslar vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə, habelə təqdim etmək istədiyiniz sənədlərin surətini, fotoşəkilləri və ya videomaterialları info@dyp.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz".