Sənədsiz evlər necə sığorta olunacaq?Daşınmaz əmlakın icbarı sığorta məsələsi gündəmə gəldikdən sonra kifayət qədər insan evini sığorta etdirdi.

"Ölkə.Az" baku.tv-yə istinadən xəbər verir ki, əmlakını sığorta etdirmək istəyib, yox cavabı alan vətəndaşlar da az deyil. Bu isə cavab gözləyən vacib bir sual ortaya qoyur. Çıxarışı olmayan mənzillərin sığortası necə olacaq?  

Bu problemdən əziyyət şəkən insanların sayı Bakı və Abşeron ərazisi üzrə yarım milyondan çoxdur. Qanunda deyilir ki, qəzalı vəziyyətdə olmayan bütün daşınmaz əmlaklar icbari sığorta olunsun. Əks halda həmin şəxslər 20 gündən bir cərimələnəcəklər.  

Yaxşı, bəs sənədsiz evdə yaşayan vətəndaşdan nə tələb olunacaq?

Daha ətraflı məlumatı reportajdan əldə edə bilərsiniz.

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏRPensiyalar 14-15 faiz civarında artırılacaq. Bununla da minimum pensiya məbləği 230 manattəşkil edəcək. Yanvarın 1-dən etibarənpensiyaçıların 93 faiz-ibu artımdan yararlana biləcəklər.

"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, yanvarın 1-dən etibarən bütün növ pensiyalar təxminən 14%-15% faiz artırılacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib. O bildirib ki, pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.

Şöbə müdiri qeyd edib ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.

Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.

Sürücülər, DİQQƏT! Bu yollarda tələ var: cəriməsi 40 manatdır
Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimə edilirlər
Bakıda sürücüləri çaşdıran, qeyri-müəyyən yollarla bağlı şikayətlər çoxalır. Lent.az -ın oxucularından bəziləri bununla bağlı redaksiyaya müraciət edib.
 
Yol hərəkətinin düzgün qurulması baxımdan sürücü məsuliyyəti ilk pillədə gəlsə də, digər texniki amillər də burada az rol oynamır. Məsələn, yollarda nişanlanmanın səhv olması həm sürücülərin böyük narazılığına, həm də qəzalara səbəb olur. Sosial şəbəkələrdə sürücülər də, yol hərəkət ekspertləri də müxtəlif problemli yerlərdən misallar çəkiblər. Ancaq hələ də istər paytaxt Bakıda, istərsə də bölgələrdəki bəzi yollarda nişanlanmada, işarələrin qoyulmasında problemlər qalmaqdadır.
  
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən avtomobil eksperti Elməddin Muradlı, əsasən, yolayrıcılarında və kəsişmələrdə yanlış nişanların qoyulduğunu bildirib:

“Nişanların səhv qoyulması ilə bağlı həm Bakıda, həm də bölgələrdə problemlər var. Əsasən də nişanla nişanlanma xətti üst-üstə düşmür, sürücülərin dili ilə desək, yerdəki və göydəki nişan arasında ziddiyyət yaranır. Ən sağ zolaqdan ancaq sağa dönmək olar prinsipi var. Ancaq təəssüflər olsun ki, əksər belə yollarda 5.8.1, yuxarıda konusvari işarələr var ki, sürücülərə əvvəlcədən o zolağa girməyi qadağan edir. Ya sağa, ya sola dönməyə icazə var. Ancaq zolağın axırına çatanda görürsən ki, düzünə icazə verilmir. Belə hal Zərifə Əliyeva küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində var idi. Sübut etdik ki, bu zolaqda ancaq sağa dönməyə icazənin verilməsi doğru deyil. Hansı ki, həmin yolda düzünə gedənlərin sayı sağa dönənlərdən çoxdur. Bir zolağın buna görə də tutulması düzgün deyil. Elə olurdu ki, 2-3 dəfə işıqfor yanıb sönürdü, amma sağa 1-2 maşın dönürdü. Ancaq indi həmin zolaqla düzünə gedənlər da hərəkət edə bilərlər. Eyni problem Azərbaycan Nəşriyyatının qarşısında da mövcuddur. Belə ki, həmin yolda ən sol zolağın sonunda məlum olur ki, buradan ancaq sola dönmək olar. Halbuki, həmin işarələr heç olmasa 15 metrdən bir ən azı üç dəfə təkrarlanmalıdır. Ancaq bunu etmirlər”.
 
Bir neçə qurum tərəfindən nişanların dəyişdirildiyini deyən ekspert, onların bu zaman müzakirə aparmamasını mənfi qiymətləndirib:
 
“İstər avtobus dayanacaqlarında, istərsə də taksi duracaqlarında nişanlanma ilə bağlı problemlər çoxdur. Cərimələnmədə ən çox pul gətirən nişan olduğu üçün Azərbaycanda dayanma-durmanı qadağan edən nişanlara çox rast gəlinir. Amma bəzən lazımlı işarələrin olmadığını görürük. Problemin biri də budur ki, ayrı-ayrı qurumlar bir-birindən xəbərsiz nişanları dəyişirlər. Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi, yol polisinin Siqnal İdarəsi, bəzən Avtomobil Yolları Dövlət Agentliyi də bu işi görür. Təsəvvür edin ki, bir ölkədə 4-5 qurum nişan quraşdırmaqla məşğuldur. Təbii ki, bu qurumların hamısı ixtisaslaşmayıb deyə, ziddiyyətlər ortaya çıxır. Məsələn, elə yollar olur ki, hərəkət intensivliyi var və dayanma-durma qadağandır. Ancaq başqa bir qurum gəlib buna icazə verir. Yəni, digər qurumlarla birgə təhlil işi aparılmır. Bütün bu problemləri aradan qaldırmaq üçün prezidentin keçən ilin dekabrında imzaladığı yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramında yer alan bir sıra məsələlərə diqqət etmək lazımdır. Həmin məsələlərdən biri də, yol nişanlarının, yol hərəkətinin təşkilinin həmin qurumlar tərəfindən birgə icrasıdır. Yəni, kimin kefi harada istədi nişan qurmamalı və hərəkəti təşkil etməməlidir”.
Qeyd edək ki, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimə edilirlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti dekabrın 25-dən respublikanın 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi elan edib.
 
Xidmətdən verilən xəbərə görə, ötən il Yeni il bayramı ilə əlaqədar ümumilikdə respublika üzrə 54542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlara səfər edənlərin daha çox olması səbəbindən ən çox sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Bu ildən gecə reysləri xətlərə əlavə olunduğu və Cocuq Mərcanlı xətti əlavə olaraq üç avtovağzalımızdan hərəkət etdiyi üçün bayram ərəfəsində sıxlığın daha çox olacağı ehtimalı var: “Ona görə sərnişinlərimizə tövsiyə edirik ki, biletləri bir neçə gün öncədən kassalardan əldə etsinlər. Region avtovağzallarından ən çox sıxlığın Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəranda müşahidə ediləcəyi ehtimal olunur. Ehtiyat avtobuslar dekabrın 25-dən yanvarın 2-nə qədər Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, bayramın son günlərində region avtovağzal və avtostansiyalarına təqdim ediləcək”.
 
Gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq:
 
“Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.  /BakuPost/
Bakıda bu avtobuslar səhərə qədər işləyəcəkBakıda bir neçə marşrut xətt avtobusları səhərə qədər işləyəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq:

“Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.

Avtovağzallar gücləndirilmiş iş rejiminə keçdiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti dekabrın 25-dən respublikanın 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi elan edib.

Xidmətdən "Ölkə.Az"a verilən məlumata görə, ötən il Yeni il bayramı ilə əlaqədar ümumilikdə respublika üzrə 54542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlara səfər edənlərin daha çox olması səbəbindən ən çox sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Bu ildən gecə reysləri xətlərə əlavə olunduğu və Cocuq Mərcanlı xətti əlavə olaraq üç avtovağzalımızdan hərəkət etdiyi üçün bayram ərəfəsində sıxlığın daha çox olacağı ehtimalı var.

“Ona görə sərnişinlərimizə tövsiyə edirik ki, biletləri bir neçə gün öncədən kassalardan əldə etsinlər. Region avtovağzallarından ən çox sıxlığın Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəranda müşahidə ediləcəyi ehtimal olunur. Ehtiyat avtobuslar dekabrın 25-dən yanvarın 2-nə qədər Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, bayramın son günlərində region avtovağzal və avtostansiyalarına təqdim ediləcək”. Gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq: “Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”, - deyə məlumatda qeyd olunub.

Gələn il 1500 şəhid ailəsi və müharibə əlili evlə təmin olunacaqAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 dekabr 2019-cu il tarixli Sərəncamı bu kateqotiyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşlaşdırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğuğunu bir daha təsdiq edir.

Bu barədə "Ölkə.Az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Sərəncamın imzalandığı gün, dekabrın 24-də Prezident İlham Əliyev Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxışı zamanı “Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Bu, deyə bilərəm ki, çox nadir hallarda dünya miqyasında baş verir. Hesab edirəm ki, Azərbaycan bu sahədə ən düzgün siyasət aparır. Çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə o vətəndaşlar ki, öz həyatını Vətən uğrunda qurban vermişdir və sağlamlığını itirmişdir. Bundan sonra da bu siyasət davam etdiriləcək” deyə vurğulayıb. 24 dekabr 2019-cu il tarixli Sərəncam da bu siyasətin uğurla davam etdirildiyini özündə təcəssüm etdirir.

Sərəncamda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 20 milyon 610 min manatın ayrılması tapşırılır ki, bu da respublikamızın bölgələrində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni fərdi yaşayış evlərinin tikintisi işlərinin uğurla davam etdirilməsinə təminat verir.

Eyni zamanda, Prezident İlham Əliyev gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsinin nəzərdə tutulduğunu bildirib. Göründüyü kimi, dövlət başçısının şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı həmin insanların mənzillə təminatı tədbirlərinin gələn il də yüksələn xətt üzrə davam edəcəyinə, növbəti ildə daha 1500 şəhid ailəsinin və müharibə əlilinin mənzillə və fərdi evlərlə təmin ediləcəyinə zəmin yaradır. Yeni Sərəncam da bu məqsədə doğru atılan mühüm bir addımdır.

Azərbaycanda 2020-ci il fevral ayının 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinə böyük diqqət var. Budəfəki parlament seçkisi həm də çox sayda jurnalistin namizəd kimi qatıldığı marafon kimi  yadda qalacaq.

Turkustan.info bildirir ki, həmkarlarının seçkilərdə iştirakının tərəfdarı olan müstəqil jurnalist Azər Rəşidoğlu Modern.az-a bu barədə danışarkən bildirib ki, media nümayəndələri problemləri bilir və həll etməyə çalışırlar. Buna görə, onların deputatlıq arzusunda olması təbiidir:

“Bütün problemlərə baxmayaraq, media vətəndaşların sosial problemlərinə yardımçı olur. Harınlamış məmurları vətəndaşlar “jurnalistlərə deyəcəm” mesajı ilə çəkindirə bilirlər. Digər tərəfdən, jurnalistlər ictimai-siyasi proseslərdə bişmiş, təcrübə toplamış insanlardır. Odur ki, jurnalist çox yaxşı deputat ola bilir. Məsələn, keçmiş jurnalist Qənirə Paşayeva kimin nə deməsindən asılı olmayaraq, çox yaxşı deputat oldu. Hətta onun seçicisi olmayan vətəndaşlar da həmkarımıza müraciət edir. Bu amil jurnalistin deputat seçilməsinin məqbul olmasını göstərir. Lakin burada bir məqam da var. Azərbaycanda  mindən çox jurnalist var.  İçərisində çox yaxşı yaşayan da var, kasıb olan da, “reket” də var.  Yüzlərlə jurnalistin problemini bilən, yüzlərlə jurnalistdən biri olan, əli qabarlı fəhləlik edən qələm əhli niyə deputat olmasın ki? Qənirə Paşayeva kimi bir deyil, 10 deputat olsa pis olar ki?  Ondan daha yaxşısını istəyirsinizsə, daha müstəqil fəhlə-jurnalistə dəstək olun. Biz jurnalistlər siyasətçiləri rəndələməklə məşğuluq, indi niyə öz həmkarlarımızı vurmalıyıq ki? Ləyaqətli, səmimi,  peşəkar jurnalist xalqa zidd addım atmaz və milyonların səsi olar. Bundan xalq da udar, hakimiyyət də, dövlət də”.


A.Rəşidoğlu “sizlərdən, bizlərdən biri deputat olarsa, bu, müsbət haldır” – deyə qeyd edib və bunu da vurğulayıb ki, elə burjua tipli jurnalistlər var ki, o, bizlərdən biri deyil:

“Mən 30 ildir ki, sıravi jurnalistlərin pozulan hüquqlarını dəstəkləyirəm. Mən sizlərdən biriyəm. Baxmayaraq ki, namizədliyimi irəli sürnək fikrim yoxdur: özüm kimi bir jurnalistin seçilməsini istərdim”.

Seçkilərə qatılan jurnalist, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət düşünür ki, jurnalistlərin parlament seçkilərinə marağı həmişə olub:

“Budəfəki seçkilərdə də oxşar situasiyadır. Sadəcə, jurnalistlər kampaniyanı daha tez başlayıblar. Məsələn, tək bizim dairədən artıq 20-ə yaxın şəxs iddiasını ortaya qoyub. Bu qədər namizədin içərisində 1-2 jurnalistin olması də qeyri-adi məsələ deyil.

Jurnalistlər  cəmiyyətin aktiv hissəsidir. Hər zaman cəmiyyətin problemlərini işıəqlandırmaqla məşğul olurlar. Hazırda gedən islahat dalğasında hesab edirlər ki, onların da deməyə sözü var. Bu mənada öz iddialarını ortaya qoyurlar.

Hesab edirəm ki, artıq bizim kimi jurnalistlərin rəsmi statusla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək vaxtımızdır. Təcrübə göstərir ki, hər kəs aşağıdan yuxarıya doğru problemlərin həllinə çalışmalıdır. Tək yazmaqla iş bitmir”.


Z.Əzəmətin fikrincə, parlament seçkilərində jurnalistlərin üstünlüyü problemlərin içərisində olmaq, xüsusilə təmsil olunduğu ərazinin məsələləri ilə yaxından tanış olmağıdır:

“Həm müraciətlərin bizə yönləndirilməsi, həm də özümüzün həmin sosial problemlərin içərisində olmağımız işimizi daha da asanlaşdırır. Ola bilər, jurnalistin PR imkanları yaxşı olsun. Amma hər hansı bir iş adamının maddi cəhətdən daha çox imkanı var və PR qurmaq üçün daha şanslıdır. Amma mediada təbliğat aparmaq hələ seçkidə qalib gəlmək demək deyil.

Məncə, şans var. Seçkinin aktivliyinə nail ola bilsək, niyə də olmasın. Mən seçkilərdə iştirak edəcək həmkarların bir çoxunun potensialını yüksək qiymətləndirirəm. Doğru strategiya qurulsa, ümumi vəziyyət buna imkan versə, uğur qazanmaq mümkündür”.

Prezident Qarabağ müharibəsi əlillərinə mənzil və avtomobillər verdi

Dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin, Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.

"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezident 73 minədək aztəminatlı ailəni sevindirdiPrezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” 23 dekabr 2019-cu il tarixli Sərəncamı dövlət başçısının aztəminatlı ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına xüsusi qayğısının daha bir təzahürüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılması nəzərdə tutulur.

Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək. Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq.